“Qonşu dövlətlər sözdə ABŞ-a hörmət, əməldə isə bizimlə əməkdaşlıq edirlər”.
cenub.az Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani bir neçə gün əvvəl Tehranda düzənlənən Şərqi Aralıq Dənizi Səhiyyə nazirlərinin 66-cı toplantısında çıxış edərkən demişdir.
Qonşu dövlətlərin nazirləri qarşısında deyilən bu sözün onlardan daha çox, daxili auditoriyaya ünvanlandığı şübhə doğurmur. Ruhaniyə bu etirafın məhz həmin toplantıda dilə gətirilməsi isə əyani sübut üçün lazım idi. Yəni İran prezidenti qonşu dövlətlərin nazirləri qarşısında bu fikirləri bildirərkən, İran xalqına “inanmırsınızsa baxın, mən bunu onların üzünə deyirəm” mesajı vermək istəyirdi. Əslində isə İran son zamanlar hətta arxa bağçası hesab olunan İraqda belə, ciddi dirəniş hərəkatı ilə üzləşib və bütün sərhəd qapılarını bağlayaraq öz qınına çəkilib.
İranın İraqda qarşılaşdığı bu durumun kökləri isə əsrlərlə ifadə olunan uzaq tarixlərə qədər uzanır. Bu gün İraqda nəzarətdən çıxan etiraz dalğaları da bu tarixin günümüzə yansımasından başqa bir şey deyil.
İran-İraq münasibətlərindəki son gərginliklərin səbəbi ilk baxışdan nə qədər sosial problemlərdən və Tehranın başqa bir dövlətin daxili işlərinə müdaxilə cəhdlərindən qaynaqlanmış kimi görünsə də, zənnimizcə, əsl problem daha dərin ideoloji rəqabətdən qaynaqlanır. Söhbət iki şiə məktəbinin tarixi rəqabətindən gedir.
Bildiyimiz kimi, 12 imam şiəliyinin iki əsas məktəbi var. Bunlardan biri Nəcəfdə, digəri isə Qumda yerləşir. Hər iki məktəb şiə müqəddəslərinin mübarək məzarı üzərində qurulduğundan bu məktəbləri Kərbəl-Məşhəd rəqabəti də adlandıra bilərik.
Şiəliyin ən qədim məktəbi, sözsüz ki, Nəcəfdə yerləşir. Bunun səbəbi Nəcəf məktəbinin İmam Hüseyn faciəsi üzərində qurulmasıdır. Kərbəladan sadəcə 80 km uzaqda yerləşən Nəcəf şiələri tarix boyu sünnilərlə iç-içə yaşamış, bir çox hallarda onların təsiri altında qalmışlar. İstər Abbasilər, istərsə də Osmanlılar dövründə sünnilərin çoxluq təşkil etdikləri imperiyanın coğrafiyasında yaşadıqlarından bu durum Nəcəf alimlərinin dini dünyagörüşündə də dərin iz buraxmışdır. Məhz bu səbəbdən də Nəcəf məktəbində mümkün olduğu qədər siyasətə qarışmamaq prinsipi mövcuddur.
Səfəvi hakimiyyətindən sonra güclənən Qum məktəbində isə yaşadıqları coğrafiyadakı demoqrafik üstünlükləri bu şiə qanadının daha çox siyasiləşməsinə yol açmışdır. Hətta Azərbaycanın qəhrəman fatehi Şah İsmayılın hakimiyyəti dövründə Nəcəf məktəbini belə öz təsiri altına almağı bacaran Qum üləmalarının bu üstünlükləri Osmanlıların Səvəfilər üzərində qələbəsindən sonra zəifləmiş, iki şiə qanadının bir-birindən fərqli ideoloji təməllər üzərində formalaşmasında önəmli rol oynamışdır. 1639-cu il 17 may tarixində Osmanlılarla Səfəvilər arasında imzalanan və cızdığı sərhədlər indiyə qədər dəyişilmədən qalan Qəsri-Şirin müqaviləsindən sonra bu iki məktəb fərqli ictimai-siyasi mühitdən qidalanmağa başlamış, aralarındakı nüans fərqləri daha da dərinləşmişdir. Osmanlı və İran türk xanədanlıqlarının dağılmasından sonra qurulan dövlətlər arasında da xoş münasibətlər formalaşmadığından Qum və Nəcəf məktəblərinın vahid fikir ətrafında birləşməsi, qaynayıb qarışması mümkün olmamışdır. Baxmayaraq ki, Səddam Hüseyn zamanında iraqlı şiə din adamlarının bir çoxu Quma sığınmış və İranın təsiri altında qalmışlar. İki şiə məktəbinin spesifikliyini qorumasında İraq-İran müharibəsində belə Nəcəfdən ayrılmayan, zamanını öz ofisində keçirən ayətullah Seyid Əli Sistaninin də ciddi rolu var.
