Ötən əsrin ortalarına qədər Azərbaycandan olan din xadimləri İslam aləminin ən böyük elmi-dini mərkəzlərinin məzunu olmaqla, həmin elm ocaqlarının formalaşmasında böyük xidmətlər göstəriblər. Bu cür şəxsiyyətlər sırasında yüzlərlə ictihad dərəcəsinə çatanlar, dövrünün ən nəhəng din alimlərini yetişdirənlər var. Azərbaycandan olan İslam alimlərinin illərlə zəhmət çəkib ərsəyə gətirdikləri elmi əsərləri bu gün də İraqın Nəcəfül-Əşrəf, İranın Məşhəd və Qum şəhərlərindəki elmi-dini mərkəzlərdə dərs vəsaiti kimi tədris olunur.
Hazırda adları qeyd olunan islam mərkəzlərində əvvəlcə tələbə, daha sonra həmin mədrəsənin ən ali dərəcəli ustadları kimi fəaliyyət göstərmiş həmvətənlərimiz Azərbaycanda qurulan Sovet hakimiyyətinin təzyiqlərindən özlərini və ailələrini qorumaqdan ötrü qürbət ölkələrdə ömrünün sonuna qədər qalmış, orada haqq dərgahına qovuşmuşlar. Bu gün İranın və İraqın müxtəlif şəhərlərində “Badkubeyi”, “Naxçıvani”, “Qarabaği”, “Qafqazi”, “İrəvani”, “Lənkərani” və Azərbaycanın bir sıra şəhərlərinin adlarını özündə əks etdirən məzardaşları var.
Sovet hakimiyyəti dini təhsil alıb hər cür çətinliklərə dözərək, mənəvi dəyərləri təbliğ etməyi qarşısına məqsəd qoyan həmvətənlərmizin əksəriyyətini həbsı atmış, güllələmiş, bəzilərini müxtəlif ərazilərə sürgün etmiş, bir çoxlarını isə ömrünün sonuna qədər həbsdə saxlamışdı.
Tariximizdə İslam mədəniyyətinə, onun inkişaf etməsinə, Azərbaycanda İslam təfəkkürünün formalaşmasına xidmət edən əvəzsiz şəxsiyyətlər olub, özlərindən sonra elmi əsərlər, dərin mənalı sözlər, unudulmaz xatirələr saxlayıblar. Bu cür şəxsiyyətlərdən biri də, Azərbaycan ilahiyyatının tanınmış simalarından olan Şeyx Qələm Axunddur.
Modern.az-ın oxucularına onun haqqında qısa da olsa bəzi məlumat verməyi özümə borc bildim.
Qasımov Qulamrza Məhəmmədrza oğlu 1883-cü ildə Lerik rayonunun Zenoni kəndində anadan olub. İlk ruhani təhsilini 10 il Xorasanda alan Qulamrza daha sonra elm şəhəri Nəcəfül-Əşrəfdə 3, peyğəmbər şəhəri Mədinədə isə 4 il İslam elmlərinə dərindən yiyələnib. Ustadları tərəfindən Xorasanda təhsil alarkən gözəl hüsn-xəttə malik olduğu üçün ona “Qələm” ləqəbi verilib və respublikamızda “Şeyx Qələm” kimi tanınıb.
Molla Qələm Axund Piruzə adlı xanımla ailə həyatı qurub, 3 qız, Əhməd və Rzaxan adlı 2 oğul atası olub. Ailəsini daim İslami dəyərlər işığında tərbiyə edib.
Mərhum Prezident Heydər Əliyev hələ Sovet Azərbaycanında DTK-nın sədri vəzifəsində olarkən Ərəbistan yarımadasından gələn yüksək vəzifəli şəxslərin görüşündə məhz tərcüməçi qismində Şeyx Qələm Axund iştirak edib. Qonaqlarla bir çox söhbət aparan Şeyx Qələm onların rəğbətini qazanıb və onlar söhbətin sonunda “Cənab Əliyev, Sovet hökümətində belə zəkalı İslam bilicisinin olmasını ağlımıza belə gətirməzdik. Bu böyük bir möcüzədir” deyiblər.
