Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfovun "Acı həqiqət" siyasi-publisistik əsəri artıq çapa hazırlanır.
Moderator.az əsərin bəzi hissələrini oxuculara təqdim edir:
Birinci Hissə
İkinci Hissə
Bu plan baş nazir Surət Hüseynov və Yura Süleymanovun birgə iştirakı ilə müzakirə edilmişdi. Əsas məqsəd dövlət çevrilişində iştirak edən qüvvələri, onlara rəhbərlik edəcək şəxsləri, eləcə də ilk növbədə tutulacaq obyektləri müəyyən etmək idi. Xidməti vəzifəsinə görə, Baş nazir ölkədəki ictimai-siyasi vəziyyəti hamıdan yaxşı bilirdi. Həm də çox yaxşı bilirdi ki, Surətin kəlməbaşı “Qoca” dediyi prezident öz siyası təcrübəsinə və dərin məlumatına görə dövlətin və xalqın siyasi nəbzini daim əlində saxlayır. Bütün ictimai proseslərdən və ən ucqar kəndlərdə olan hadisələrdən belə xəbərdardır. Prezident özü yalnız özünə tabe olan, mövcudluğu çox məxfi saxlanılan informasiya şəbəkəsinə malik idi. Onların söhbəti elə bir yerdə aparılırdı ki, oraya heç bir adam nəzarət edə bilməzdi.
“Lələ” özünə məxsus ifadə ilə danışmağa başladı:
– Maa belə gəlir ki, artıq gözlədiyimiz an gəlib çatmışdır. Neft müqaviləsinin bağlanması Kremldə şiddət doğurub. Mən belə hesab edirəm ki, biz gəlirdən kənarda qalacağıq. Qarabağ məsələsi Rusiyasız həll olunmayacaq. Qoca isə Rusiya ilə münasibət saxlamaq istəmir. Çünki Yeltsin onu heç xoşlamır da. Bax, bunu çevrilişdən sonra insanlara geniş şəkildə kütləvi informasiya vasitələri ilə çatdırmalıyıq. Qısa müddətdə Neft müqaviləsinin dövlət üçün nə qədər ziyanlı olduğunu da bildirməliyik. Müqavilə Parlament tərəfindən təsdiq edilməsə, olacaq heç nə. Ruslar da söz verirlər ki, bizi dəstəkləmək naminə çevrilişdən sonra Qarabağ məsələsini tez həll etsinlər. Nəriman müəllim, sən Rəhim Qazıyevin, Baba Nəzərlinin, Arif Paşayevin və Əlikram Hümbətovun azadlığa buraxılmasını, yəni qaçmalarını tezliklə təşkil etməlisən. Rəhimin orduda hörməti var. Baba da çox adamı tanıyır. Əlikram cənub bölgəsində dağılan qüvvələrini tez öz ətrafında toplaya biləcək. Arif də ki, ona rəğbət bəsləyənləri səfərbər edəcək. Orduda da bir neçə kombiriqlə danışıqlar aparılıb, onlara çox böyük pullar vəd edilib. Kombiriqlər bizim işarəmizi gözləyirlər. Onlarla Yura danışıb. Nəriman müəllim, siz nə deyirsiniz?
– Mən sizinlə müəyyən qədər razıyam. Ölkədəki insanlar arasında böyük narazılıq var, çətinliklər mövcuddur. Rusiya şimal nəqliyyat əlaqəsini üzümüzə bağlayıb, neft müqaviləsinə görə artıq bizə düşmən kimi baxır. Ancaq biz çox qorxulu və təhlükəli bir oyuna girmişik. Bəli, Daxili İşlər nazirliyi dövləti, hakimiyyəti müdafiə etmək iqtidarında deyil. Cavadov qardaşları məmurlar arasında çox böyük qorxu hissinin hökm sürməsinə nail olublar. Lakin siz başa düşməlisiniz ki, Heydər Əliyev xalq arasında nüfuz sahibidir və ona böyük sevgi var. Əgər xalq ayağa qalxarsa, hər şey bitəcək və hər şeyi itirəcəyik.
– Nəriman müəllim, xahiş edirəm məni dinləyin, – Yura Süleymanov sözə başladı: – Qarabağ müharibəsi başlayandan indiyədək döyüşlərdə olmuşam. Hərbi hissələrin böyük əksəriyyətinin nəinki komandirlərini, hətta demək olar, bütün zabit heyətini tanıyıram. Məmmədrəfi nə zibildi ki, Müdafiə naziri olsun. Onun əməliyyat xəritəsindən və döyüş taktikasından belə xəbəri yoxdur. Adı çox yaxşılığa çəkilən Nəcməddin Sadıqov heç bir döyüşü udmayıb. Çevriliş olsa, ordu neytral mövqedə qalacaq. Bir çox kombriq bu fikirdədir. İlqarla Tacəddin bir saatın içində Gəncəni tutacaqlar. Ətrafdakı qüvvələr heç bir maneə törətməyəcəklər. OMON isə Prezident aparatını, televiziya şirkətini tutacaq. Hava limanı ona görə lazımdır ki, Naxçıvandan köməyə gələ bilərlər, onun qabağını almaq lazımdır. Bildiyiniz kimi, bir çox vəzifəlilərlə danışığımız olubdur. Əlikram və Arifin azadlıqda olması bizə çox lazımdır. Onlara öz bölgələrində çox hörmət edirlər. Rəhimin Qraçovla yaxşı münasibəti var. O da bizə çox lazımdır. Onsuz keçinə bilməyəcəyik. Biz yeni hökumət qurmalıyıq. Bu hökumət Rusiya ilə sıx əlaqədə olmalıdır ki, Qarabağ məsələsini həll edək.
