Aleksandr Razuvayev: “Rusiyanın Asiya qanı onu Türk dünyası ilə doğmalaşdırır”
Dünyanı bürüyən koronavirus pandemiyası belə, böyük dövlətlər arasında gedən iqtisadi qarşıdurmanın qarşısını ala bilmədi. Rusiyanın “Alpari” İnformasiya Analitik Mərkəzinin rəhbəri Aleksandr Razuvayev müsahibəsində dünyadakı iqtisadi vəziyyət, yaxın gələcəkdə dünyanın yeni iqtisadi formasiyası barədə danışıb:
- Bildiyiniz kimi, hazırda qlobal iqtisadi müharibə gedir və əsas qarşıdurma ABŞ ilə Çin arasında yaşanır. Rusiya bu iqtisadi qarşıdurmaya necə münasibət göstərir və Moskva buna hazırlaşırmı?
- ABŞ ilə Çin arasındakı ticarət müharibəsi ötən ilboyu davam etdi və prinsip etibarilə qalib müəyyənləşmədi. Hazırda qlobal iqtisadiyyatın bir problemi var: çini qablar dükanında fil kimi davranan Donald Tramp. Sanksiyalar və ticarət baryerləri ilə o, nəinki bizə tanış olan qlobal iqtisadiyyatı, həm də ABŞ-ın qlobal liderliyini məhv edir. ABŞ-ın Çinin suveren istiqrazlardakı investisiyalarını donduracağını düşünmürəm, baxmayaraq ki, Rusiya bu ssenarinin özünə qarşı istifadə edilməsinə də hazırdır. ABŞ istiqrazlarının payı hazırda Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarının 1%-dən azdır. Monetar qızılının payı isə 20%-dən çoxdur. Prinsipcə, ABŞ ilə Çin arasında yeni ticarət müharibəsi hər an başlaya bilər. Bununla yanaşı, müharibə nəticəsində qlobal iqtisadiyyatın bir neçə valyuta zonasına bölünəcəyini də istisna etmək olmaz. Məsələn, ABŞ-Kanada, ABŞ-Meksika üçün vahid valyuta – Amero tətbiq edilə bilər.
Rusiya 2014-cü ildən bu yana sanksiyalar altındadır. Şərqə doğru böyük dönüş elan edildi. Məsələn, Çinə qaz ixracının həcmi 130 milyard kubmetr olacaq. Müqayisə üçün bu il Avropaya qaz ixracının həcminin 170 milyard kubmetr olması planlaşdırılır. Rusiya BRİKS ölkələri, Türkiyə və İran ilə fəal əməkdaşlıq edir. Rusiyanın bütün qeyri-Qərb dünyası üçün müdafiə texnologiyası fabriki olmaq şansı var. Nəzəri baxımdan vahid Avrasiya valyutası - Belarus, Rusiya və Qazaxıstanı birləşdirəcək Altın yarana bilər. Qazaxıstanın ilk Prezidenti cənab Nazarbayev 1994-cü ildə vahid valyuta haqqında fikirlər irəli sürürdü. Sivilizasiya baxımından Rusiya qanıqarışıq bir ölkədir, yarısı slavyan Avropası, o biri yarısı Qızıl Orda - Asiya. İkinci qan Rusiyanı Türk dünyası, ilk növbədə Qazaxıstan və Azərbaycanla doğmalaşdırır. Bu variant, Lev Qumilyovun fanatı kimi mənə daha yaxındır.
- “Chinacentrism” (Çinmərkəzli) ilə yeni bir iqtisadi formasiyanın dünyada bərqərar olması mümkündürmü? Yeni iqtisadi quruluş nəyi dəyişə bilər? Və belə şəraitdə iqtisadi subyektlər hansı formada qarşılıqlı fəaliyyət göstərəcək?
- Çin təbii ki, 21-ci əsrin iqtisadi lideridir. SSRİ-nin arzu etdiyi, lakin nail ola bilmədiyi məsələləri Çin həyata keçirə bildi - güclü bir dövləti qorumaqla, sosializm sistemini kapitalizmə dəyişdirə bildi. Çin kommunistləri Sovet kommunistlərindən daha ağıllı və daha effektiv ola bildilər. Ancaq qloballaşmanın məhz “çincə” olacağını düşünmürəm. Qərbə, Rusiyaya və ya Türk dünyasına Çin qlobal layihəsini tətbiq etmək mümkün deyil. Bir daha deyirəm, dünyanın bir neçə müstəqil güc mərkəzinə parçalanma ehtimalı var. Pandemiya yalnız bu meyilləri sürətləndirir.
- Yaşıl texnologiyaların, sıxılmış qaz və digər alternativ enerji mənbələrinin inkişafı fonunda qlobal bazarda ənənəvi enerji növlərinin perspektivləri varmı?
- İslam forumlarında oxumuşdum ki, Uca Allah nefti xüsusilə sevdiyi millətlərə verir. Bu, çox güman ki, zarafat xatirinə deyilmiş bir sözdür, amma fakt budur ki, postsovet respublikalarından yalnız güclü neft yataqları olan ölkələr - Rusiya, Azərbaycan, Qazaxıstan özlərini tam mənada doğrulda və təmin edə bildi. Növbəti 20 ildə neft və qaz bazarlarının inkişaf edəcəyi fikrindəyəm. Dünya iqtisadiyyatı böyüyəcək və neftə tələbat da buna uyğun artacaq. Neft-kimya sənayesi xüsusi sürətlə inkişaf edəcək. Amerikanın neft sənayesi problemlər içərisindədir və hələ ki, yaşıl texnologiyalar çətin ki, dediyim müddətdə neftə ciddi alternativ ola bilsin. İlin sonuna qədər sizi də maraqlandıran neftin qiyməti 1 barelə görə 40-50 dollar, 2021-2022-ci illərdə 50-70 dollar arası olacaq. Odur ki, ənənəvi enerji növləri hələ uzun müddət dünya bazarında liderlik edəcək.
Ayna.az