Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

21 oktyabr 2009-cu il ÇƏPƏRÜSTÜ ŞÖHBƏT


- Xalq deyəndə, sovet dovrünün dili ilə desək, zəhmətkeşlərə bizim heç bir xeyrimiz yoxdur. Biz, əsasən, böyük-böyük müdirlərə xeyir veririk. Məsələn, rayon rəhbəri gərək böyük bir komissiya yarada, neçə gün araşdırma apara ki, filan yerdə filan nöqsan var - yəni səhiyyədə belə dağıdırlar, təhsili bir cür sökürlər, nə bilim filan yerdə büdcəni necə darmadağın edirlər və sair. Amma biz müftəcə həmin məsələləri araşdırıb qoyuruq ortaya. Onlar da bu materiallar əsasında öz işlərini daha səmərəli dururlar.
- Bəs böyüklərdən bir az balaca müdirlər buna görə bizdən incimirlər?
- Onlara da xeyrimiz dəyir də . Məsələn, filan müdir bir-iki zibil iş görüb, daim qorxu ilə yaşayır ki, bunu bilsələr bataram, el içində rüsvay olaram. Biz həmin zibil işi aləmə faş edirik. 3 gün keçir, 5 gün keçir, həmin müdir baxıb görür ki, bu zibilin işi faş olmasa, heç kimin kefinə deyil. Bundan sonra başlayır arxayınlaşmağa və daha çox, daha böyük zibil işlər görür. Yəni biz müdirlərin canından qorxu hissi çıxardırıq. Sənin əziz canın üçün, bunu müdirlərin bir-ikisi özü mənə deyib. Həm də bildiriblər ki, indi tənqidə elə öyrəşmişik ki, karikaturamızı qəzetdə görməyəndə narahat oluruq. Deyirik, bəlkə, bizi daha müdir adamların sırasından çıxardıblar.
- Bəs əvvəllər deyirdilər ki, qəzet adamların dünyagörüşünü, mənəviyyatını zənginləşdirir.
- Bunun üçün insanlar tarixə, mənəviyyata, mədəniyyətə aid yazılar oxumalıdırlar. Bizimkilər də belə şeyləri oxumağa o qədər maraqlı deyil. Buna görə də biz bəzən əndrabadi yazılarla, atmacalarla belələrini qəzetə tərəf gətiririk, məcbur olub o biri yazıları da oxuyurlar. Rayonumuzda bir nəfər var, nəsillikcə pulla nəfəs alır, puldan başqa dünyada heç nə tanımırlar. Qəzet, kitab, teatr-kino bunlara cin–şeytan kimi görsənir. Fikirləşdim ki, bu adama necə qəzet oxutdurum. Bir dəfə dedim ki, bu sayımızda dədəndən yaman yazmışam. Səhər gəlib deyir ki, qəzeti 2 dəfə eninə-uzununa oxudum, amma dədəmin adın tapa bilmədim . Dedim ki, bu dəfə yaddan çıxıb, dədəndən gələn sayımızda yazacağam. Beləcə, bu adamı qəzet oxumağa öyrəşdirdim.
- Qısası, kursu dəyişmək lazımdır. Keçək əməlli-başlı tərifə. Müasir atalar deyib ki, tərif yıxan evi heç nə yıxmayıb. Nəyimizə lazımdır ona-buna yaltaq, ikiüzlü, nə bilim “qaloş”, qoltuğagirən və sair deyib, özümüzə düşmən qazanaq. Tutaq ki, filan ziyalı, ağsaqqal yaltaqlıq eləyir. Bİz də deyək ki, çox əcəb edirsən, əsl həyatın dilini sən bilirsən.
- Onsuz nə eləsən fərqi yoxdur. Bax, neçə illər idi ünvanlı yardım deyilən şey yox idi. Heç kim dinmirdi. Başladılar həmin yardımı verib, yarısını götürməyə, yenə dinmədilər. İndi bir-iki il vermirlər, yenə dinmirlər. Nə dəyişir ki?
-Onu deyə bilmərəm ancaq onu bilirəm ki, qəzetimizı ardıcıl oxuyan bəzi məmurlarda xeyli irəliləyiş var. Yəni, indi onlar bəzi əməllərini tam səmimiyyətlə etiraf edirlər. İstəyirsən, fakt da deyim. Adamlara qan udduran məmurlardan biri özünə 3-cü xarci maşını alandan sonra kənd çayxanasında yerliləri ilə söhbətləşən zaman tanışlarından biri deyir ki, qarabala, bu maşınları nə ilə alırsan ? Heç halını pozmadan həmin məmur deyir ki, 50 dəfə dədəmi üzümə söyüblər, 100 dəfə ölənlərimi qəbirdən çıxardıb ən pis söyüşlərlə təzədən kəfən-dəfn ediblər, 10-15 dəfə üzümə tüpürüblər, əvəzinə də bu maşını qazanmışam da.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10