Stalin özü onu Azərbaycanın ən gözəl qadını tituluna layiq görmüşdü. Həyat verdiyi istənilən obrazı ən az özü qədər əvəzsiz, təkrarsızdır. Çoxsaylı mükafatlarını sadalamağa ehtiyac yoxdur. O, xalqın sevimlisi Leyla Bədirbəylidir.
Leyla xanımı Amerikada yaşayan nəvəsi Mehin Cavanşirlə birgə yad etdik.
- Mehin xanım, Leyla Bədirbəylini sizin xatirələrinizdən dinləmək istərdik.
- Nənəm dünyasını dəyişəndə, mən universitetdə oxuyurdum. Uşaqlığımız, yeniyetməliyimiz onunla birgə keçib. Hər bazar günü nənəmgilə gedirdik. Çünki həmin gün bizə çox gözəl proqram hazırlayırdı. Əvvəlcə birgə verilişlərə baxırdıq. Sonra nahar və onun hazırladığı çox dadlı şirniyyatları yeyirdik. Leyla xanım peşəkar qənnadçı idi. Özü də sovet vaxtı indiki mətbəx ləvazimatları çox çətin tapılardı. Onun evində isə hər şey var idi. Yəqin ki, xaricdən gətirirdi. Hazırladığı tortlara elə gözəl bəzəklər verirdi ki, saatlarla baxmaq istəyirdin. Bir də bizə gözəl donlar tikirdi. Mən, bacım və bibim qızı onlarda olanda, ölçülərimizi götürürdü ki, növbəti həftə sonu üçün paltarımız hazır olsun. İstəyirdi ki, bizim donlarımızdan heç kimdə olmasın. Bir parçadan müxtəlif formalı libaslar tikirdi. Üstünü də toxuduğu fiqurlarla bəzəyirdi. Masasında hər zaman dəb jurnalları olurdu. Onlara baxıb bizə gözəl sviterlər, jaketlər toxuyardı. Hamı bizdən soruşurdu ki, bu gözəl geyimləri haradan alırsınız?!
Yayda isə bizi Qubaya aparardı. Qəçrəş meşələrini çox sevərdi. Elə biz də meşədə oynamağın həvəsindən gedərdik. Şəmkiri də çox sevirdi. Tətil gələn kimi ata yurdu Şəmkirə gedərdi. Mən anama çox bağlı olduğum üçün uzaq səfərlərə onsuz getməzdim. Amma bacımı və bibim qızını özü ilə aparardı. Bacım danışırdı ki, Şəmkirə çatan kimi insanlar sıraya düzülüb Leyla xanımı alqışlayırdı. Çünki hər kəs onu çox sevirdi. Olduqca sadə və təvazökar insan idi. Heç kim haqda pis danışmazdı.
- Bildiyim qədər, sovet vaxtı ən çox xarici səfərlərə gedən sənətkarlarımızdan biri də Leyla xanım idi.
- Hər Yeni il öncəsi xaricə, əsasən də Moskvaya üz tuturdu. O, xaricə səfər edəndə çox sevinirdik. Çünki bilirdik ki, bizə dadlı şirniyyatlar, konfetlər gətirəcək. Çox gözəl zövqü var idi. Standart olmayan şeylər gətirirdi.
- Amma yəqin ki, nənəlik missiyası tək sadaladıqlarınızla bitmirdi.
- Bilirsiniz, Leyla xanım üçün etika-estetika hər şeydən öncə gəlirdi. Bizə öyrədirdi ki, səhər oyananda, özünüzü tam səliqəyə salın. Hətta evdən çıxmasanız belə səhər yeməyinə oturanda elə bilməlisiniz ki, indi qonaq gələcək. Geyiminiz, saçınız həmişə səliqəli olmalıdır. Masanın bəzədilməsindən tutmuş, yerişimizədək hərşeyi ondan öyrənirdik. Çünki zadəgan ailəsində böyümüşdü. Adi davranışlarında, maneralarında da aristokratlıq duyulurdu. Artıq hərəkətlərdən xoşu gəlməzdi. Bizə də deyirdi, hər şeyə gülməyin, özünüzü adınıza layiq aparın. Bu baxımdan bir az sərt idi. Hətta gəzəndə də qəddimizi düz saxlamağı öyrədirdi.
- Leyla xanım kolleksiya toplamağı da sevirdi...
- Evinin çox maraqlı dizaynı var idi. Miniatür suvenirlər toplayırdı. Evi sanki muzey idi. Farfor fiqurlar, rəsm əsərləri, miniatürlər... Hətta pərdələrini də özü tikərdi.
- Milyonların həsədlə, həsrətlə baxdığı Leyla Bədirbəyli məhəbbətinə qovuşmuşdu?