1930-cu ildə İranın Məşhəd şəhərində dünyaya göz açan və ilk təhsilini Qum məktəbində alan ayətullah Sistani 22 yaşında öz savadını artırmaq üçün Nəcəfə gəlmiş, burada bir çox böyük ayətullahların təsir dairəsinə girmişdir. Beləcə, Nəcəfdəki fikir bulağından su içən Sistani bu məktəbin ən sadiq yetirməsinə çevrilmiş və ən yüksək mərtəbəsinə yüksəlmişdir. Təsadüfi deyil ki, ABŞ-ın İraqı işğalından sonra ölkənin faktiki tək gücü halına gələn Sistani Vaşinqtonun bütün səylərinə baxmayaraq, bu nüfuzunu siyasi hakimiyyət davalarına sərf etməmiş, ölkəsinin mənəvi lideri kim qalmağa üstünlük vermişdir. Halbuki, o da Xümeyni kimi rahatlıqla İraqın siyasi lideri də ola bilərdi. İşğalın ilk illərində Sistaninin İraqdakı bu möhtəşəm gücünü rəqibləri də etiraf edir, yarıciddi-yarızarafat şəkildə deyirdilər: “İraqın iki ayətullahı var – biri Sistani, digəri Corc Buş. Sistani Corc Buşdan daha hümanist, daha sekulyar və daha ədalətlidir”.
Sistaninin öz dini nüfuzunu siyasi üstünlüyə çevirməsinin səbəbi isə məhz Nəcəf məktəbinin sekulyar prinsiplərindən irəli gəlirdi. Bəli, yüzillərin təcrübəsi əsasında formalaşmış və Sistaninin müəllimi ayətullah Seyid Xoyi tərəfindən şagirdinə ötürülmüş bu prinsipdə müasir sekulyarizmin ənənələrini görməmək mümkün deyil. Dini siyasətdən ayrı tutan Nəcəf məktəbi Sistani tərəfindən daha da inkişaf etdirilmiş və xüsusilə qadın azadlığı sahəsində Qərb mədəniyyətinə yaxınlaşmışdır. Bu məktəbin 90 yaşlı lideri Sistaninin xüsusilə seçkilər dövründə verdiyi fitvalarla ölkə əhalisini cinsiyyət fərqi gözləmədən səsverməyə çağırması, qadınların ərlərindən icazə almadan seçkidə iştirakını arzulaması, dinin siyasətdən ayrı olması və sairə bir sıra mövqeyiylə Qərb dünyasının da rəğbətini qazanmış, hətta 2014-ci ildə Nobel Sülh mükafatına namizədlərdən biri olmuşdur.
Nəcəf ənənələrinə sadiq qalan Sistani həm də İraqın milli maraqlarını düşünməsiylə ad çıxarıb. O, müxtəlif zamanlarda Vaşinqtonun ən yüksək dairələrindən gələn görüşmək təkliflərini məhz dinin siyasətə qarışmaması prinsipinə söykənərək (bəlkə də bəhanəsilə) rədd etmişdir. İraqın taleyini təkcə Vaşinqtonla deyil, hətta ona ən yaxın olan Tehranla da müzakirə masasına çıxarmamışdır. Məlumatlara görə, İraqın ən ağır dövründə – İŞİD-in Bağdada doğru irəlilədiyi ərəfədə İranın fürsətdən yararlanmaq istədiyni sezən ayətullah İran İnqilab Keşikçilərinə bağlı Qüds Gücü hərbi birləşmələrinin komandanı general Qasım Süleymaninin görüş tələbini sərt bir dillə geri çevirərək demişdir: “Danışmaq üçün gəlirsən, yoxda dinləmək üçün?”
Baxmayaraq ki, Sistaninin fitvası ilə qurulan Həşdi-Şabi ordusunun formalaşmasında Qasim Süleymaninin müstəsna rolu olmuşdur, amma ayətullahın onunla öz arasında qoyduğu məsafə İraqın İran tərəfindən tam ələ keçirilməsinin əsas səbəbidir və iki şiə dövləti arasında bugünkü gərginlik də məhz bundan qaynaqlanır. Görünür, Sistaninin rəhbərliyi altında Nəcəf məktəbi İraqın ən çətin anında İran himayəsini məcburən qəbul etsə də, İŞİD problemi həll olunduqdan sonra bunun suverenlik haqlarına cavab vermədiyini düşünmüş və “islam keşikçilərini” öz torpaqlarından çıxarmağa qərar vermişdir. Hazırda İraqda İrana qarşı baş qaldıran üsyanlara Sistaninin laqeyd yanaşması da bu ehtimalı gücləndirir.
