Hələ Gəncə üsyana qalxmamışdı, qırğın olmamışdı. 1920-ci ilin martında qərb sərhədlərimizin müdafiəsinə göndərilmiş 20 minlik qoşundan mayın ortalarına Qarabağda 6 minlik qüvvə qalmışdı. Ermənilərlə döyüşlərdə sıraları seyrəlmiş Şəki, Ağdam, Cavanşir, Tərtər, Bakı, Tatar alayları, iki topçu divizionu Bərdədən Zəngəzura qədər böyük bir əraziyə səpələnmişdi. Getdikcə çoxalan Qırmızı Ordu diviziyaları paz kimi araya elə girmişdilər ki, milli ordu hissələrinə əlaqə saxlamaq çətinləşirdi. Rus soldatları yollarda postlar qurmuşdular, quldurluq edirdilər. Sovet təşviqatçıları kəndləri dolaşır, adamları “Məhəmmədi unudub, yeni peyğəmbərin – Leninin ardınca getməyə” çağırırdılar. Bu, xalqda etiraz doğurur, onsuz da qeyri-müəyyənlik şəraitində olan milli orduda narazılığı artırırdı. ADR dövrünün fərqlənmə nişanlarını, hərbi rütbələrini ləğv etmiş yeni hökumət mühüm mövqelərdə Azərbaycan hissələrini XI Ordunun qüvvələri ilə əvəzləməyə başlamışdı. Ermənilər bolşeviklərlə birləşir, fürsətdən istifadə edib müsəlman kəndlərini talayır, aprel məğlubiyyətlərinin qisasını alırdılar. Belə vəziyyət çox davam edə bilməzdi. Qarabağ gərgin sükut içində idi. Hər şey tufandan qabaqkı sakitliyi xatırladırdı…
***
Əvvəlcə “göy gurultusu” Tərtərdə oldu. Burada Şəki süvari alayının qərargahı, 2-ci divizionu, artilleriya və pulemyot taqımları yerləşirdi. Alayın 1-ci divizionu 12 km aralı – Xanlıqda dayanmışdı. Qırmızıların 32-ci diviziyasının 282-ci piyada alayı da şəhərdə mövqe tutmuşdu. Mayın 21-də XI Ordu komandanlığının əmri ilə bu alay başqa yerə göndərilməli, onun yerinə 20-ci diviziyanın briqadası gətirilməli idi.
Saat 12-də 282-ci alayın batalyonları yola hazır vəziyyətdə meydanda düzülmüşdülər, gözətçi taqımın gəlməsini gözləyirdilər. Bu vaxt uzaqdan güllə səsləri eşidildi. Atan soldatlar idi. Mövqeyini tərk edəndə taqım şəkililərin atlarını da özü ilə aparmaq istəmişdi. Atları otaran 6 əsgər qabağa duranda isə onları gülləyə tutmuşdular.
Tərtər camaatı evlərdən, Şəki süvariləri kazarmalardan bayıra tökülüşdülər. Soldatlar onları hədələyirdilər. Gərginlikdə meydanda qırmızılardan kiminsə əsəbləri dözmədi. Pulemyotdan atəş açdı. Əsgərlərimiz cavab verdilər. Sonra nə baş verdiyini təsvir etmək çətindir… Şəki alayının zabitləri aranı sakitləşdirməyə çalışsalar da, yarım saatdan sonra 282-ci rus alayı artıq, demək olar, yox idi, komandir Naumov da öldürülmüşdü. Zabitlər cəmi 90 nəfəri xilas edə bilmişdilər.
Axşama yaxın 20-ci diviziyanın briqadası Tərtərə daxil oldu. Səhərdə “inqilab fədailəri”nin təntənəli dəfn mərasimi keçirildi. Bakıdan hərbi nazir Çingiz İldırım və maarif naziri Dadaş Bünyadzadə, Qırmızı Ordu qərargahının və Fövqəladə Komissiyanın nümayəndələri gəlmişdilər. Bünyadzadə yumruğunu yelləyə-yelləyə bolşeviklərin qanının yerdə qalmayacağına and içirdi.
