Türkiyə Respublikasının sabiq Baş Naziri Əhməd Davudoğlunun canlı yayımda dedikləri haqda
Adam həm aldadıldığını etiraf (siyasi dillə), həm də küskünlüyünü (yəni: “məni kənarlaşdırdınız”) ifadə etdi. Həm "ziyanın yarısından qayıtmaq da qəhrəmanlıqdır" mesajı verdi, həm də qorxa-qorxa bir eyhamda bulunmağa çalışdı: "Biz ümməti bölmürük... biz də bu ümmətdənik... "
O boyda siyasətçi, müəllim, ideoloq, kitab-dəftər adamı, insan haqları müdafiəçisi qorxur... Haqlı da olaraq qorxur! Çünki o sistemin içindən gəlib (hələ də qopa bilmir) və qopmaq üçün xalqdan imdad diləyir.
Davudoğlu sözünü desə də, qorxur. Ümmətmi? Bu, onun leksikonuna uyğun gələn termin və “zireh” olmamalıdır. Bir dövləti təmsil etməyə xeyli yaxın olmuş və indi tam olaraq o “taxta” oturmağa namizədliyini gizlətməyən bir siyasətçi bu termini niyə işlətsin ki? Axı, o, ümmətin deyil, vətəndaşın səsinə bel bağlamalıdır.
Lakin vəziyyət bəllidir. Bu siyasətçi hansı “şineli” geydiyini və soyunmağın, xeyli dərəcədə çətin olduğunu gözəl bilir. Bilir ki, vaxtilə sarvanlarından olduğu o “karvana” qarşı gələrsə, 21-ci əsr Türkiyəsində təcavüzə məruz qala bilər - ağlı dizindən aşağı, yalançı saqqalı topuqdan yuxarı olanların təcavüzünə.
O cahillərin ki, populist şüarlara hay verib, qulaqlarını tıxayıb, gözlərini yumub... Məsələn, 15 iyul gecəsi məsum türk əsgərlərini (hansılar ki, "abi, yapmayın, bizlik bir şey yoxdur", - deyə yalvarırdılar və xalqa bircə güllə belə, atmırdılar) korş bıçaqla kəsib, dənizə atırdılar.
Əslində, "Yeni Osmanlıçılıq" nəzəriyyəsinin banilərindən olan Əhməd Davudoğlu, sonradan hadisələrin nəzarətdən çıxacağını düşünmədi. 21-ci əsr üçün başdan-ayağa ziyanlı olan "Osmanlıçılıq", ya da "Yeni Osmanlıçılıq" ideyaları (yəni orta əsrlər monarxiyasını diriltməyə çalışmaq cəhdləri) hansı fəsadlar doğuracaqdı - mahir bir siyasətçi bilməliydi. Bu zərərli yanaşma istər Qərbin layihəsi olsun, istər Şərqin - zərərlidir, vəssalam!
Ən əsası - Şərq-müsəlman amilini niyə unutdular? Guya, bilmirdilər ki, biz komanda oyununu sevmirik? Guya, fərqində deyildilər ki, biz tərəfdə (Türkiyə biz tərəfin də biz tərəfidir) belə şeylər-zadlar keçmir? Yəni, qoynunuzda bəzlədiyiniz adam, gün gələcək, sizin başınızı da edam kötüyünə uzatdıracaq.
Və bütün bunlar ona görə olmadı ki, ideolojidə yolayrımına gəldiniz, baxışlarınız üst-üstə düşmədi, “kader sizi ayırdı”… Xeyr! Ona görə oldu ki, şəxsi maraqlarınız uyğun gəlmədi - “pasta”nı bölə bilmədiniz. Nəticədə, yenə din davasına düşdünüz: Hər iki tərəf “Ya Allah, bismillah”, - dedi və tərəfdarlarına “şəhidlik” əmr etdi. Şəhidlik… Yazıq ŞƏHİD!
P.S.Bütün bunlar 16-cü əsrdəki Osmanlı xanədanında yaşanmır, 21-ci əsr Türkiyə Respublikasında (Cümhuriyyətində) yaşanır…

O cahillərin ki, bu gün "meydan sulamalarında" Ərdoğandan az olsa belə, özünün də babat payı var.