– Yura, tələsmə, biz hökumət üzvlərinin kim olacağını hələ müzakirə etməyək. Çünki onları təhlükə altında qoya bilərik.
– Nəriman müəllim, fikrinizi deyin.
– Milli Təhlükəsizlik nazirini Baş nazirlə bağlayan qohumluq əlaqələrindən başqa, siyasi görüşləri, bir də şəxsi ambisiyalarıdı. Dövlət çevrilişindən sonra siyasi və hüquqi mövqeyinin daha möhkəm olacağına inanırdı. Lakin Heydər Əliyevlə siyasi oyuna girməsindən, loru dildə desək, üyüdürdü. Çünki onun geri çəkilməyə də yolu yox idi. Ona görə də, mən planımızla razıyam. İnanıram ki, biz qələbə çalacağıq, – deyə o, ciddiyyətlə dedi.
– Dediyim adamlar nə vaxt azadlıqda olacaqlar? – deyə Baş nazir təkrar sual verdi.
– 22-nə keçən gecə.
– Yaxşı, indi isə iş başına keçək, – deyə “Lələ” toplantının başa çatdığını bildirdi.
MTN-dəki gizli cinayət, yoxsa xəyanət.
Sentyabrın 21-dən 22-nə keçən gecə
Gecə saat səkkizdir. Milli Təhlükəsizlik naziri Nəri- man İmranov hələ də iş otağındadı. O, icra edəcəyi işin planını bir neçə gün idi düşünürdü, ancaq həyata keçirməyə cəsarət etmirdi. Bu gecə nəyin hesabına olursa olsun əməliyyat həyata keçirilməliydi. Lakin başa düşürdü ki, bu qaçışdan xəbərsiz olduğu barədə Prezidenti heç cür inandıra bilməyəcək. Ümidini düşündüyü alibisinə bağlamışdı. Nazirliyin İstintaq təcridxanasının kurator müavini Namiq Abbasov idi. Daxili əmrlə bu sahədəki işlərə o cavabdehlik daşıyırdı. Faiq Mirzəyev tutulub dindirmədən ona qarşı ittiham irəli sürmək çətin olacaqdı. Bir qrup şəxsin MTN-in istintaq təcridxanasından qaçması faktı ilə başlanmış cinayət işinin istintaqı prosesində həqiqətən də Baş prokuror Eldar Həsənov Namiq Abbasovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsadət qaldırmış, Prezident isə bunu qanunsuz hesab etmişdi. Çünki MTN-də vəzifə bölgüsü olsa da, ilk növbədə buna nazir cavabdehdir. Digər tərəfdən, Prezident tam əmin idi ki, Namiq Abbasov bu cinayətdə iştirakçı olmamışdır. Nəriman İmranov və qeyriləri barəsində cinayət işinin istintaqını aparan müstəntiq Füzuli Məmmədov Namiq Abbasovun cinayət etməkdə təqsirliyi barədə arayışla iki dəfə prezident Heydər Əliyevin qəbulunda olsa da, onun cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq verməsinə nail ola bilməmişdi. Prezidentin haqlılı olduğunu istintaqın nəticəsi də sübut etdi. Plana görə, Faiq Rəhim Qazıyevlə birlikdə Rusiyaya keçəcək, onların orada yerinin müəyyən edilib tutulmasına aylarla vaxt lazım gələcəkdi. Digər tərəfdən, tutulsalar belə, Azərbaycana ekstradisiyası çox vaxt aparacaqdı. Digər tərəfdən, Prezidentin ondan şübhələnməsinə əmin olarsa, Respublikadan qaçmaq planını da hazırlamışdı.
Nəriman İmranov əsas ümidini Gəncədə başlayacaq dövlət çevrilişinə bağlayırdı. Lakin Baş nazir Surət Hüseynovun çevrilişlə hakimiyyəti ələ almasına bir qədər şübhə ilə yanaşırdı. Bircə ona əmin idi ki, dövlətdə Surət Hüseynovun həyata keçirəcəyi çevrilişə mane olacaq qüvvə yoxdur. Daxili İşlər nazirliyi aparatı və yerlərdəki polis orqanları amorf vəziyyətdədir. Daxili qoşunların rəhbərliyi də bitərəf mövqedədir. Nazir Ramil Usubov idarəçiliyin ipini hələ də öz əlinə ala bilməmişdi. Çünki nazirlikdə ən çox qorxduğu bir şəxs vardır: Rövşən Cavadov. Faktiki olaraq, nazirliyə və əsas qüvvəsi olan OMON-a o rəhbərlik edirdi. Hökümətin bütün qüvvələri ondan “cindən qorxan kimi” qorxurdular. Surətin adamları Cavadov qardaşları ilə birləşmək üçün danışıqlar aparırdılar. Ancaq bu ittifaqa o qədər də ümid etmək olmazdı. Əsas danışıqları Surətin yaxın adamı və onun briqada komandiri Yura Süleymanov aparırdı. Tərəflər birlikdə hərəkətə keçmək barədə razılığa gəlmişdilər.