İstintaq Milli Ordu əsgərlərini günahkar çıxardı. Yerli əhalidən atışmada iştirak edənlər və Şəki alayının 9 topçusu güllələndi. Zabitlərə toxunmadılar. Həm sağ qalan bolşeviklərin ifadələrini nəzərə aldılar, həm də alayın komandirlərə görə üsyana qalxacağından ehtiyat etdilər. Amma onları cəzasız da buraxmayacaqdılar.
26-27 may, 1920
Mərkəzdən gələn əmrlə Şəki alayı “heyəti yenidən formalaşdırmaq” adı ilə Gəncəyə göndərildi. 2-ci divizion Tərtərdən yola düşdü, Xanlıqdan çıxan 1-ci divizion isə hərəkətdə onunla birləşməli idi. Tərtər çayını təzə adlamışdılar ki, əmr dəyişdi və 2-ci divizion XI Ordu qərargahının yerləşdiyi Yevlaxa istiqamətləndirildi. Süvarilər bilmirdilər ki, Gəncədə üsyan başlayıb və şəhər milli ordunun nəzarətinə keçib.
Marşrutun dəyişdiyindən xəbərsiz 1-ci divizion isə yoluna davam edirdi. Gəncədə qarışıqlıq olduğunu eşidən komandir, podpolkovnik Ehsan xan Naxçıvanski məlumatı dəqiqləşdirmək üçün bir nəfər götürüb, Yevlax stansiyasına çapdı. Burada XI Ordu komandanı Levandovskinin əmri ilə onu tutub güllələdilər. Divizionun özünü isə qırmızılar Gəncə yaxınlığında əhatəyə alıb, məhv etdilər. Yalnız kiçik süvari dəstəsi mühasirəni yarıb, şəhərə girə bildi.
Beləliklə, Şəki alayının 2-ci divizionu qeyri-müəyyənlik şəraitində Yevlaxa yaxınlaşırdı. O özü ilə silah-sursat, əmlak dolu arabalar aparır və hələ də 1-ci divizionun gəlişini gözləyirdi, buna görə yavaş gedirdi.
28 may, 1920
Dəstə Bərdəyə çatdı və gecələmək üçün şəhərkənarı bağda yerləşdirildi. Onun önündə Qırmızı Ordunun 32-ci, arxasında 20-ci diviziyasının hissələri düşərgə salmışdılar.
Hiss olunurdu ki, alayın ətrafında nəsə oyun gedir. 1-ci divizion itmişdi, 2-ci divizion izlənirdi, indi də dala-qabağa yolu kəsilmişdi. Hər şey qəfil aydınlaşdı. Hava qaralanda yolda soldatlarla dolu yük maşını göründü. Alayın yanından keçəndə maşın bir anlığa saxladı. Kimsə kabinədən qışqırdı: “Yoldaşlar, yatmaq vaxtı deyil, Gəncədə üsyandır, bizimkiləri qırıblar. Əmr var, arvadlı-uşaqlı hamısını məhv edək.”
İndi bəlli oldu ki, Yevlax stansiyasında alayı nə gözləyir. Əksəriyyət dağılışmağı, gedib öz ailəsini qorumağı təklif etdi. Dörd zabit – 1 poruçik, alayın adyutantı kornet Kunduxov, 2 praporşik, 28 əsgər – topçu, pulemyotçu və süvarilər qaldılar, onlar İran sərhədinə doğru hərəkət etməyə, Qarabağdakı Milli Ordu qüvvələri ilə birləşməyə qərar verdilər. Silah-sursatı burada atmamaq üçün hərə bir arabaya oturdu, gecənin qaranlığında kolluqlarla Tərtərin sahilinə çıxıb, dayaz yerdən çayı sakitcə keçdilər.