- Babam Kamil bəy onu uşaq kimi əzizləyərdi. Evdə bir vaz var idi. İçərisində həmişə tər qızılgüllər olardı. Heç vaxt o güllərin solduğunu görməzdik. Çünki babam 2-3 gündən bir nənəmə qızılgül alardı. Biz ona heç vaxt nənə deyə müraciət etmirdik. Həmişə “mama Leyla” çağırırdıq. Bir dəfə dedim, “mama Leyla”, axı gülləri ancaq bayramlarda hədiyyə edirlər. Cavab verdi ki, yadında saxla, insan sevdiyinə qarşılıq gözləmədən dəyər verirsə, onu sevindirməyə çalışır. Babam hər gün tezdən oyanıb təndir çörəyi alıb gətirirdi. O vaxtlar da çörəyi qəzetə bükürdülər. Bu, nənəmin xoşuna gəlmirdi ki, zərərlidir axı... Şriftin rəngi çörəyin üzərində qalır. Ona görə babam ağ kağıza bükürdü isti çörəyi. Şəkərburanı, paxlavanı hamıdan gözəl bişirirdi. Hətta rəhmətlik Rəşid Behbudov deyirdi ki, respublikada ən gözəl paxlavanı Leyla xanım bişirir. Şəkərburaya elə naxış vururdu ki, sanki üstündə memar işləyib. Elə bil Allah onu qüsursuz yaratmışdı. Sözün əsl mənasında gözəl idi. Çox mükəmməl nitq qabiliyyəti də vardı.
- Amma gözəl qadınların taleyi çox vaxt nəs gətirir.
- O qədər gözəl, xoşbəxt ömür sürmüşdü ki, bu nağıl bir gün bitməli idi. Sevimli qızı Lalə (bibim) 48 yaşında avtomobil qəzasına uğrayıb dünyadan köçdü. Bu, hamımız üçün çox böyük itki idi. Ondan öncə də babam eyni faciə ucbatından Almaniyada vəfat etmişdi. Bu iki zərbə Leyla xanımı çökdürdü. Dərin depressiyaya düşdü. Həyat yoldaşı ona həm də ata əvəzi idi. Bütün bu nəvazişi, qayğını bir anda itirdi, üstəlik də qızının eyni səbəbdən ölümü... Bu, çox ağır faciə idi. Nənəm ağır stress yaşadı. Nə jurnalistlər, nə sənət yoldaşları... Hər kəslə əlaqəni kəsib evinə qapandı. Yalnız biz doğmalar onu ziyarət edirdik. Mütləq öncədən zəng edirdik ki, yanına gəlmək istəyirik. Deyirdi, filan saatda qapını açıq qoyacam, gələrsən. Çox vaxt heç telefona da cavab vermirdi. Qapını örtüb, evdən çıxmırdı. Bəziləri düşünürdü ki, bu itkilər ona təsir etməyəcək. Amma qəlbi o qədər incə idi ki, dərindən sarsılmışdı. Valideynlərini də çox sevirdi Leyla xanım. Hətta onları tez-tez kurortlara yollayırdı. Anam danışırdı ki, atasının ayağını da özü yuyurdu.
- Nə vaxt dərk etdiniz ki, nənəniz həm də xalqın sevimli sənətkarıdır?
- Uşaq vaxtı anlamırdım. Amma artıq məktəb vaxtlarımda onunla gəzməyə çıxanda hər kəs dönüb heyrətlə baxırdı. Rəfiqələrim də deyirdi ki, bilirsən, sən Azərbaycanın ən gözəl qadınının nəvəsisən. O, bizə tapşırırdı ki, heç kimə deməyin nəvəm olduğunuzu. Qoy, sizi özünüzə görə sevsinlər. Hətta həyat yoldaşımın ailəsi bizə elçi gələndə, nənəmin portretini gördü. Onda bildilər ki, Leyla xanım nənəmdir. Bizə deyirdi, mən mənəm, siz, siz olmağa çalışın. Bir dəfə universitetdə rəfiqəm hamıya dedi ki, Mehin Leyla Bədirbəylinin nəvəsidir. Yadımdadır, auditoriyanın qapısı tez-tez açılardı. Hər kəs mənə baxmağa gəlirdi. Təbii ki, nənəmə görə... Bir də çox balaca bir iti var idi. Onu gəzdirməyə çıxarırdıq. İndiki Heydər Əliyev sarayının yanında yaşayırdı. Evindən şəhərin mərkəzinədək hamı arxamızca gəlirdi ki, ona bir daha baxsın.
- Sənət dostları vardımı?
- Onun ən yaxın rəfiqəsi Sara Qədimova idi. Barat Şəkinskaya ilə də doğma münasibəti vardı. Amma bir cəhəti vardı. Ev, onun üçün müqəddəs idi. Hər kəsi evinə çağırmazdı. Bu baxımdan mən də ona bənzəmişəm. Babam diş həkimi idi. Həmişə ziyalılar qonaq gəlirdi onlara. Sara xanımın oğlu Akif İslamzadə də atamla son günədək yaxın dost idi.