.............................................

Çağırış
Vəziyyət anbaan gərginləşirdi. Prezident aparatının binası qasırğaya düşmüş bir gəmini xatırladırdı. Qasırğa isə getdikcə şiddətlənir, dalğalar şahə qalxırdı. Artıq siçovullar gəmini tərk etməyə başlamışdılar. Hüquq mühafizə və güc strukturlarının rəhbərləri vəziyyətə nəzarət edə bilmədiklərini və çarəsizliklərini etiraf edirdilər. Onlar Prezidenti daha təhlükəsiz məkana getməsi üçün dilə tutur, yola gətirməyə çalışırdılar. Prezidentdən isə hələ cavab yox idi. Hamı narahatlıq içində, səksəkədə idi. Hər dəqiqə silahlı dəstələrin binaya soxulması gözlənilirdi. Hər tərəfdən üzücü və ümidsiz məlumatlar gəlirdi. Ölkə təlaş, təşviş və nigarançılıq içində idi. Nəhayət, axşam tərəfi aidiyyatı olan qurumların rəhbərlərinin iştirakı ilə müşavirə başladı.
– Cənab Prezident, vəziyyəti öyrəndim. Gəncədə bütün dövlət orqanlarını, polisi, icra hakimiyyətini, hava limanını Surətin adamları götürüb. Bakıda hakimiyyət orqanlarını müdafiə edəcək qüvvəmiz yoxdur, xalqa müraciət etmək lazımdır, – Daxili İşlər naziri məruzəsini yekunlaşdırdı.
Müşavirə iştirakçılarının çöhrəsinə dərin xof çökdü. Xüsusilə, Rəsul Quliyevin rəngi daha çox qaralmışdı. Onun yanında oturanlar onun ürək döyüntülərini fonendoskopsuz da eşidə bilərdi. Onun Daxili İşlər nazirinə dikilən nifrətli baxışlarını hamı açıq-aydın ayırd edə bildi. “Görün təhlükəsizliyimizi kimlərə etibar etmişik” deyə düşünən Rəsul Quliyev az qaldı ki, qışqırsın:
– Cənab Heydər Əliyeviç, yalnız xalq bizi, dövləti bu bəladan xilas edə bilər. Gec də olsa, Siz xalqa müraciət etməlisiniz. Vaxt itirmək olmaz.
Hamıdan yaşlı müşavirə iştirakçısı (hörmətli oxucu, müəyyən səbəblərə görə bu şəxsin adı açıqlanmır. Buna görə məni qınamayın ) ayağa durdu:
– Heydər Əliyeviç, mən məsləhət görərdim ki, Siz Prezident Aparatından kənarda xalqa müraciət edəsiniz. Hər dəqiqə bura hücum ola bilər.
Onun təklifini bir neçə müşavirə iştirakçısı da müdafiə etdi.
– Başqa sözü, təklifi olan yoxdur ki? – deyə Prezident çox soyuqqanlılıqla və diqqətlə müşavirə iştirakçılarını baxışları ilə süzdü. Bir anlıq diqqətini Rəsulun çöhrəsində saxladı. Hamıya “badbaxt” deyən bu insanın özündə bədbəxtlik əhval-ruhiyyəsi vardı, miskin və yazıq bir görkəm almışdı. Prezidentin çöhrəsində bir anlıq istehzalı təbəssüm görünüb çəkildi. Çoxları bunu sezmədi. Rəsulun yanında əyləşən Milli Təhlükəsizlik naziri Nəriman İmranov isə dillənmirdi. Lakin həyəcan keçirdiyi hiss olunurdu.
“Yetişməmiş çekist”, – prezident özlüyündə fikrindən keçirdi.
– Nəriman, siz nə deyə bilərsiniz?
Prezidentin müraciətindən Nəriman İmranov diksindi. O, Prezident aparatını tərk etmək təklifinin Heydər Əliyev tərəfindən qəbul edilib edilməyəcəyini götür-qoy edirdi. Digər tərəfdən bu gecə vaxtı xalqa müraciət etməsini dəyərləndirirdi. Çünki bu varianti o proqnozlaşdıra bilməmişdi. Əgər prezident xalqı hakimiyyəti və dövləti müdafiə etməyə çağırsa, demək “işlər bitdi”. Özünü toplayıb dedi:
–Cənab Prezident, vəziyyət həqiqətən çox ağırdır. Tədbir görmək lazımdır.
– Sizcə nə tədbir görməliyik? – prezident soruşdu.
Ardı var...