Səhərə qədər Bərdədən cəmi 4 verst aralana bilmişdilər. Kəndlərdə ins-cins gözə dəymirdi, hətta itlər də hürmürdü. Amma bir kəndin kənarında təxminən 800 qara papaqlı, əlisilahlı adam yığışmışdı. Onlar əsgər-zabitləri görəndə sevindilər: “Aramızda hərbçi yoxuydu, – dedilər, – sizi Allah yetirib. Bizi döyüşə aparın, yadelliləri torpaqlarımızdan qovaq!”
Üsyançıların 900-ə qədər tüfəngi, 120 min patronu, 2 topu və 2 pulemyotu var idi. Qarşıda isə azı 32 topa, onlarla pulemyota malik 2 rus diviziyasının hissələri dayanmışdı.
31 may, 1920
Ətraf yerlərdən dəstəyə qoşulanların hesabına üsyançıların sayı 1500-ə çatdı. İlk hədəf Bərdə idi. Mayın 31-i səhər 8-də qırmızılara ultimatum göndərildi: onlardan silahları təhvil vermək və Azərbaycandan çıxmaq tələb olundu. Cavab gəlmədi.
Axşam saat 5-də üsyançılar hücuma keçdilər. İyunun 1-dək sağ sahili tam tutdular, Kərbəla bəyin evinin damında pulemyotlar qoydular. Tərtərin suları şişmişdi, çayı bircə yerdən – Bərdənin yaxınlığından keçmək mümkündü, orada isə düşmənlə ara cəmi 200 metr olardı. Evin damından rusların səngərləri aydın görünürdü. Bolşeviklər ciddi itkilər verirdilər. Qırmızıların artilleriyası binanı xarabazarlığa çevirsə də, pulemyotların səsi kəsilmirdi.
3-4 iyun, 1920. Bərdə
Döyüşlər iki gün mövqe dəyişikliyi olmadan davam etdi. XI Ordu 32-ci diviziyanın daha 2 briqadasını Bərdəyə atdı. Üsyançılar isə getdikcə zəifləyirdilər. Döyüş sursatı tükənirdi. Belə vəziyyətdə Milli Ordu zabitlərindən ibarət qərargah yeganə şansdan – gözlənilməzlik faktorundan istifadə etməyə qərar verdi. Qüvvələr nisbəti nə qədər əlverişsiz olsa da, iyunun 4-ü səhərə yaxın üsyançılar Bərdəyə hücuma keçdilər. Üç top atəşindən sonra əsgərlər “Allah, Allah” qışqıraraq bir həmlə ilə çayı adladılar. Elə bil min boğaz yox, on min boğaz bağırırdı. Toplar, pulemyotlar, tüfənglər susmurdu. Məqsəd düşməni panikaya salmaq idi. Həqiqətən də, sonradan 32-ci diviziya komandirlərindən birinin yazdığı kimi, ruslar Azərbaycan Ordusunun digər hissələrinin və türklərin üsyana köməyə gəldiyini düşünüb qorxuya düşmüşdülər.
Günorta saat 12-də bolşeviklər Bərdəni tərk etdilər. Şəhərə daxil olan üsyançıların gözü qarşısında dəhşətli mənzərə açıldı. Rus qoşunu əhaliyə divan tutmuşdu, evlər yağmalanmışdı, meyitlər küçələrdə qalmışdı.
Geri çəkilən rus alaylarının qalıqlarını kornet Kunduxov başda olmaqla, Şəki alayının 12 süvarisi izləyirdi. Axşama doğru onlar şəhərə qayıtdılar. Məlum oldu ki, qaçan bolşeviklərin qarşısını yolda XI Ordunun yeni qüvvələri kəsib. Bərdənin üstünə təzə qoşun gəlir.
Üsyançılar düşməndən alınmış 2 pulemyotu və çoxlu sayda patron yeşiklərini də götürüb, əvvəlki mövqelərinə qayıtmağa məcbur oldular.
