Gəlin, ilk növbədə etiraf edək ki, Elman Rüstəmov mətbuata açıq məmur deyil. Ona görə də cəmiyyətdə belə bir fikir formalaşıb ki, baş bankir nə vaxt danışırsa, deməli manatın vəziyyəti yaxşı deyil. Onun dediyi vaxtdan 4 ay keçib. Amma nə çempion şirkət yaradılıb, nə də manat dəyər qazanmayıb. Əksinə bank sektorundakı çökmə davam edib. Bunun sübutu olaraq aprelin 27-də Mərkəzi Bank tərəfindən 4 banka müvəqqəti inzibatçılıq tətbiq edildi. Sabahı günsə 2 bankın – “Atabank” və “Amrahbank”ın lisenziyası Mərkəzi Bankın qərarı ilə ləğv olunur.
Baxmayaraq ki, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov fevralın 9-da jurnalistlərə açıqlamasında demişdi ki, “Atabank” ASC-dən başqa heç bir bankda likvidlik problemi yoxdur. Bank sektorunda, banklarda qiymətləndirmə prosesi davam etdirilir. Ümumi vəziyyət bizə məlumdur, sadəcə bəzi məqamlar dəqiqləşdirilir”. Hələ onu demirəm ki, 2019-cu ilin sonunda “Atabank” istisna olmaqla digər 3 bank kapitalları barədə məlumatları açıqlamışdı.
Belə ki, ötən ilin sonuna NBC bank 58,3 milyon manat, AGbank 48,9 milyon manat, Amrahbank 11,5 milyon manat məbləğində kapitala malik olub. Hətta AGbank 2020-ci ilin martın sonuna kapitalın həcmini 49,2 milyon manat göstərib. Üstəlik də Mərkəzi Bankın idarə heyətinin sədri aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfransdakı çıxışında arxayınlıqla dedi ki, “Bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir…”
Bu nikbin çıxışdan cəmi 13 gün sonra 4 bankın vəziyyətinin kritik olduğu bildirilir. Bu azmış kimi Baş Bankir aprelin 28-də AzTV-yə müsahibəsində həyəcanla “Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik” söyləyir. Bu vəziyyətdə Elman müəllimin hansı fikirinin doğru olduğunu ayırd etmək çox çətindir. Görünənsə odur ki, maliyyə bazarında vəziyyət kritikdir. Manatın başın qara buludlar alıb. Banklarda likvidlilik problem var. Bankların vəsaiti məqsədli şəkildə bir qrup tərəfindən dağıdılır.
Son 4 ayda 4 bankın düşdüyü vəziyyət dediyimin “parlaq təcəssümüdür”. Üstəgəl, banklara əhali arasında etimad getdikcə azalır. Əmanətlərin son vaxtlar geri çəkilməsi də bunun sübutudur. Bütün bu deyilənlərdən aydın olur ki, baş bankirimizi dövlət başçısının etimadını doğrultmaqdan və maliyyə bazarındakı vəziyyəti düzəltməkdən daha çox, məmur həmkarları ilə münasibətlərin pozulması narahat edir.
Belə olmasa idi, maliyyə bazarında çoxdan sabitlik yaranardı. Bir anlığa göz önünə gətirək. Kimlərin bankları müflis elan edilir. Yalnız vəzifəsini itirən məmurların. Məsələn, Heydər Babayevdən sonra “Bank Standart”, Ziya Məmmədovdan sonra “Bank of Azerbaijan”, Fazil Məmmədovdan sonra “Atabank”, Eldar Mahmudovdan sonra NBC və “AG bank” müflis oldu.
Ən pisi də odur ki, məmurlar işdən çıxarıldıqdan sonra bankların vəsaitlərinin dağıdılmasına elə bil məqsədli şəkildə imkan verilir. Məsələn, “Atabank”da ötən iki ildə hansı neqativ proseslərin getdiyi barədə mətbuatda kifayət qədər çox sayda yazılar getdi. Sıravi bir jurnalistin öyrənə biləcəyi həqiqətlərin Elman Rüstəmovun bilməməsi sadəcə inandırıcı deyil. Və yaxud “Bank Standart”ın müflis dövrünü götürək. Heydər Babayev vəzifəsini itirdiyi vaxtda bankın durumu çox yaxşı idi. Tək bir faktı deyim ki, o zaman ən çox əmanət toplayan bank məhz bu maliyyə institutu idi.
Təxminən bir milyarda yaxın əmanət toplanmışdı bankda. Sonda nə oldu? Bir-neçə il müddətində investorlar öz pullarını sürətlə geri çəkdi, Bankın idarəediciləri qalan vəsaiti də istədikləri kimi dağıtdı. Yalnız bundan sonra bank müflis elan olundu. Nəticədə, 800 milyon manat həcmində əmanəti dövlət ödədi. Hələ ayrı-ayrı sahibkarların milyonlarla manat batan vəsaitini demirəm. Bütün bunlardan sonra heç nə olmamış kimi Elman müəllim REAL TV-nin efirində deyir ki , “Dövlət banklara lisenziya verib, onların inkişafı üçün hər cür şərait yaradıb. Təkcə XXI əsrdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, bank sektoru da buna uyğun olaraq qazanmalı, böyüməli və kapitallaşmalı idi…”
Yenə günahkar axtarılır. Bankların böyüməməsinin, inkişaf etməməsinin günahkarı kimdir? Son 5 ildə 20-dən artıq bank dağıdılmasının babalını kimin ayağına yazaq? Təbii ki, belə olanda günahkar axtaran gözlər bir ünvana, qızılı rəngdə bərq vuran Mərkəzi Bankın binasına dikilir.
Surxay Atakişiyev
Konkret.az