45 ildən artıq bir müddətdə SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələrdə işləyən, 1969-1983-cü illərdə DTK-nın 5-ci idarəsinin rəisi olan (sonralar SSRİ DTK-sı sədrinin müavini və birinci müavini) Filipp Bobkov 1977-ci ildə ermənilərin Moskvada törətdiyi silsilə terror aktlarının istintaqına rəhbərlik edib. Bobkov öz memuarlarında bu hadisələrə geniş yer ayırıb.
DTK generalı Ermənistan rəhbərliyinin bu hadisələr zamanı xüsusi canfəşanlıq göstərmələrini, terror aktlarının ermənilər tərəfindən törədilməsinin ictimaiyyətdən gizli saxlanılması üçün bütün variantlara əl atmalarını xüsusilə vurğulayıb:
“Ermənistan rəhbərliyi Moskvada törədilən terror aktlarının “müəllifləri”nin adlarının ictimaiyyətdən gizli saxlanılması üçün bütün vasitələrə əl atırdılar. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyan xüsusu canfəşanlıq göstərirdi. Sözsüz ki, Dəmirçiyanın sözü ilə mərkəzi mətbuat, televiziya susa bilməzdi. Amma buna baxmayaraq, o, Ermənistan mətbuatında terror aktları ilə bağlı bir cümlə olsun belə informasiyanın getməsinə imkan vermədi. Hətta Ali Məhkəmənin iclası əsasında çəkilmiş sənədli filmin Ermənistanda nümayiş etdirilməsinin qarşısı alındı. Bu hadisə Moskvada ilk böyük miqyaslı terror hadisəsi idi. Biz terrorçuların zərərsizləşdirilməsi, həbs olunması və layiqli cəzalarını alması üçün bütün gücümüzü səfərbər etdik. İstintaq və məhkəmə prosesinin bəzi məqamları məni təəccübləndirirdi...”
Maraqlıdır, təcrübəli DTK generalını təəccübləndirən nə olub?
Birincisi, Bobkovu Ermənistan rəsmilərinin, o cümlədən Ermənistanın birinci katibi Dəmirçiyanın terroristlərə münasibəti təəccübləndirib. Belə ki, terrorçuları bütün dünya ifşa etdiyi halda, Dəmirçiyan onların kimliyini gizlətməyə cəhd edib.
İkincisi, terrorçuların istintaq və məhkəmə prosesində özlərini “qəhrəman” kimi aparmaları DTK generalını qıcıqlandırıb. Terrorçulardan biri və qrupun başçısı Stepan Zatikyan məhkəmədə son ifadəsi ilə terror törətməkdə özünü haqlı sayıb:
“Mən sizin bu məhkəmədən imtina edirəm və mənim heç bir müdafiəçiyə ehtiyacım yoxdur. Məni özümdən başqa heç kim ittiham edə bilməz, özümü də sizin qarşınızda müttəhim saymıram...”
Sonda Zatikyan fikirlərini erməni dilində ifadə edib: “Başqalarına da deyin ki, bizə yalnız qisas, qisas və yenə də qisas qalır...”
DTK generalını təəccübləndirən üçüncü məqam Zatikyanın uzun zaman azadlıqda gəzməsi olub. Belə ki, “ASALA” və “Daşnaksütyun” erməni terror təşkilatlarının üzvü olan Zatikyan əvvəllər də bir neçə dəfə ağır cinayətlər törətdiyi halda cəzadan yayına bilib.
Məhkəmə qanunların aliliyini tam təmin edərək hər üç terrorçunu, Stepan Zatikyanı, Zaven Baqdasaryanı, Akop Stepanyanı ən ağır cəzaya, güllələnməyə məhkum edib.
Qeyd edək ki, 8 yanvar 1977-ci ildə Moskva şəhərində silsilə terror aktları törədilib. Saat 17-33-də metronun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyaları arasında hərəkət edən qatarın vaqonlarının birində partlayış baş verib. Növbəti partlayış səsi 32 dəqiqədən sonra, 18-05-də Dzerjiniski küçəsindəki ərzaq mağazasında eşidilib. 5 dəqiqədən sonra isə “Nikolskaya” küçəsindəki ərzaq mağazasında partlayış törədilib. Hüquq-mühafizə orqanların çevik reaksiyası nəticəsində həmin gün üçün planlaşdırılmış daha 4 terror aktının qarşısı alınıb.
Terror aktları baş verdikdən sonra Leonid İliç Brejnev hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müşavirə keçirib, əməliyyata rəhbərlik birbaşa DTK sədri Yuri Andropova və daxili işlər naziri Nikolay Şelokova həvalə edilib.
Terror aktları nəticəsində 7 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Cinayətlərin üstünü “isti izlər”lə açmaq mümkün olmayıb. Yalnız 6 aydan sonra əməliyyat-axtarış tədbirləri öz nəticəsini verib. Hər üç terroçu həbs olunaraq istintaqa cəlb edilib.
İstintaq zamanı o da məlum olub ki, terroçuların Moskvada törədəcəkləri “terror xəritəsi” böyük olub.
Prosesin müstəntiqlərindən biri, DTK-nın müstəntiqi Arkadi Yarovoy hadisədən çox-çox sonralar, 2004-cü ildə proses haqqında aşağıdakı açıqlamaları verib:
“Biz öz işimizi vicdanla yerinə yetirdik. Proses başa çatdıqdan sonra mən özümdə mənəvi bir rahatlıq tapdım, uşaqlarımın və nəvələrimin gözünə dik baxdım. Çünki onların gələcək təhlükəsizliyini təmin etmişdim. Proses zamanı mənə məlum olmuşdu ki, hər üç terrorçu dünyada ad çıxarmış erməni terror təşkilatlarının üzvləridir. Prosesə müdaxilə etmək istəyənlər də az deyildi. Çəzanın yumşaldılması ilə bağlı Ermənistan rəhbərliyi də öz kanallarını işə salmışdılar. Şəxsən Dəmirçiyan da bu məsələdə maraqlı idi. Sözsüz ki, o, Moskvada ermənilərin törətdiyi terrora görə Kremldə “sağ ol” almayacaqdı. Bütün bu cəhdlərə baxmayaraq, terroçular öz layiqli cəzalarını aldılar...”
Erməni terroru bu gün də davam edir. Xanciyanlar, Arutinovlar, Dəmirçiyanlar, Koçaryanlar, Sarkisyanlar terror estafetini bir-birlərinə “uğurla” ötürürlər. Bu toplumun terror hərisliyi, terror ehtirası bitib-tükənmir, sərhədləri aşaraq xəritəsini genişləndirir. Amma müaisr dünya bu “uğur”a son qoyacaq, Azərbaycan miqyasında isə terrorçular son nəfərinədək məhvə məhkumdurlar. Bu gün terror sükanının arxasında olan Paşinyan isə beynəlxalq müstəvidə ən layiqli cəzasını alacaq.
P.S. Onu da qeyd edək ki, vaxtilə öz millətindən olan terrorçuları müdafiə etməyə çalışan Karen Dəmirçiyan 199-cu ilin oktyabrında parlament sədri vəzifəsində çalışarkən öz millətindən olan terrorçuların hücumu zamanı elə plenar iclasdaca güllələnərək qətlə yetirilib.
İlham Cəmiloğlu, Musavat.com