Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bölgəmiz böyük fəlakətin astanasında



İranlı generalın amerikalılar tərəfindən öldürülməsi müharibə təhlükəsi yaradıb

 

İraqda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülüb. Baş verən hadisə rəsmi Tehranda böyük hiddətə səbəb olub.

 

Xarici mətbuat xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Əli Xamaneyi “Günahkarları acı bir intiqam gözləyir”, - açıqlamasını verib.

 

Hadisə dünyanı növbəti müharibə qorxusuna bürüyüb. ABŞ-ın prezidentliyə keçmiş namizədi olmuş Berni Sanders yaşananları belə şərh edib: “İran generalı Qasım Süleymaninin öldürülməsi bölgədə təhlükəli eskalasiya yaradıb. Donald Trampın bu yaramaz addımı Yaxın Şərqdə nöbvəti müharibənin müjdəsini verir. Bu müharibə saysız insan ölümü və milyonlarla dollara bais olacaq. Tramp söz vermişdi ki, müharibələrə son qoyacaq, amma bu davranış müharibəni qaçılmaz edir”.

 

Xatırladaq ki, Qasım Süleymani İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülüb. Bombardıman nəticəsində, Suriyada əhəmiyyətli mövqeyi olan, İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasının rəhbərinin köməkçisi Ebu Mehdi əl Mühəndisin də öldüyü təsdiqlənib.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10