O, xalq arasında daim hörmətlə yad olunan ruhanilərdəndir. Dövrünün öndə gedən din bilicisi olub. 1984-cü ildə 101 yaşında vəfat edib.
Böyük alim, ilahiyyatçı - Şıx Qələm
Xalqımız tarixən öz dininə bağlı xalq olub. Məhz bunun nəticəsidir ki, zaman-zaman ölkəmizdə savadlı ilahiyyatçı və din xadimləri çıxıb. Bu şəxslər Mədinə, Nəcəf, Məşhəd (Xorasan), Dəməşq, Səmərqənd, Buxara və digər dini mərkəzlərdə mükəmməl ali dini təhsil aldıqdan sonra Vətənə qayıdaraq müqəddəs dinimizi, Qurani-Kərimi təbliğ etməklə insanları sülhə, ədalətə, bərabərliyə, saflığa, paklığa və doğru yola çağırıblar.
Əfsuslar olsun ki, 70 il (1920-1991) yaşadığımız Sovetlər Birliyində hakim kommunist ideologiyasının tərkib hissəsi kimi ateizm yəni, Allahsızlıq tərbiyəsi təbliğ olunurdu. Şübhəsiz ki, ateizmdən ən çox ziyan çəkənlər də ilk növbədə din xadimləri olublar. Din xadimləri təqib edilir, dini ayinlərin keçirilməsinə maneçilik törədilir, məscid, kilsə və sinaqoqlar bağlanaraq onlardan anbar kimi istifadə olunurdu. Amma bütün təzyiq və qadağalara baxmayaraq, xalqı öz mənəviyyatından ayırmaq mümkün olmadır. Respublikamız müstəqillik qazandıqdan sonra vicdan azadlığı elan edildi, insanların inancına hörmətlə yanaşıldı, məscid, kilsə və sinaqoqlar yenidən dindarların istifadəsinə verildi, yeni-yeni məscidlər tikildi, ziyarətgahlar təmir və bərpa edildi, nəinki Bakıda, həmçinin bölgələrimizdə də dini təhsil verən məktəblər, mədrəsələr açıldı, Bakı İslam İnistitutu fəaliyyətə başldı, tanınmış din xadimləri haqqında çoxlu kitab və məqalələr yazıldı.
Azərbaycan Respublikasının cənub-şərqində, dağlar qoynunda yerləşən Lerik rayonu təkcə özünün gözəl təbiəti, uzunömürlüləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə deyil, eyni zamanda din xadimləri ilə də tanınır. Bütün ölkədə tanınan Mirkərim Axund, Şeyx Qələm Axund, Molla Hüseyn Axund, Hacı İlham Axund də digər din alimləri məhz Lerikdə dünyaya göz açıblar.
Bu dini alimlərdən Şeyx Qələm Axundun adını ilk dəfə hələ orta məktəb illərində (1970-ci il təvəllüdlüyəm-müəl.) valideyinlərimdən, yaxınlarımın hüzür məclisləri və dini mərasimlərdə edilən söhbətlərdən eşitmişəm. Yaşlı sakinlər söhbət əsnasında onun olduqca savadlı axund, Qurani-Kərimi, ərəb-fars dillərini mükəmməl bildiyini qeyd edirdilər. Şeyx Qələm Axund haqqında ilk dəfə geniş və dolğun məlumatı isə “Bəyaz saçların yaşıl işığında” kitabında əldə etmişəm. Həmmüəllifləri Hacıməmməd Quluzadə, Qədiməli Əhməd və Akif Məmmədli olan bu kitabda Lerik pedaqoqlarından bəhs edilir .2006-cı ildə işıq üzü görən “Bəyaz saçların yaşıl işığında” kitabında oxuculara Zenonulu Şeyx Qələm başlıqlı 7 səhifəlik məlumat da verilib. Müəlliflər haqlı olaraq Lerik pedaqoqlarından bəhs edən kitabda Şeyx Qələm Axunda da yer ayırıblar.