Bu yerdə onu da qeyd etmək yerinə düşərdi ki, İŞİD problemi həll olunana qədər Nəcəf məktəbi mərkəzi hakimiyyətin İrana bağlı Nuri əl-Maliki və Heydər əl-İbadi kimi siyasilərin əlində qalmasına göz yummuş, hətta bu təmkininə görə çılğın siyasətçi Müqtəda əs-Sədrin ciddi tənqidlərinə məruz qalmışdı. İŞİD tamamilə aradan qaldırıldıqdan sonra isə Nəcəf üləması Sistaniyə düşmən tövrləri ilə seçilməsinə baxmayaraq, əs-Sədrə gizli dəstək vermiş, ötən il keçirilən parlament seçkilərində onun rəhbərlik etdiyi koalisiyanın hər kəsdən çox səs toplamasına yaşıl işıq yandırmışdır.
Sual oluna bilər: Nəcəf məktəbi Qum siyasi ənənələrinə niyə qarşı çıxır və onun İraq üçün ağır nəticələr doğuracağına inanır?
Yuxarıda da qismən toxunduğumuz kimi, İranın demoqrafik xarakteri şiə düşüncəsinin siyasiləşməsinə yol verdiyi halda, eyni ənənənin İraqa tətbiqi həqiqətən də ciddi problemlərə yol aça bilər. Çünki İrandan fərqli olaraq, İraqda ölkənin 40%-ə yaxını sünnidir. 60%-lik şiə cameəsinə sahib olmasına baxmayaraq, İraqda dinin siyasətə gəlməsi bu ölkəni tamamilə parçalaya bilər. Ümumiyyətlə, Nəcəf məktəbi sünni-şiə ayrıseçkiliyini ağla gətirən bütün ritorikalardan uzaq qalmağa çalışır və bu məsələdə tamamilə haqlıdırlar da. Təsadüfi deyil ki, Həşdi-Şabi qurulduğu ilk illərdə Sistani tərəfindən müəyyənləşdirilmiş İŞİD-ə qarşı döyüş şüarının “Ləbbeykə, ya Hüseyn” şəkildə olmasına ən çox müxaliflik edən Müqtəda əs-Sədr olmuşdur. Onun bu qarşı çıxışında söykəndiyi arqument isə şüarın şiəlik elementləri daşımasıdır. Əs-Sədr o zaman təklif etmişdi ki, “ya Hüseyn” komponenti regional adlarla əvəzlənsin. Məsələn, döyüş “Ləbeykə, ya Tikrit”, yaxud “Ləbeykə, ya Mosul” kimi şüarlar altında aparılsın. Sistani də 40 yaşlı cavan oğlanın sözlərini haqlı görmüş və şüarı dəyişdirmişdi.
İranda isə əhalinin 90%-i şiə olduğundan məzhəbi şüarlar və siyasətlər böyük problemlər yaratmır. Üstəlik, İran üçün İraqın bütövlüyü də şərt deyil. Yetər ki, İrandan Aralıq dənizinə qədər coğrafiyada geniş şiə koridoru yaradılsın. Bu baxımdan, İraqda məzhəbi ayrılıqların körüklənməsi rəsmi Tehranın nəinki vecinə deyil, hətta “Şiə hilalı” konsepsiyasının əsas tərkib hissəsi sayılır. Məsələyə bu aspektdən yanaşanda 2013-cü ildə İranın xüsusi xidmət orqanlarının yardımı ilə Bağdadın Əzəmiyyə küçəsində keçirilən bir yürüşdə aksiya iştirakçılarının Ömərə və Aişəyə qarşı təhqiramiz şüarların səsləndirməsi də təsadüfi sayılmaya bilər. O da təsadüfi deyil ki, həmin aksiyaya qarşı ən kəskin etiraz Sistaninin ofisindən gəlmişdi. Ofisin yaydığı bəyanatda bu aksiyanın ziyanlı olduğu vurğulanmaqla qalmır, onu təşkil edənlərin öldürülməsi tələb edilirdi.
Maraqlıdır ki, həmin vaxt Nəcəf məktəbinin bu bəyanatına cavab Qumdan yox, Londondan gəlmişdi. Qum məktəbinin ən kəskin qanadı sayılan Şiraz qoluna bağlı Yasir əl-Həbib (Küveyt doğumludur) Sistanini və Müqtəda əs-Sədri şiə müxaliflərini dəstəkləməklə suçlamışdı.
Bütün bu faktlar bir daha göstərir ki, İraqda son zamanlar İran əleyhinə düzənlənən etiraz aksiyalarının səbəbi yalnız siyasi və iqtisadi səbəblərlə bağlı deyil. Bu ziddiyyətlərin daha köklü ideoloji səbəbləri var və Azərbaycan siyasi iradəsi də Nəcəf məktəbinin bu təcrübələrindən yararlanmalıdır. Çünki Azərbaycan əhalisinin dini tərkibi də eynilə İraqda olduğu kimidir və sünni-şiə ayrıseçkiliyi salan bütün dini ideoloji axımların qarşısı alınmalıdır.
Bəyali