- Məndə olan məlumata görə “Arşın mal alan” filminin son səhnəsində oğlu, yəni atanız da qısa fraqmentdə çəkilib. Ümumiyyətlə övladlarına, yaxud nəvələrinə aktyorluq qadağası qoymuşdu, yoxsa dəstəkləyirdi?
- Bəli həmin səhnədə atam kiçik səhnəcikdə çəkilib. Yadımdadır, məktəbdə oxuyanda heç kim bilmirdi kimin nəvəsiyəm. Amma məni tez-tez kino seçimlərinə çağırırdılar. Qız Qalasının yanında görüş təyin edirdilər ki, valideyn gətirsin. Oradan isə avtobusla telestudiyanın binasına ikinci mərhələdə iştirak etməyə yollanmalı idik. Atam əlimdən tutub Qız Qalasının yanına gətirərdi. Yarı yoldan da geri qaytarardı ki, bir aktrisamız var, bəsimizdir. Ailədə heç kim yolunu davam etdirmədi.
- Nənənizin ifasında hansı obrazını daha çox sevirsiniz?
- Məncə, “Arşın mal alan" filmindəki Gülçöhrə obrazı. Maraqlı bir əhvalat danışacam. Biz Amerikaya köçməzdən öncə 1 ay müddətində Nyu-Yorkda yaşamalı olduq. Həyat yoldaşımın Quba yəhudisi olan dostugilə qonaq gəlmişdik. Elə ilk gün idi, gördüm ki, televizorda “Arşın mal alan” filmini izləyirlər. Altdan isə rus və ingilis dillərində titr gedir. Düşündüm ki, disk vasitəsilə baxırlar. Sən demə, filmi Bruklin televiziyası nümayiş etdirir. Bir az keçməmiş ev sahibinin anası zəng etdi ki, televizoru qoşun, “Arşın mal alan”ı göstərirlər. Oğlu isə cavab verir ki, ana, təsəvvür edirsən, nəvəsi də bizdə qonaqdır. Bruklində rusdilli əhali çoxdur. Film onlar üçün nümayiş olunurdu. Hətta bu yaxınlarda Kaliforniyada da “Arşın mal alan” festivalı keçirildi. Təəssüf ki, iştirak edə bilmədim.
- Leyla xanımın gözəlliyi Stalini də heyran etmişdi...
- Bəli, bu, faktdır. Stalin filmə baxandan sonra, demişdi ki, bu qız Azərbaycan gözəlidir. Elə o vaxtdan Leyla Bədirbəylinin adı Azərbaycan gözəli qalmışdı. Nənəmin evində İosif Stalinin çox gözəl portreti var idi.
- Çox maraqlıdır, Leyla xanımla hansı qərb aktrisası arasında bənzərlik görürsünüz?
- Jurnalların birində görmüşdüm ki, Leyla xanımı Azərbaycanın Elizabet Teyloru adlandırmışdılar. Onların arasında bir bənzərik duyuram. Hər ikisinin xəfif baxışları, təbəssümləri var. Hətta bədən quruluşları da bir-birinə bənzəyir. Amma Leyla xanım daha incə idi.
- Sizcə, aktrisa olmasaydı, hansı sahədə bu qədər qüsursuz iz qoyardı?
- Düşünürəm ki, aktrisa olmasaydı, özünü tam ailəsinə həsr edərdi. Çünki peşəsindən başqa aşiq olduğu ikinci sənət yox idi.
- Leyla xanım haqda film çəkilsə, onun obrazı kimə həvalə olunardı?
- Çətin sualdır. Ağlıma heç kim gəlmir.
- Uzun müddətdir, Amerikada yaşayırsınız, fud-blogersiniz. Bu sevgi də yəqin nənənizin mirasıdır.
- ABŞ-ın Luiziana ştatında yaşayırdıq. Azərbaycanlılar çox az idi. Mən də ünsiyyətcil adam olduğum üçün darıxırdım. Bruklinli rəfiqələrim məsləhət gördülər ki, “odnoklassniki" saytında qeydiyyatdan keçim. Onda hələ feysbuk yox idi. Bir dəfə gördüm ki, ermənilər xörəklərimizi öz adlarına çıxarırlar. Çox vətənpərvər insanam. Bu haqsızlığa susa bilməzdim. Almaniyada yaşayan rəfiqəmə təklif etdim ki, gəl, biz də qrup yaradıb, milli mətbəximizi tanıdaq. Bir neçə dəfə qrupumuz bloklandı. Bu hadisə hər dəfə mövcud olmayan erməni soyqırımının ildönümünə təsadüf edirdi. Hər şeyi yenidən bərpa edib növbəti qrup yaradırdım. Hazırda qrupumuzun 83 min üzvü var və eyni adlı qrupu feysbukda da yaratmışıq. Mən Pənahəli xan Cavanşirin nəslindənəm və bununla qürur duyuram. Harada yaşasam da, ölkəm üçün əlimdən gələni etməyə hazıram.
publika.az