20-ci əsrin tarixinə kütləvi insan qırğını ilə nəticələnən bir çox hadisələr yazılıb. Birinci və İkinci Dünya müharibələri, Yaponiyaya iki atom bombasının atılması, “İspan qripi” pandemiyası, təbii fəlakətlər, zəlzələlər, sunamilər, milli münaqişələr, qəzalar və s...
Dünyanın yaxın tarixində böyük faciə ilə nəticələnən belə hadisələrdən biri də 1984-cü ildə Hindistanın Bhopol şəhərində baş verib.
Bhopol faciəsi kimi tarixə düşən bu hadisə dünya tarixində qurbanlarının sayına görə ən böyük kimyəvi fəlakət sayılır. Şəhərdə fəaliyyət göstərən “Union Karbide” şirkətinin kimyəvi zavodunda baş verən qəza nəticəsində 18 min insan həlak olub, 500 mindən artıq adam qəzadan ciddi zərər çəkib.
1970-ci ildən başlayaraq Hindistan hökuməti iqtisadiyyatının dirçəlməsi üçün xarici investorları ölkəyə cəlb etmək istiqamətində iş aparanda, Amerika Birlşmiş Ştatlarının “Union Karbide” şirkəti də Bhopol şəhərində kimyəvi zavod açıb. Zavod kənd təsərrüfatında istifadə edilmək üçün pestisid istehsal edib.
Qeyd edək ki, zəhərli kimyəvi maddələrdən hazırlanan pestisidlər kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunub.
Şirkət rəhbərliyi hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə birinin ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olduğunu nəzərə alaraq, belə düşünüblər ki, istehsal etdikləri məhsula dünya bazarında xüsusi tələbat olacaq və zavod kifayət qədər böyük gəlirlə işləyəcək.
İlk illərdə hər şey düşünüldüyü kimi olub, zavod gəlirlə işləyib. Amma ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq istehsal olunan məhsula tələbat kəskin şəkildə azalıb. Gəlirlər azaldıqca zavodda işləyənlərin maaşları da azaldılıb, ixtisarlar olunub. Amma bunlar zavodu çətin vəziyyətdən çıxara bilməyib.
Vəziyyətdən çıxış yolu tapmaq üçün şirkət rəhbərliyi bütün vasitələrə əl atıb. Zavodun normal fəaliyyəti üçün sərf olunan vəsaitlərə qənaət edilməyə başlanıb. O cümlədən, texniki təhlükəsizlik sahəsinə ayrılan vəsait də dörd dəfə azaldılıb.
Zavod inşa edilərkən onun yeraltı rezervuarlarında texniki göstəricilərə görə 1 ton metilizosionat maddəsinin saxlanılması nəzərdə tutulub. Yəni, rezervuarlara bundan artıq kimyəvi maddənin yerləşdirilməsi təhlükəsizlik baxımından ciddi pozuntu sayılıb. Buna baxmayaraq 4 yeraltı rezervuarda 42 ton metilizosionat saxlanılıb.
Əsas təhlükəsizlik şərtlərindən biri rezervuarlarda tələb olan temperaturun saxlanılması olub ki, bu şərtə də əməl edilməyib. Belə ki, rezervuarlarda temperatur 39.5 dərəcəyə qalxıb və yaranmış təzyiq qəza klapanlarını dağıdıb.
Beləliklə, 1984-cü il dekabrın 3-də, gecə saat 2-də rezervuarların yeraltı partlayışından sonra havaya 42 ton metilizosionat qazının sızması başlanıb.
Qəzanın ilk saatlarında 3 min nəfər həlak olub. Sonrakı bir il ərzində isə həlak olanların sayı 15 minə çatıb. Bhopol faciəsi sonralar 500 mindən artıq insanın səhhətində ciddi problemlər yaradıb.
Qəza gecə baş verdiyindən şəhər əhalisi ilk dəqiqələrdə çaşqın vəziyyətdə qalıblar, nələrin baş verdiyini anlamayıblar. Öskürək, təngnəfəslik, hava çatışmazlığı, gözlərdə və ürəkdə dəhşətli ağrılar qısa zaman kəsiyində çoxsaylı ölümlərlə nəticələnib.
Həkimlər dərhal səfərbər olsalar da, onlar insanlara lazımi yardımı edə bilməyiblər. Çünki tibb işçiləri onların nədən zəhərləndiyini bilməyiblər. Zavod rəhbərliyi kommersiya sirri olaraq, hansı kimyəvi maddələrdən istifadə etdiklərini, havaya hansı zəhərli qazın sızmasını məxfi saxlayıblar.
Hadisənin şahidi olan ingilis mühəndis Jeyms Beyker sonralar Bhopol faciəsi ilə bağlı yazdığı xatirələrdə həmin dəhşətli hadisəni belə xatırlayıb: “Bu faciəni dünyanın ən ağır müharibələrindəki ən dəhşətli döyüş səhnələri ilə də müqayisə etmək olmaz. İnsanlar bir göz qırpında məhv olurdular. Burada nə silahların tətiyi çəkilirdi, nə də atəş səsləri eşidilirdi. Bir dəfə dərindən nəfəs almaq kifayət edirdi ki, həyatınla vidalaşasan. Adamların çoxu əvvəlcə kor olurdular, sonra isə boğulurdular. Çoxları elə yataqda, yuxuda olduqları vaxt zəhərlənib, ölmüşdülər. Qəzanın gecə baş verməsi isə əhalini daha da təşvişə salmışdı, insanlar nə edəcəklərini bilmirdilər. Zəhərli hava təkcə insanları deyil, ətrafdakı bütün yaşıllıqları, heyvanları da məhv edirdi. Bhopol sözün əsl mənasında, dəhşətli bir cəhənnəmi xatırladırdı...”
Üstündən neçə illər ötsə də, Bhopol faciəsinin səbəbinin nə olduğu bu günə qədər də rəsmən bəyan edilməyib. Ümumi məlumat olaraq, qəzanın səbəbi texniki təhlükəsizlik qaydalarının pozulması kimi göstərilib.
Qəza ilə bağlı üç illik məhkəmə araşdırmalarından sonra “Union Karbide” şirkəti 1987-ci ildə qəzadan zərərçəkənlərə 470 milyon dollar təzminat ödəyib. Təzminat ödənilərkən, məhkəmə zərərçəkənlərin bir daha ittiham qaldırmayacağını rəsmən bəyan edib.
10 minlərlə insanın həyatına son qoyanların cəzası isə yüngül olub. “Union Karbide” şirkətinin 7 vəzifəli şəxsi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər və 2 min dollar məbləğində cərimə olunublar.
Bhopolda baş verən qəzanın fəsadları bu gün də özünü göstərməkdədir. Statistik göstəricilərə görə, bu şəhərdə xərçəng və endokrin xəstəliklərindən əziyyət çəkənlərin sayı daha çoxdur.
İlham Cəmiloğlu,
Musavat.com