Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Reklamsız xeyriyyəçilər. Yaxud, Masallı şəhər mərkəzində kimlər xeyriyyəçilik edir?


Masallıda olduqca geniş miqyas almış “korona” xeyriyyəçilik hərəkatı həm böyük maraq doğurub, həm də bəzi suallar yaradıb.  Bir çox izləyicilər sual ünvanlayır ki, niyə Masallının qəsəbə və kəndlərində kütləvi xeyriyyə aksiyalar keçirilir, amma Masallı şəhər mərkəzindən xəbər yoxdur. Həmin suala aydınlıq gətirmək üçün İHB-nin Masallı Şəhər Dairəsi üzrə nümayəndəsi Kamal Mazanovla əlaqə saxladıq. O bildirdi ki, şəhər mərkəzqində də xeyriyyə aksiyaları keçirilir. Lakin şəhər əhalisi çox olduğu üçün ayrı-ayrı ərazilərdə müxtəlif  şəxslər bu aksiyaya dəstək verir. Pulsuz çörək aksiyaları ilə bağlı bildirim ki, şəhər üzrə hər gün 700 pulsuz çörək paylanır. Bu aksiya Millət Vəkili Məşhur Məmmədov tərəfindən icra edilsə də “Ağa” market öz vəsaiti ilə bu aksiyaya qoşulub. Şəhər mərkəzinə digər kəndlərdən  də gələnlər olduğu üçün bu işi tam nizamlamaq bir az çətindir. Bundan əlavə Masallı Cümə Məscidi 40-a yaxın imkansız üçün qurban kəsərək ət paylayıb. Bakıda fəaliyyət göstərən  “Könülə Nur” xeyriyyə təşkilatı Masallı rayonu üzrə 100, o cümlədən şəhər üzrə  20-yə yaxın imkansıza yardım göstərib. İsgəndərli ərazisində  xeyriyyəşi xanım Şəfa Allahverdiyeva bir qrup imkansıza yardımçı olub. İcra hakimiyyətinin feputatların dəstəyi ilə əhaliyə payladığı 1400 bağlamadan 50-dən artığı da şəhər ərazisinin payına düşüb.
Şəhər ərazisində isə ən kütləvi yardım isə dünən, ayın 9-da şəhərin Digah ərazisində baş tutub. Adını açıqlamayan xeyriyyəçi iş adamı 90 nəfər imkansıza  hər biri 80 manat dəyərində olan ərzaq bağlaması paylayıb. (Redaksiyadan. Əməkdaşlarımız Digah sakinlərindən öyrənib ki, 90 nəfərə yardım aksiyasına sabiq millət vəkili Nəriman Əliyev dəstək olub.  Onlar həmçinin bildiriblər ki, Nəriman Əliyev vaxtaşırı, həm də təkcə  Digah sakinlərinə yox, başqa ərazilərdəki imkansızlara da yardımlar edir). 
Reklamsız     xeyriyyəçilik aksiyası Ərkivan qəsəbəsin in bir sıra yerlərində davam edir. Əsaən Rusiyada yaşayan ərkivanlılar heç bir ad açıqlamadan kənd sakini Ağababa Ağayevin vasitəçiliyi ilə əvvəl 100 imkansız ailəyə 50 manat pul, daha sonra isə 50 ailəyə 10 kiloqramlıq un hədiyyə ediblər. Eləcə də Ərkivandankı “Şahin” market 30 ailəyə ərzaq yardımı edib.
Boradigah qəsəbəsinin “adsız” xeyriyyəçilərininin (21 min manatlqı yardım) rekordunu isə hələ ki, heç kim qıra bilmir.
Zahir Əmənov. Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10