4 iyun, 1920. Şuşa
1920-ci ildə bolşevik istilasına qarşı üsyanları tədqiq edən tarıxçılər onların əlaqəsiz olduqlarına diqqət çəkirlər. Bunu görmək üçün üsyanları müqayisə etməyə ehtiyac yoxdur, elə Qarabağ hadisələrinin öz xronologiyasına baxmaq kifayətdir. Belə pərakəndəlik, əlbəttə, səbəbsiz deyildi. Milli Ordu hissələri bir-birindən təcrid edilmişdilər, onların hər hərəkəti, yollar, rabitə xətləri rus hərbçilərinin nəzarəti altında idi. Azərbaycanın yeni hakimiyyəti də öz ordumuza qarşı işləyirdi. Amma fakt faktlığında qalır. Bölgənin bir tərəfində – Bərdə və Tərtərdə müqavimət zəifləyən günlərdə digər tərəfində – Şuşada hadisələr yeni qızışırdı.
Türk generalı Nuru paşa iyunun 4-nə keçən gecə bir neçə silahdaşı ilə Dağıstandan gizlin Şuşaya gəlmişdi. Paşanın orduda və xalq arasında nüfuzu vardı, 1918-ci ildə o, Bakının bolşevik-daşnak işğalından azad olunması əməliyyatına rəhbərlik etmişdi, Qarabağda da ad qazanmışdı. Amma 1920-ci ilin aprelində paşa Xİ Ordunun Azərbaycana yolunun açılmasına çalışanlardan biri idi. O da inanırdı ki, bu ordunun məqsədi Azərbaycanı işğal etmək yox, ölkədən keçib Türkiyənin köməyinə yetişməkdir. General aldandığını tez başa düşmüşdü və səhvini düzəltməyə çalışırdı. Şuşada Nuru paşa üsyan planını Azərbaycan Ordusunun Qarabağ dəstəsinin keçmiş qərargah rəisi, polkovnik Zeynalovla, hərbi komandirlərdən polkovnik Səfiyevlə, sabiq pristav Kərimbəy Qalabəyovla müzakirə etdi, onlardan dəstək alıb gecikmədən hərəkətə keçməyə qərar verdi.
5-8 iyun 1920, Şuşa-Ağdam
Şuşada yerləşmiş Bakı alayının köməyi ilə üsyançılar şəhəri ələ keçirdilər. İnqilab komitəsinin rəhbərlərini həbs etdilər. Nuru paşa Qarabağın yeni hakimi elan olundu. O, polkovnik Zeynalovun başçılığı ilə kiçik bir qarnizonu Şuşada saxladı və iyunun 6-da sayı 4 minə çatan üsyançı ordu ilə Qarabağın azad olunması əməliyyatına başladı. Qırmızılar əksər mövqelərdən demək olar, müqavimətsiz çəkilirdilər. Əsas döyüşlər Ağdam yaxınlığında və Qaryağin qəzasının Qoçəhmədli kəndi ətrafında baş verdi. Qaryagində üsyançılar Qəza İnqilab komitəsinin sədri Məmmədxanovun kommunistlərdən və ermənilərdən yığdığı dəstənin müqavimətini çətinliklə qıra bildilər. Bakı alayının batalyonu isə bütöv rus diviziyasını vurub Ağdamdan çıxardı. Beləcə, üç günə Yuxarı Qarabağ bolşeviklərdən təmizləndı.
5-8 iyun, 1920. Tərtər-Bərdə
Bərdədə isə üsyançılar ilk məğlubiyyətin acısını dadmışdılar və növbəti hücum üçün qüvvələrini bərpa etməyə çalışırdılar. Talenin hökmündən, üsyanın önündə gedən Milli Ordu zabit və əsgərlərinin 32-si də sağ idi. İyunun 5-də səhər əsgərlər adam toplamaq üçün kəndlərə yollandılar. Amma əliboş qayıtdılar: kəndlər boşalmışdı. Qırmızılarla Bərdəyə gəlmiş Çingiz İldırım dərhal hər tərəfə dəstələr göndərmişdi, bolşeviklər təyyarədən vərəqələr səpələmişdilər. Əhalini xəbərdar etmişdilər ki, hökumətə silah qaldıran hər kəsin ailəsinə divan tutulacaq, üsyançıları gizlədən kəndlər bombalanacaq. Camaat xatadan aralanmaq üçün uzaq kəndlərdəki qohum-tanışın evinə pənah aparmışdı.
