“Но я другому отдана;
Я буду век ему верна”.
Tanış gəldimi bu sətirlər? Yəqin ki.., gəldi. Bu sətirlər Puşkinin “Yevgeni Onegin “ poemasından Tatyananın məktubudur. Böyük şairimiz Səməd Vurğunun tərcüməsində belədir:
“Artıq verilmişəm bir başqasına
Sadiq qalacağam ömürlük ona”.
Yox, nə klassik ədəbiyyatdan, nə tərcümədən, nə də keçən əsrin 30-cu illərinin ağır siyasi-mənəvi böhranından yazmaq fikrində deyiləm. Baxmayaraq ki, ona bənzər bir dövrü yaşayırıq. Elə birdən yadıma düşdü, elə bildim məktubu Tatyana yox, Qarabağ bizə yazıb. Dəli zad olmamışam. Amma, hara fırlansam da, Səməd Vurğun demişkən “...ha uçsam da yuvam sənsən”, Qarabağ deyib, dəli olmaq dərəcəsinə gəlirəm. Gecəmi də, gündüzümü də, sevindiyim, kədərləndiyim, ən adi günlərimi də Qarabağla bağlı görürəm.
Ən xoşlamadığım iş, elə Qarabağı sentimental hisslərlə yad etməkdir. O qədər “can Qarabağ” de ki, kimdi sənə nəinki Şuşanı, heç Zəngilanı qaytaran?
Tatyananın məktubunu Qarabağın dilindən belə yazardım:
“Məni versələr də bir başqasına,
Sadiq qalacağam ömürlük sana”
O “SƏN” mənəm, sənsən, bizik, Azərbaycanıq!
Biz, faciə ola biləcək, elə bir siyasi oyun ola biləcək hadisələrin ərəfəsindəyik ki, “...artıq verilmişəm bir başqasına” sətirlərini bütün tariximiz boyu eşitmək, zəncirlənmiş ayaqlarımızda, donmuş qanımızda duymaq, yaşamaq, ən dəhşətlisi isə unudulması mümkün olmayan yaddaşımızda (çoxluq təşkil edən manqurtlara aid deyil) hər gün eşitmək zorunda ola bilərik. Hesab edin ki, o zaman hamımızın qeyrətini əlimizdən alacaqlar. Və tək həmin zaman üçün yaşayanların yox, keçmişdəkilərin də, gələcək nəslin də şərəfi alınmış olacaq.
Bu vətəni danışıqlarla ala bilməyəcəyimiz 26 ildir göz önündədir. Danışmağın da bir təhər-tövrü olar, bu danışıq deyil, baş aldatmaqdır. O baş sənin, mənim, bizim başımızdır. Azərbaycanın o yerindəki güc göstərdik, oranı düşmənlərdən təmizlədik, bu gün də bizimdir. O yerdə ki, danışıqlar adı altında bizim başımızı qatdılar, əslində istədikləri siyasətlə keçmişdən qalan, bu gündə yaşanan, gələcəkdən olacaq qisaslarını aldılar, əvəzində düşmənin torpaqlarımıza sahib olmasına şərait yaratdılar. O yerlərdə düşmən at oynadır, cənablar!
İlk baxışdan bu günkü cəmiyyətə, bu günkü vətəndaşlara baxanda kimlərsə fikirləşə bilər ki, bu laqeyd, biganə topluma “Qarabağı verdik Ermənistana” deyilsə, hamı çıxıb zəhmətkeş məktubları oxuyacaq.., yanılırsız, cənablar!
Sabah (yəni dekabrın 2-3-də) Lavrov gəlib Sizə deyəndə ki, Rusiya qoşunları gəlir Dağlıq Qarabağla Aran Qarabağ arasında dayanmağa və Kəlbəcərlə Laçın da dağ Qarabağın üstündə veriləcək Stepanakertə.., o zaman elə bilməyin ki, Kamılxan arvad da çıxıb bu qərara görə kiməsə təşəkkür edəndə alqışlanacaqsınız... Yenə yanılrsız!
Bu günkü susqun, laqeyd, biganə, hətta ev, maddi yardım, təltif, təqaüd alanların çoxu bu təslimçiliklə barışmayacaq, səsimizə səs verəcək, Qarabağın “bir başqasına verilməsinə” razı olmadığını deyəcək. Onların qarşısına çıxarılacaq, satqın, manqurt, bütün mənəviyyatı aşınmış, şərəf və ləyaqətini, ən əsası vətənini mundirə satmış nökərlər və qullar kəsəndə, qəzəbli kütlə onları Qarabağ naminə, Azərbaycan torpaqları naminə, nəhayət vətən naminə əzib keçəcək!
Qarabağ bir başqasına verilə bilməz! Siyasətinizi Lavrovun təslimçilik missiyasına görə yox, Azərbaycan xalqının vətən uğruna savaşa hazır olduğuna görə müəyyənləşdirin!
“Mən səni vermərəm bir başqasına
Sadiq qalacağam ömürlük sana”
İlham İsmayıl