5 may tarixi SSRİ-də Mətbuat günü kimi qeyd edilib. “Pravda” qəzetinin ilk buraxılışı 1912-ci ilin bu günündə işıq üzü gördüyündən, sovet rəhbərləri 5 may tarixini Mətbuat günü kimi rəsmiləşdiriblər.
“Pravda” qəzetinin də məhz bu tarixdə çıxması təsadüfi deyil. Mayın 5-i Karl Marksın doğum günü olduğu üçün, Lenin ilk bolşevik qəzetini məhz bu tarixdə ərsəyə gətirib.
“Pravda” qəzeti SSRİ-də Mərkəzi Komitənin orqanı olmaqla bir nömrəli qəzet sayılıb. Qəzetin 10-12 milyon tirajla çap olunan vaxtları da olub. Qəzetin abunə xəritəsi 120 ölkəni əhatə edib. Belə ki, dünyanın əksər ölkələrində qəzetin abunəçiləri olub. SSRİ-də isə abunə məsələsi Kreml tərəfindən könüllü adı ilə məcburi təşkil edilib.
1970-ci illərdə gündəlik olaraq redaksiyaya 1100-1300 məktub daxil olub. Bu rəqəmə görə, redaksiyada ən ağır və gərgin iş məktublar şöbəsində çalışanların üzərinə düşüb.
“Pravda” qəzetinə baş redaktor Siyasi Büro tərəfindən təyin edilib. Baş redaktorlar Mərkəzi Komitənin üzvləri olublar. Mərkəzi Komitə katiblərinin imtiyaz və güzəştləri baş redaktorlara da şamil olunub. Mənzil, bağ evi, xidməti avtomobil, Kreml xəstəxanasında müayinə və müalicə, ildə bir dəfə sanatoriya və pansionatlara göndəriş və s. bu kimi imtiyazlardan baş redaktorlar da istifadə ediblər.
Yaradılmış şəraitin rahat və komfortlu olmasına baxmayaraq baş redaktorlar həmişə gərginlik içərisində olublar.
Oktyabr inqilabından sonra qəzetin ilk rəhbəri Nikolay Buxarin təyin edilib. Onu həm də sovet Rusiyasının ilk jurnalisti adlandırıblar. O, 12 il bu vəzifədə çalışıb. Baş redaktorun gərgin əməyinin sonu Stalin repressiyası ilə nəticələnib. Buxarin 1937-ci ildə güllələnib.
1930-cu ildə qəzetin rəhbərliyinə Lev Mexlis gətirilib. Mexlis bu vəzifəyə qədər Stalinin köməkçisi vəzifəsində işləyib. Onun haqqında Stalinin belə bir ifadəsi də var: “Mexlis çox qorxulu adamdır, ondan hər şey xahiş etmək olar, amma onunla bacarmaq olmaz...” Mexlis 1937-ci ildə müdafiə komissarının müavini təyin olunanda redaksiyanı İvan Nikitinə təhvil verib. Nikitin bu vəzifədə bir neçə ay işləyib və 1938-ci ildə o da repressiya qurbanı olub.
Növbəti baş redaktor Pyotr Pospelov Stalinpərəstliyi ilə fərqlənib. 1947-ci ildə Stalin haqqında yazılan kitabın müəlliflərindən biri olub. Həmçinin Stalinin dəfnində Beriyanın çıxışını da o yazıb. 9 il “Pravda”ya rəhbərlik edən Pospelev Xruşov hakimiyyətə gəldikdən sonra mövqeyini dəyişərək yeni komandada özünə mövqe seçə bilib və Mərkəzi Komitənin katibi təyin edilib.
Mixail Suslov cəmisi bir baş redaktor işləyib. Eyni zamanda Mərkəzi Komitənin katibi vəzifəsini də daşıyan Suslov işinin çoxluğundan baş redaktorluqdan imtina edib.
Növbəti baş redaktor Leonid İliçyev “Pravda”ya “İzvestiya” qəzetindən gəlib. İki il bu vəzifədə işlədikdən sonra xarici işlər nazirinin müavini təyin olunub.
1952-1956-cı illərdə qəzetin baş redaktoru Dmiri Şepilov olub. Ölkənin tanınmış siyasətçilərindən biri sayılan Şepilov 1956-cı ildə xarici işlər naziri təyin edilib. Amma bu vəzifədə o, uzun müddət işləyə bilməyib. 1957-ci ildə “antipartiya qrupu”, Molotov, Malenkov, Kaqanoviç Xruşovu devirmək istəyəndə, Şepilov da bu dəstəyə qoşulub. Son nəticədə isə vəzifəsindən uzaqlaşdırılıb.
1956-1964-cü illərdə qəzetə rəhbərlik edən Pavel Satyukov həm də SSRİ Jurnalistlər İttifaqının sədri olub. Xruşovla yaxın münasibətləri olan Satyukov 1964-cü ildə Brejnev hakimiyyətə gələndə “Pravda”nı tərk edib.
Brejnev ölkənin birinci qəzetinə Alekey Rumyantsevi təyin edib. Rumyantsev Rusiyada anadan olsa da, gənclik illərindən Ukraynada yaşayıb. Brejnev onu məhz həmin illərdən, gənclik dövründən tanıyıb. Jurnalistika sahəsində kifayət qədər təcrübəli olan Rumyantsev əvvəl “Kommunist” jurnalının baş redaktoru işləyib. Ancaq bu vəzifədə onun da bəxti gətirməyib.
1965-ci ildə Rumyantsev Brejnevin kaprizlərinə tuş olub, yazdığı “Partiya və ziyalılar” məqaləsi baş katibin xoşuna gəlməyib. Buna görə şiddətli töhmət alan Rumyantsev xəstəxanaya düşüb. Uzun çəkən müalicədən sonra isə redaksiyaya qayıtmayıb.
Mixail Zimyanin baş redaktor vəzifəsinə xarici işlər nazirinin müavini vəzifəsindən gəlib. 1965-1976-cı illərdə o, 11 il qəzetə rəhbərlik edib. 1976-cı ildə Zimyanini Mərkəzi Komitəyə katib təyin ediblər.
Viktor Afanasyev 1976-1989-cu illərdə “Pravda”ya rəhbərlik edib. Ən uzunömürlü redaktor olan Afanasyev isə Boris Yeltsinin güdazına gedib. Belə ki, İtaliyanın ən oxunaqlı qəzetlərindən biri sayılan “Repubblika” qəzetində Yeltsinin sərxoş vəziyyətləri haqqında gedən yazını Afanasyev təkrar “Pravda” qəzetində çap edib. Bu hadisə kütləvi etirzlara səbəb olub, Afanasyev vəzifəsindən getmək məcburiyyətində qalıb.
SSRİ dövrünün “Pravda”sının sonuncu baş redaktoru isə Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü İvan Frolov olub. 1991-ci il QKÇP hadisələrindən sonra Frolov son olaraq Mərkəzi Komitənin orqanı olan “Pravda” qəzetinin redaksiyasını tərk edib.
108 yaşlı “Pravda” qəzetinin fəaliyyətində maraqlı hadisələr çox olub, birincilərin stolunun üstündən əskik olmayan bu qəzet haqqında fərqli fikirlər söylənilib. Amma ən maraqlı fikri elə rusların özləri deyib: “Pravda” nekoqda ne pisal pravdu...
İlham Cəmiloğlu, Musavat.com