Belə şəraitdə nəinki hücum, heç müqaviməti davam etdirmək mümkün deyildi. Üsyançılar Qarabağın içərilərinə doğru çəkilməyi və orada Milli Orduya birləşməyi qərara aldılar. Ağdam yolunda 1-ci Tatar alayının süvarilərinə rast gələn kiçik dəstənin sevincinin hüdudu yox idi. Alayın bayraqları altında hərəkət edən süvarilərin arxasınca piyadalar və artilleriya gəlirdi.
Birləşmiş dəstə Bərdənin bolşeviklərdən azad edilməsinə daha bir cəhd göstərdi. Döyüşlər qısa fasilələrlə 3 gün davam etdi. Tərtər sahillərində möhkəmlənmiş ruslar iyunun 8-i axşama yaxın zirehli maşınlardan istifadə etməklə azərbaycanlıların sağ cinahında piyadaların müqavimətini qıra bildilər. Sol cinahda mühasirəyə düşməmək üçün süvarilər də təcili geri çəkilməli oldular.
9-10 iyun, 1920. Tərtər-Bərdə
Gəncə üsyanını amansızlıqla yatırmış bolşevik ordusu artıq əsas qüvvəsini Qarabağ cəbhəsinə yönəltmişdi və burada iyirmi qat say üstünlüyi yaratmışdı. İyunun 9-da Levandovski irimiqyaslı əməliyyata başlamaq haqqında əmr imzaladı. Şteygerin 32-si diviziyasına, zirehli avtomobil dəstəsinə, müsəlman-fəhlə dəstəsinə, Velikanovun 20-ci diviziyasının 1-ci briqadasına, Vodopyanovun 2-ci süvari korpusuna, Lunkeviçin aviasiya dəstəsinə Yevlaxdan və Bərdədən hücuma keçib, Tərtər-Lənbəran xəttini tutmaq tapşırıldı. Krivonosun 94-cü atıcı briqadası Gəncə-Şamxor yolunu kəsdi. Goran stansiyasına nəzarət gücləndirildi. Gorus tərəfdə isə Dronun və Njdenin daşnak dəstələri dayanmışdı. Beləliklə, üsyançıları Ağdamdan və Şuşadan çıxarmaq, Araza doğru sıxışdırıb məhv etmək planlaşdırılırdı.
İyunun 10-da səhər saat 6-da əməliyyat başlandı. Həlledici rolu güclü sovet artilleriyası və xüsusilə Lunkeviçin aviasiya dəstəsinin bombardmanları oynadı. Azərbaycanlıların Şəki və Tatar alaylarının, kapitan Abdulla bəy Yansupovun dağ batareyasının qalıqları Ağdama tərəf çəkildi. Döyüşlərin 3-cü günü, iyunun 12-si axşam ruslar Ağdama girdilər. Şəhərin sağ qalmış müdafiəçiləri İranla sərhəd Cəbrayıl qəzasına sıxışdırıldılar.
12-15 iyun, 1920. Ağdam-Şuşa
Rusiya arxivlərində XI Ordunun komandanı Levandovskinin iyunun 12-si gecə partiya rəhbərlərindən biri ilə teleqraf danışığının mətni qalır. Komandan cəbhədə vəziyyət barədə Yevlaxdan məlumat verir:
“…Şuşada… əhəmiyyətsiz sayda komandir və əsgərlərdən ibarət qrup qalıb… Görünür, Zeynalov da oradadır, çünki Bünyadzadə Ağdamdan teleqrafla Nuru Paşanın adından Zeynalovu aparata çağırıb. O yaxınlaşıb, amma danışanın Bünyadzadə olduğunu biləndə aparatdan uzaqlaşıb. Bu axşam Çingiz İldrım və Bağırov Şuşaya yollanmağa hazırlaşırdılar, onlardan hələ xəbər yoxdur… İndi mən 32-ci diviziyanın komandirinə Əskəranı tutmaq və Şuşa üzərinə hərəkət etmək barədə əmr yazıram…”
Levandovski Milli Ordu hissələrinin müqavimət gücünü itirdiyini bilirdi. Buna görə rus qoşunları Şüşaya çatmağa hələ 37 kilometr qalmış partiya liderini “Qarabağ üsyanının yatırılması münasibəti ilə” təbrik edirdi. Ancaq bu 37 kilometri keçmək üçün bolşeviklərə daha 3 gün lazım oldu. XI Ordu hissələri iyunun 14-də Xankəndini tutdular, 15-də Şuşaya girdilər. Qarabağda repressiyaların 2-ci, daha ağır dalğası, kütləvi həbslər, qətllər başladı.