Ali dini təhsil alan Şeyx Qələm Axundu Lerikin ilk pedaqoqlarından hesab etmək olar. Çünki o, tələbələrinə dini biliklərlə yanaşı, dünyəvi elmlərdən də dərs keçib. Bu yaxınlarda “Şeyx Qələm Axund” kitabı işıq üzü görüb. Müəllifi “Pərvanə” jurnalının baş redaktoru, əməkdar jurnalist İdris Şükürlü olan kitabda Şeyx Qələm Axund və onun müasirləri haqqında publisistik-xatirə oçerklər toplanıb. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, “Şeyx Qələm Axund” kitabı şəxsi kitabxanamda yoxdur, onu dostum,”Məşəl” jurnalının baş redaktoru, şair-publisist Əliməmməd Ağazadədən alıb oxuduqdan sonra özünə qaytardım. Həm “Bəyaz saçların yaşıl işığında” və həm də “Şeyx Qələm Axund” kitablarında bu böyük dini alim haqqında geniş məlumat verilib. Şeyx Qələm Axund haqqında yazılanları oxuduqdan sonra sanki daxilimdə hansısa bir qüvvə məni bu böyük düha, zəka sahibi barəsində nəsə yazmağa məcbur etdi. Sual oluna bilər ki, kimdir Şeyx Qələm Axund?
Əsl adı Qulamrza Məhəmmədrza oğlu Qasımov olan Şeyx Qələm Axund 1883-cü ildə Lənkəran qəzasının Dırıq nahiyyəsinin (indiki Lerik rayonunun-müəl.) Zenonu kəndində anadan olub. “Bəyaz saçların yaşıl işığında” kitabında oxuyuruq:
“Çox erkən yaşlarında atasını itirən Qulamrza babası Əbülqasımın himayəsinə keçir. Əbülqasım onu əmisi oğlu Ağamalı Axundun yanında təhsilə qoyur. Ağamalı Axund onun zəkasına heyran qalır, təhsilini davam etdirmək üçün Lənkəran şəhərinə göndərir. İki il sonra Qulamrza Xorasana yola düşür (Xorasan İranın ostanlarından (vilayətlərindən) biridir. Mərkəzi Məşhəd şəhəridir-müəl.). Bu, təqribən 1898-ci ildə 15 yaşı olan vaxta təsadüf edir. Çox çətinliklə Xorasana gedib çıxa bilir. Burada 18 il oxuyur... Təkcə ilahiyyat elmilə kifayətlənməyən Qələm (Qulamrza) Xorasan təhsilindən sonra Ərəb ölkələrinə üz tutur. Bu ölkələrdəki məktəblərdə dünyəvi elmlər də tədris olunurdu. Əvvəlcə 3 il yarım Nəcəfdə (İraqda şəhər-müəl.), sonra daha 3 il yarım Mədinədə (Səudiyyə Ərəbistanında şəhər-müəl.) təhsil alır. Böyük alimlik dərəcəsinə yiyələnir” (Bakı 2006, səhifə 18).
Qulamrza hələ Xorasanda oxuyarkən dərin savadı və gözəl yazı qabiliyyətinə görə müəllimləri tərəfindən QƏLƏM adlandırılıb. Qələm ərəb sözü olub, müxtəlif mənalarda, o cümlədən “yazı növü”, “xətt” mənasında da işlənir. Məhz bundan sonra Qulamrza Qələm adı ilə məhşurlaşır.
Şeyx Qələm Axundun həyatı ilə tanış olduqda məlum olur ki, o, təkcə din alimi, şəriət və Quran bilicisi yox, həmçinin dilçi, ədəbiyyatşünas, şərqşünas, filosof, astronom və coğrafiyaşünas olub. Ensiklopedik biliyə malik olan alim təkcə Lerik və cənub-şərq bölgəsində deyil, həmçinin ölkə hüdudlarında belə tanınıb. Tanınmış alimlər, filologiya elmləri doktorları, professorlar Əzəl Dəmirçizadə, Feyzulla Qasımzadə (Şeyx Qələm Axundun tələbə yoldaşı olmuş, Xorasanda bir yerdə oxumuşlar-müəl.), coğrafiya elmləri doktoru, professor Q.Gül və digərləri Şeyx Qələm Axundla dəfələrlə elmi mübadilədə olub və onun dərin savadına, məntiqi cavablarına heyran qalıblar. Şeyx Qələm Axund ərəb və fars dillərini mükəmməl bildiyi üçün bir neçə dəfə BDU-nun Şərqşünaslıq fakültəsinə müəllim kimi dəvət olunsa da, bundan imtina edərək doğma Zenonu kəndində yaşamağa, burada dinimizi təbliğ etməyə üstünlük verib. Axundun çoxlu tələbələri olub. Təkcə Lerikdən yox, həm də bölgənin digər rayonlarından da dərs almaq üçün onun yanına gələnlər olub. Heç təsadüfi deyil ki, bu gün neçə-neçə axund, ilahiyyatçı özünü “Şeyx Qələm Axund məktəbi”nin “məzunu” hesab edir.
