İnsanları və toplumları cırlaşdıran dəyərlərin məhv edilməsidir. Son günlər həmkarlarımın mənəvi heysiyyatımızla bağlı yazıları bunu bir daha təsdiqlədi. Jurnalistlərin Şuşaya səfəri toplumda birmənalı qarşılanmadı. Və bu, təbiidir. Rus dillilər, qlobolistlər və Qarabağ dərdində itkisi olmayanlar üçün Təbii…
Amma gəlin bir də Qarabağsız, atasız, övladsız, zorlanmış, işgəncə görmüşlərin gözü ilə baxaq, yaşadıqlarını yaşayaq.Yaşaya bilərsizsə? Xəyalən də olsa…
Gəldilər və getdilər nə oldu? Cəmiyyətimiz, toplumumuz bundan nə əldə etdi?
Əzizlərini, doğmalarını Şuşada, Ağdamda itirənlərin yanan, alçaldılan heysiyyatından başqa heç nə…
Həmkarım, Nazim Sabiroğlunun yazısını oxuyanda ağrılarını duydunuzmu, yaşadığı mənəvi işgəncəni yaşıya bildinizmi. Sizi bilmirəm, amma mən mənən öldüm. Şuşaya getmədən xəyali gedişində belə ölüb, dirilən soydaşımı gördüm.Onun bu duyğuları, içində Vətən, yurd sevgisi olan hər kəsi yandırmalıdır. Oxumayanlar bu ağrıları bir də oxusun… Məncə.
Hava sanki dumanlı yox çirkli idi, bu dolamlar, kollar, ağaclar məni yadda saxlaya bilməzdilər, ona görə yad adam kimi baxırdılar, hətta bəlkə ağzımdan gələn təmiz sudan çimçənirdilər də. (Artıq ikinci sutka idi ki, qarşımıza qoyulan düşmən çörəyinə əl belə uzatmamışdıq, ancaq Bakıdan götürdüyümüz suyu içirdik hələ ki…)
Məncə soydaşlarımızı ucuz təbliğatla bu dövlətə qarşı qoymamalıyıq. Özümüzü özümüzdən iyrəndirməməliyik.
Həmkarım Nigar İsfəndiyarlının dirildin qardaşımı, qaytarın atamı hayqırtısı sizi heç üşəndirdimi?
Üşəndirmədi, üşəndirsə idi baş verən bu hadisələrdən sonra özünü ziyalı zənn edib efirdən Cəhbədə döyüşən xatunlarımıza küçədə qalmış deməzdi. Çünki bir çoxlarının gönü qalındı. Milli heysiyyatdan çox şəxsi maraqlar daha öndədir. Belə olanda toplumun ağrılarını duymaq imkansız. Hər nə olursa olsun, şəhid bacısının hayqırtısına kar olmamalıyıq. Kar olduqca növbəti yanlışlıqların qurbanı olacağıq. Cəmiyyətdə bölünmələrə daha çox meyillənəcəyik.Torpaqlarını itirmiş məmləkət üçünsə birlik lazımdır. Unutmayaq ki, milli ağrılar və ayrılıqlar fikirlərdən başlayır…
S.Hüseyn.
konkret.az