15-16 iyun, 1920. Araz sahili
Bərdədə, Şuşada, Ağdamda, Qaryagində iki həftədən çox davam edən döyüşlərdə Qarabağ dəstəsi şəxsi heyətinin 80 faizə qədərini itirdi. Sağ qalanlar son dəfə Arazın sahilində toplaşdılar. Burada Vətən bitirdi. “32-lərin dastanı” da sona yetirdi. Onlar silahlarını götürüb Arazı keçdilər, İrandan Türkiyəyə üz tutdular və orada Mustafa Kamal Paşanın ordusuna qoşuldular. Milli Ordumuzun əsgər və zabitləri qardaş ölkənin nicatı uğrunda döyüşlərdə şücaətlə vuruşdular…
***
Biz sizə tarixi mülahizələr təqdim etmədik. Birbaşa sənədlər və hadisələrin iştirakçılarının xatirələri əsasında bərpa edə bildiyimiz səhnələri gözləriniz önündə gətirdik. Bu səhnələr yüz il qaranlıq qalan mətləblərə işıq salır. 1920-ci ildə Azərbaycan ordusunun işğalçılara müqavimətsiz boyun əydiyi haqda iddiaları alt-üst edir. Bilin ki, Azərbaycan tarixinin ən faciəvi dövrlərindən olan bolşevik istilası zamanı da gənc ordumuzun döyüşçüləri zabit və əsgər şərəfini uca tutublar. Vətənın, xalqın təəssübünü çəkiblər. Bu, təkcə Yalamada, Gəncədə, Qarabağda belə olmayıb. Arxivlərdə 1920-ci ildə Zaqatalada, Lənkəranda, Astarada, Qubada, Muğanda, Şəmkirdə, Qazaxda, Gədəbəydə və s. bölgələrdə də üsyanlar haqqında məlumatlar tapa bilərsiniz.
O üsyanlarda minlərlə zabit və əsgərimiz canından keçib. Əsir düşənlər, həbs edilənlər olub. Bolşeviklər 500-ə qədər hərbçimizi əksinqilabçı kimi güllələyiblər. Arazı keçənlərin sayının isə müxtəlif mənbələrdə 1200-1500 nəfər olduğu göstərilir. Amma onlar da son şansadək mərdi-mərdanə vuruşub, axırda qapını çırpıb, nə zamansa qayıtmaq üçün gediblər. İndi zamanı yetişib. Vətənə qayıtmaq, onları Vətənə qaytarmaq vaxtıdır. Unutmayaq: bugünkü müstəqilliyimizin tarixi həm də Azərbaycan xalqının şərəfi və namusu uğrunda mübarizədə onların axıtdığı qanla yazılıb:
“Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim… Vətən – əcdadımızın mədfənidir, Vətən – övladımızın məskənidir…”
Audio Player
Məmməd Əmin Rəsulzadə,
“Azərbaycan Cümhuriyyəti”
pressklub

00:0000:00
“Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix bu üsyanları tədqiq… edəcəkdir. Bu üsyanların bihudə olduğunu və səlaməti-ümumiyyəyə zərər gətirdiyini iddia edənlər var. Fəqət bu üsyanlar dəxi olmasa idi, Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi?!” Məmməd Əmin Rəsulzadə,
“Azərbaycan Cümhuriyyəti”
pressklub