Qeydlər, gündəliklər, xatirələrər, vəsiyyətlər... Bir çox dövlət başçılarının hələ vəzifədə olarkən bu cür yazıları olub. Onların çoxu sonralar çap olunaraq ictimaiyyətə təqdim olunub. Şarl de Qollun, Uinston Çörçillin, Franklin Ruzveltin, Adolf Hitlerin və bir çox siyasi liderlərin vəsiyyətləri, xatirələri böyük oxucu auditoriyası qazanaraq maraqla qarşılanıb.
İosif Stalin də bu sahədə həmkarlarından fərqlənməyib, hakimiyyətdə olduğu illərdə sovet liderinin də qeyd dəftərçəsi olub ki, silahdaşları həmin dəftərçəni “qara dəftər” adlandırıblar.
“Qara dəftəri” daha çox müşahidə edənlər isə Stalinin şəxsi katibi Aleksandr Poskrebışev, mühafizə rəisi Nikolay Vlasik, silahdaşları Vyaçeslav Molotov, Lavrenti Beriya, Anastas Mikoyan və Georgi Malenkov olub.
Vlasik öz xatirələrində bu haqda yazıb:
“Stalin qeydlər apardığı “qara dəftər”i heç vaxt iş masasının üstündə saxlamırdı. Qeydlərini etdikdən sonra onu masanın sağ tərəfində olan siyirməyə qoyurdu. O, öz qeydlərini hamıdan gizli saxlayırdı. Tez-tez mənə konkret şəxslər haqqında informasiya toplamağı göstəriş verirdi, mən həmin şəxslər haqqında məlumatları məruzə etdikdən sonra o, həmin dəftərçədə qeydlər aparırdı. Adətən, həmin şəxslər Stalinin inandığı şəxslər olurdu. Mən belə düşünürdüm ki, o, yaxın vaxtlarda böyük kadr islahatları aparacaq və yeni komanda haqqında yeni məlumatlar toplayır. Stalin adətən Molotovla, Mikoyanla, Malenkovla, Beriya ilə söhbətlərindən sonra da “qara dəftər”də qeydlər aparırdı. “Qara dəftər”də Poskrebışevin məruzələri daha çox qeyd olunurdu...”
“Qara dəftər”lə bağlı 1955-ci ildə Xruşov tərəfindən Nazirlər Soveti sədri vəzifəsindən uzaqlaşdırılan Georgi Malenkovun açıqlamaları da maraqla qarşılanıb:
“Hadisələr və kadrlar Stalinin “qara dəftəri”ndə göstərildiyi kimi olsaydı, çətin ki, Nikita Xruşov bu cür siyasi hoqqabazlıqla məşğul olardı. Stalin Xruşovu heç vaxt ciddi siyasi fiqur kimi qəbul etməyib və onun haqqında ciddi qərar qəbul etmək haqqında düşünürdü...”
Tarixçi Nikolay Dobryuxa “Stalinin necə öldürdülər” kitabında “qara dəftər”in sirrləri haqqında aşağıdakı fikirləri qeyd edib:
“Stalin öz “qara dəftər”ində gələcək planlarını yazıb. Bu dəftəri onun vəsiyyəti kimi də qiymətləndirmək olar. Stalin hakimiyyətinin son illərində böyük kadr dəyişikliklərinə hazırlaşıb. Mənim qənaətlərimə görə, “qara dəftər”in “qara siyahısı”nda bir çox siyasi tanınmışların adı da olub. O cümlədən Lavrenti Beriyanın və Nikita Xruşovun da. Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, Stalin bu dəftərdə öz varislərini də müəyyənləşdirib. O, hökuməti müharibə illərində ümumittifaq partizan hərəkatına başçılıq etmiş Panteley Ponamarenkoya həvalə etməyi planlaşdırıb. “Qara dəftər” Kreml məmurları üçün sehrli bir təhlükəyə çevrilib. Məhz buna görə də Stalinin ölümündən sonra həmin dəftərin ələ keçirilməsi uğrunda məmurlar arasında gizli müharibə gedib...”
Bəzi versiyalara görə, Stalinin “qara dəftəri”ni 1953-cü ilin martın 3-dən 4-nə keçən gecə Lavrenti Beriya ələ keçirib. Stalinin bağ evindəki yataq otağına ilk olaraq Beriya keçib və həmin otaqdan “qara dəftər”dən başqa daha bir neçə qovluğu da götürərək bağı tərk edib.
Beriyanın oğlu Serqo öz xatirələrində yazıb ki, atasının həbsindən sonra onu anası ilə birgə uzun-uzadı sorğuya tutublar, axtarış aparıblar, amma “qara dəftər” tapılmayıb.
Həqiqətə uyğun gələn digər bir versiyaya görə, Beriya həbs olunduqda “qara dəftər” həmin dövrdə SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyən İvan Serovun əlinə keçib. Belə ki, axtarış zamanı Serov gizli şəkildə dəftəri götürüb və həmin dəftər axtarış protokoluna salınmayıb.
Hakimiyyətdə olan Nikita Xruşov həmin dəftərdə ona qarşı kompromat materialların olduğunu bildiyindən Serovla hesablaşmaq məcburiyyətində qalıb. Xruşovu qorxudan “qara dəftər”in qərb ölkələrinə keçməsi, kitab halında çap olunması olub. Buna görə də Xruşov həmin dəftəri Serovu yeni yaradılan Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin etməyi qarşılığında ələ keçirib.
Stalinin “qara dəftəri”nin taleyinə Xruşov birdəfəlik son qoyub. Özündən sonra kiməsə ötürülməsin deyə, o, dəftəri birdəfəlik “məhv” edib.
Moskva şəhər Baş Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin keçmiş zabiti Andrey Binyev isə fərqli bir versiya irəli sürüb. Onun söylədiyinə görə, Stalinin “qara dəftəri” və digər yazıları “məxfi” qrifli qovluqlarda arxivlərdə saxlanılır.
Belə görünür ki, SSRİ-nin 30 illik lideri olanı İosif Stalinin siyasi fəaliyyəti və həmin dövrlə bağlı bir çox qaranlıq məqamlar hələ də açılmamış qalır. Bəlkə də nə vaxtsa cəmiyyətə qəhrəman kimi təqdim olunanlar vətən xaini, vətən xaini adı ilə təqdim olunanlar isə qəhrəman olublar. Amma bütün variantlarda tarixi pozmaq mümkün deyil və zaman-zaman bütün həqiqətlər üzə çıxır.
İlham Cəmiloğlu, Musavat.com