Ateizmin hökm sürdüyü zamanlar Şeyx Qələm Axund həmişə Sovet cəza aləti olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təqiblərinə məruz qalıb. Lakin, bu böyük ilahiyyatçı alim yerli sakinlərin köməyi ilə haqsız təqiblərdən və 1937-ci il repressiyasından yaxa qurtara bilib. Onu təqiblərdən qurtarmaq üçün adı kənddəki təsərrüfatda (kolxoz-sovxoz) sahə gözətçisi kimi qeyd edilib.
Ümummilli lider Heydər Əliyev bu böyük zəka sahibini şəxsən tanıyırdı. “Şeyx Qələm Axund” kitabında yazılır: “Mərhum Prezidentimiz Heydər Əliyev DTK-nın sədri (1967-1969-cu illər-müəl.) olarkən, demə Şeyx Qələm Axundu qapalı şəkildə Bakıya dəvət edibmiş, bunu heç öz ailə üzvləri də bilmirmiş. Ərəbistandan gələn yüksək səviyyəli qonaqlarla ərəb dilində ən çətin ifadələri işlətməklə danışan Şeyx Qələm Axund hamını heyrətdə qoymuşdu. Ərəbistandan gələn qonaqlar heyrətlərini belə bildiriblər: “Cənab Əliyev, Sovet hökumətinin vaxtında Azərbaycanda belə dərin zəkalı ilahiyyat aliminin olması heç kimin ağlına gəlməzdi. Bu möcüzədir” (İdris Şükürlü, Bakı- 2013, səh.46).
Axundun şəxsi həyatına gəldikdə isə o, Piruzə adlı qadınla evlənib və onların nikahından üç qız – Cəmilə, Gülnar, Zöhrə və iki oğlan Əhməd, Rzaxan dünyaya gəlib.
Bütün bunlarla yanaşı, Şeyx Qələm Axund həm də xeyriyyəçi olub. Belə ki, o özünün şəxsi vəsaiti hesabına yaşadığı Zenonu kəndinə dəmir boru ilə uzaq məsafədən su çəkdirib, burada bulaq və məscid tikdirib, kasıblara əl tutub, imkansız ailələrin məclislərini yola verib.
Dərin zəka sahibi, böyük ilahiyyatçı alim, el ağsaqqalı Şeyx Qələm Axund 101 il ömür sürərək 1984-cü il dekabrın 25-də haqq dünyasına qovuşub. Vəsiyyətinə əsasən o, doğma Zenonu kəndində şəxsi vəsaiti hesabına inşa etdirdiyi məscidin həyətində dəfn edilib.
Çox əfsuslar olsun ki, Allaha bağlı olan bu böyük şəxsiyyətin adı hələ də əbədiləşdirilməyib. Lənkəran şəhərində XIII əsrin böyük sufi alimi Şeyx Zahidin (1215-1300) və Axundun müasiri olmuş böyük din alimi Mirzə Məmmədhüseyn Axundun (İmam Axund; 1878-1960) adlarına küçə var. Lerik şəhərinin küçələrindən birinə Şeyx Qələm Axundun adının verilməsi düşünürəm ki, hamının ürəyincə olacaq. (Əlavə məlumat almaq üçün [email protected] müraciət etmək olar)
Samid Quliyev, İldırım Şükürzadə