- Qıza, kişidən də muzey olar?
- Niyə olmur ki? Dedik, yaxşı kişilərin əməllərini yazıb vurarıq ora, gələcək nəsillər də görərə ki, bizim necə cəsarətli, mərd, haqqı müdafiə edən kişilərimiz var. Qəşəng bir şəkil də vurmuşduq binanın üstünə--rəhmətlik Seyid Sadıq ağanını “Kişi var?” plakatını. Özünü tərifləməyə də, muzeydə əməlini eksponata çevirməyə də xeyli kişi gəlmişdi. Kimi böyük kişilərlə öpüşən yerdə çəkdirdiyi şəkiliynən, kimi “kık” eləyən kimi təhvil verdiyi partiya bletiynən , kimi də “leviy” zənənləri ilə gəlimişdi ki, onları da seyr etsinlər ki, bunlar necə kişidir.
- Bəs niyə alınmadı?
- İşi xaricdən gətirilən aparat korladı.
- O nə aparatdır elə?
- Bu elə aparatdır ki, onun qarşısından keçəndə hansı kişiyə yaraşmayan hərəkətin var, göstərir.
Əvvəl bir bığıbürma kişi gəldi. Bunu görən kimi aparat başladı danışmağa. Üztündə yazılıb ki, vid-fasonunu bənd olmayan, bunun nəslin, nəcabətin qəzetlər, yüksək tribunalarda bəzi şəxslər əskik-əskik sözlərlə tənqid edir, amma şirkətinə görə cınqırını çıxara bilmir.
- İkinçisi gəlir. Aparat bunun üçün isə qəribə bir şey yazdı. Yazdı ki, bu əvvəllər kişi idi. Doğrusu, çoxu elə bilirdi kişidir. Onda kı bunu əzdilər, alçaltdılar, anasını ağlar qoydular, var-dövləti, obyektləri əlindən çıxmasın deyə, həmin söyüşləri, təhqirləri şəkərburar kimi “yedi”. Bunun da kişi məsələsi o söz.
- Qiza, nə maraqlı şeylər olbu e, oralarda.
- Heç deyiləsi deyil, bacıcan. Rayonda kişilər var e. Yeriyəndə deyirsən cırılacaq. Ay belə asaram, ay belə kəsərəm. Bunlar, sən demə, nəinki partiyalarını, əqidələrini, verdiyi vədləri çətinə düşəndə 5 qəpyə satan kişilər imiş. Aparat bunlar nə günə qoydu, ay bacı?! Yaxşı ki, yaxınlıqda ictimai ayaqyolu var idi. Yoxsa, xaricilərin yanında biabır olacaqdıq.
- Müsibət imiş ki.
- Vallahi, belələrini görəndə, adam deyir ki, o hamıya xox gələnlər var a. Lap düz eləyirlər, bunları alçaldırlar. Əqidələrinə, cəsarətlərinə bələtdilər də. Bilirlər ki, çayxanada mızıldanmaqan başqa əllərindən bir iş gləmir. Ona görə bunları eşşək kimi minib çapırlar. Rəhmətlik Şeyx Nəsrullah yadındadır da. “Ölülər”dəkini deyirəm. Neçə nəfərin qardaşını, dədəsini, arvadını diriltmək istədi, amma diri qalan qohumları imkan vermədi. Axı, onlar dirilsəydi, bunların zibilləri üzə çıxacaqdı. İndi bu aparat da , bəzi qəzetlər də, bir çoxlarının əqidəsinİ, cəsarətinİ, alçaldılan və təqir olunan mənliyini müalicə etmək istəyir, amma bunlar yatdığı, batdığı yerdən tərpənmirlər.
-Bu söhbətləri sonra eyləyərik. Sən Allah, o maşndan keçən kişilərdən danış. Oradan daha necə kişilər keçdi?
- 3-4 nəfər aparatdan keçəndən sonra heç orada kişi qaldı ki, Aparatın xasiyyətin bilən kimi bu görəydin bu kişitəhərlər nə təhər qaçıb aradan çıxırdıları. Biri də dava elədi. Nə qədər elədik keç aparatdan. Dedi ki, bu təxribatdır. Siz dövlət çevrilişi edirsiniz. Axtarsan bu aparatın şkafından silah, narkotik çıxar.
Xəlvəti yaxınlaşdım ki, bəlkə hapa-gopa basmayıb, keçəsən aparatdan. Dedi ki, bacı üz vurma. O qədər mundarlıqlar eləmişəm, o qədər adama pul atmışam, evlər yıxmışam, aparat məni cırar.
Biri də məndən soruşdu ki, 1-2 il əvvəl güclə, hədə-qorxu ilə Həcc ziyarətinə pulsuz viza düzəltmişdim. Sevindiyimdən axşam o qədər “vurdum”, səhər Məkkəyə gedən təyyarəyə çata bilmədim. Tanrı ora getməyə məni layiq görmədi. İndi bu aparatdan keçsəm, həmin əməlimi göstərər?
Belə-belə abırsız, həyasız sualları görüb, aparatı da vurdum qoltuğma, muzey üçün ayrılan otağa da bağlayıb; gəldim evə.
- Qıza, əcəb eləmişəm, sən kişi bildiklərin, bəzi nakişilərlə gündə dodaq-dodağa öpüşür. Ona görə yalançı Kişidən, doğruçu Nakişi yaxşıdır. İndi sənin açığına mən gedib “Nakişi muzeyi” açacam, görəcəksən, necə qaz vurub, qazan dolduracam.
- Allah xeyrini versin.
Arvadların söhbətinİ çəpər dibində qələmə aldı: Zahir Əmənov