Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nazir müavini açıqladı: Azərbaycanda ilk dəfə bu şəxslərə müavinət veriləcək




Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı bir sıra stimullaşdırıcı güzəştlər nəzərdə tutulub.

Cenub.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti tərəfindən bir sıra güzəştlərlə bağlı rəy və təkliflər ümumiləşdirilir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən stimullaşdırıcı güzəştlərlə bağlı təklif verilib. Digər qurumların da rəyləri müzakirə olunur və nəzərə alınmaqla, qərar yekunlaşdırılır”.

A.Kərimov qeyd edib ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” layihəsinin hazırlanmasında bir sıra xarici ölkələrin təcrübəsindən istifadə olunub:

“ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Türkiyə və Latviya kimi ölkələrin təcrübəsindən yararlanmışıq”.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı stimullaşdırıcı – Əmək Məcəlləsinə uyğun güzəştlər, vergi güzəştləri, onlara aylıq müavinətlər ayrılması nəzərdə tutulur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10