O, 24 yaşında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1946-cı ildə marşal Georgi Jukov “Qızıl ulduz” medalını ona təqdim edəndə, haqqında yüksək fikirlər söyləyib:
“Baş leytenant Aleksey Kulak peşəkar və bacarıqlı hərbçi olmaqla yanaşı, həm də təşəbbüskar zabitdir. Onun hərbi əməliyyatlar zamanı dəyişən situasiyaya uyğun düzgün qərarlar qəbul etməsi bunu bir daha sübut edir. Aleksey Kulakın Berlin əməliyyatının uğurlu keçirilməsində xüsusi xidmətləri olub. Mən onun gələcəkdə uğurlu hərbi karyerasına inanıram və bu yüksək təltifi gənc zabitimizə təqdim edərkən ordumuzun qarşıdakı illərdə daha qüdrətli olmasına böyük ümidlər bəsləyirəm...”
Marşal bu yüksək fikirləri söyləyərkən, yəqin ki, qarşısında farağat vəziyyətində dayanan baş leytenantın casusluq fəaliyyəti ilə məşğul olduğunu heç ağlına da gətirməyib. Bəli, bəzən qəhrəmanlar da vətənə xəyanət edirlər.
Aleksey Kulak 1922-ci ildə Moskvada fəhlə ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra müharibə başlanıb və o da, həmyaşıdları kimi cəbhəyə yollanıb. Sürətləndirilmiş artilleriya kurslarını bitirdikdən sonra Aleksey Kulak Ukrayna cəbhəsindən Berlinə qədər ağır döyüş yolları keçib. 1945-ci ildə baş leytenant rütbəsini daşıyan Kulak Berlin əməliyyatında xüsusilə fərqlənib və Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müharibədən sonra Aleksey Kulak hərbi xidmətdə qalıb. Əslində o, heç vaxt hərbçi olmaq istəməyib. Kimya və fizika elminə daha çox maraq göstərən Aleksey məktəb illərində gələcəyini bu elmlərlə bağlamaq arzusunda olub. Müharibə onun həm arzularını, həm də həyat yollarını fərqli istiqamətlərə dəyişib.
SSRİ alman faşizmi üzərində qələbə çaldıqdan sonra Aleksey Kulak Almaniyanın kiçik şəhərlərinin birinə hərbi komendant təyin edilib. Elə bu vəzifədə xidmət edərkən o, ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb. “NKVD”-nin Almaniya ərazisində fəallığını nəzərə alan baş leytenant casusluğunun üstünün açılmasından narahat olub və 1947-ci ildə hərbidən tərxis olunması üçün komandanlığa müraciət edib. Komandanlıq Kulakın müraciətini müsbət cavablandırıb.
O, Almaniyadan Moskvaya qayıdıb, Mendeleyev adına Kimya Texnologiyaları İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra Aleksey Kulak bir müddət elmi yaradıcılıqla məşğul olub, dissertasiya müdafiə edərək kimya elmləri namizədi adını alıb.
1960-cı ildə Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyi Aleksey Kulakın peşəkar hərbçi, döyüşən zabit və qəhrəman olmasını nəzərə alaraq onu xidmətə dəvət edib. Kimya alimi bu dəvəti qəbul edərək DTK-nın 1-ci baş idarəsində xidmətə başlayıb, onu SSRİ-nin Nyu-Yorkdakı rezidenturasına təyin ediblər.
Bəzi versiyalara görə, Aleksey Kulak ABŞ-da xidmət etmək üçün özü təşəbbüs göstərib. Hələ Almaniyada xidmət edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələr yaratmağa nail olan Kulak 1962-ci ildə könüllü olaraq Amerika kəşfiyyatına işləməyə başlayıb.
Kifayət qədər məxfiliyi saxlaya bilən Kulakın ikibaşlı oyunu uzun illər heç kimdə şübhə yaratmayıb.
1967-ci ildə Yuri Andropov DTK sədri təyin olunanda ABŞ-da xidmət edən dövlət təhlükəsizliyi əməkdaşlarının fəaliyyətini ciddi şəkildə araşdırıb. Bu araşdırmalarda da Kulakın fəaliyyəti heç bir şübhə yaratmayıb.
Yüksək peşəkarlığa malik olan Aleksey Kulakın Amerika kəşfiyyatına işlədiyinə görə hər dəfə 100 min dollar olmaqla üç dəfə “mükafatlandırılması”ndan da heç kimin xəbəri olmayıb. Moskvada iki otaqlı “xruşovka” layihəli kiçik mənzili olan Kulak çox sadə həyat tərzi nümayiş etdirərək yarana biləcək bütün şübhələrin qarşısını ustalıqla alıb.
1975-ci ildə DTK SSRİ-dən ABŞ-a elmi-texniki sahələr üzrə informasiya axını olduğunu aşkarlayıb. Əsasən bu sahə üzrə işləyən Aleksey Kulakın fəaliyyəti yenidən analiz edilib. Aleksey Kulak bu dəfə də sudan quru çıxıb.
1977-ci ildə Kulak Moskvada olarkən Yuri Andropovun qəbuluna yazılıb. O, görüşdə səhhətində yaranmış problemlərə görə xidmətdən tərxis olunmasını xahiş edib.
Beləliklə, Aleksey Kulak 1977-ci ildə polkovnik rütbəsində istefaya göndərilib.
Kulak elə həmin ildən təhsil aldığı Mendeleyev adına Kimya Texnologiyaları İnstitutunda dosent kimi pedaqoji fəaliyyətə başlayıb, elmi yaradıcılığını davam etdirib.
25 avqust 1984-cü ildə Aleksey Kulak beyin xərçəngi xəstəliyindən vəfat edib. DTK polkovniki Kuntsevo qəbirstanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilib.
1985-ci ildə SSRİ-dən ABŞ-a informasiya axını məsələsi yenidən gündəmə gəlib. Sovet kəşfiyyatçıları SSRİ-yə işləyən məşhur Amerika kəşfiyyatçısı Eyms Oldriçi bu məsələyə cəlb ediblər. Sözsüz ki, Oldriç sövdələşməyə görə SSRİ-dən kifayət qədər böyük “qonorar” alıb. O, əsaslı sübut və dəlillərlə Aleksey Kulakın uzun illər Amerika kəşfiyyatına işlədiyini DTK-ya sübut edib.
Yüksəkçinli sovet məmurlarından biri “Kulak vətəni neçəyə satıb” sualına Oldriç belə cavab verib:
- “Qəhrəman”lar ucuz qiymətə işləmirlər. Kulak ümumilikdə 300 min dollarla mükafatlandırılıb.
Bu hadisədən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin qapalı qərarı ilə Aleksey Kulak ölümündən sonra bütün dövlət təltiflərindən məhrub edilib, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adından da.
Onun bütün titulları rəsmi sənədlərdən silinsə də, baş daşına yazılmış “Sovet İttifaqı Qəhrəmanı” adının silinməsi heç kimin ağlına gəlməyib.
İlham Cəmiloğlu, Musavat.com