Pandemiyanın yaratdığı qlobal təhlükə fonunda ölkəmizdə insani itkilərin, o cümlədən sosial-iqtisadi xarakterli ziyanların minimuma endirilməsi üçün bütün dövlət hakimiyyəti orqanlarında səfərbərlik yaşandığı dövrdə Milli Məclisdə belə mühüm siyasi qərarın verilməsi sübut edir ki, VI çağırış Məclisin rəhbərliyi öz qarşısında daha strateji məqsədlər müəyyənləşdirib və ona çatılması istiqamətində zəruri addımların atılması üçün aylarla gözləmək fikrində deyil.
Bu, ölkə miqyasında köklü islahatların həyata keçirildiyi mərhələ üçün ciddi zaman itkisi olardı. Milli Məclisin işinin xalqın gözləntilərinə və tələblərinə uyğun şəkildə qurulması üçün başqa alternativlərin qalmadığını indi tam əminliklə söyləmək olar. Bu baxımdan, onu da xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə Nazirlər Kabinetində istər Baş nazir səviyyəsində, istərsə də onun aparat heyəti səviyyəsində mühüm dəyişikliklər aparılıb. O cümlədən belə dəyişikliklər Prezident Administrasiyasında həyata keçirilib. Bu, bütövlükdə dövlət idarəetmə elitasında ciddi konstruktiv dəyişikliyin baş verdiyini göstərir.
Eyni zamanda xalq təmsilçiliyini həyata keçirən Milli Məclisin özündə də müvafiq istiqamətdə addımlar atılmağa başlayır. Göz önündə olan mənzərə bundan ibarətdir ki, Milli Məclisin başlıca qayğısını burada daha çox vəzifəli şəxslərin yaxınlarının özlərinə “isti” yer etməsi təşkil edir. Milli Məclisin hazırkı kadrlar siyahısına nəzər saldıqda, onun formalaşmasında bir çox hallarda nepotizm, qəyyumçuluq prinsipindən çıxış edildiyi aydın görünür. Belə ki, Parlamentdə həm deputatların, həm də icra orqanları rəhbərlərinin övladları və yaxın qohumları lövbər salıblar. Bu isə o anlama gəlir ki, həmin şəxslər qanuni mexanizmləri deyil, onları himayə edənlərin vəzifə mövqeyindən istifadə edərək iş yerləri “qazanıblar”. Ötən illər ərzində Milli Məclis Aparatının faydalı iş əmsalının aşağı olması elə bu amillə əlaqələndirilməlidir. Bu səbəbdən də, himayəçilik əsasında işlə təmin olunmuşlar əsasında formalaşmış Milli Məclis Aparatında kimlərin yer aldığına diqqət yetirmək maraqlı olardı. Parlament jurnalistləri qismində plenar iclasları işıqlandırmağa gedərkən himayəçilik əsasında özlərinə yer etmiş kadrların nə dərəcədə yarıtmaz və qeyri-peşəkar olduqlarını daim müşahidə edirik.
Məsələn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlu və bacısı oğlu, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu, Qobustan Rayon İcra Hakimiyyətinin başçısının oğlu, Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin oğlu, Mingəçevir, Quba və Göyçay rayonlarında İcra Hakimiyyətinin başçısı işləmiş Mübariz Ağayevin oğlu Milli Məclisdə “çalışmaqdadırlar”. Bundan başqa, Milli Məclisin deputatları Nizami Cəfərovun, İlham Məmmədovun oğulları, həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda isə Milli Məclisin komitə rəhbəri Hicran Hüseynovanın analitik şöbədə çalısan qızını da qeyd etmək olar. Burada son illər ərzində KİV-də Oqtay Əsədov tərəfindən sabiq MTN-nin rəhbəri Eldar Məhmudov və MTN generallarının xətti ilə yerləşdirilənlər haqqında gedən məlumatlardan heç danışmağa dəyməz.
Təbii ki, bunları yazmaqda məqsədimiz vəzifəli şəxslərin qohum-əqrəbasının haradasa işləməsinə qarşı çıxmaqdan ibarət deyil. Bu, əlbəttə ki, hüquqi cəhətdən düzgün yanaşma olmazdı. Bir-iki belə halların olmasını cəmiyyət normal qarşılayardı. Lakin reallıq ondan ibarətdir ki, qanunverici orqan olan Milli Məclisdə ən ciddi qeyri-qanuni işlər həyata keçirilib. Məsələn, demək artıqdır ki, əgər işə qəbul şəffaf aparılıbsa, onda nə üçün sabiq spikerin onlarla yaxın qohumu Milli Məclisdə təmsil olunurlar? Bu reallıq istər-istəməz Milli Məclisin “ailə klubu”, “podratçı təsərrüfat” obrazını göz önündə canlandırır.
Doğrudur, yuxarıda təqdim etdiyimiz siyahı tam deyil, Milli Məclis Aparatı daha böyük problemlər içərisindədir. Təəssüf olsun ki, bu məsələyə uzun illər ərzində biganə yanaşılıb və bu problemlər qalaqlanıb. İndiki mühüm dövrdə qeyd olunan problemlərin aradan qaldırılması istiqamətində atılacaq addımların alternativi yoxdur. Çünki, ölkə başçısının Milli Məclisdə etdiyi sərt xəbərdarlıqlar ilk növbədə ondan ibarət idi ki, burada hakim partiyanın təmsilçilərinin sayca çoxluğu onun fəaliyyətinin çatışmazlıqlarının iqtidara yönəlməsinə səbəb olur. Bu baxımdan, hesab etmək olar ki, Milli Məclisdə köklü islahatlar hələ qabaqdadır.
KONKRET.az