Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kim bu nağılları oxusa, bədbəxt olacaq - Xəyanət, ehtiras və gizli otaq



Əslində, “Yüz bir gecə”nin tapılan beş əlyazmasının hamısı XVII əsrdən sonraya aid idi. Bu səbəbdən onu “Min bir gecə”nin kiçik qardaşı kimi qələmə verirdilər. Amma alman araşdırmaçı Klaudia Ottun 2010-cu ildə Almaniyada 1234-cü ilə aid “Yüz bir gecə” əlyazmasını tapması ilə daşlar yerinə oturdu. Bu əlyazmanın müəyyən yerləri silinsə də, ümumilikdə oxunaqlı vəziyyətdə idi. Amma səksən beşinci gecədən sonrası itmişdi. Klaudia Ott əsərin çatışmayan hissələrini digər əlyazmalardan köçürüb hazırladı.

“Yüz bir gecə” “Min bir gecə”nin sələfi olsa da, onun qısa versiyası deyil. Giriş hissəsi də daxil olmaqla, “Yüz bir gecə”dəki nağıllar tamam başqa əhvalatlardır. Şəhriyar Hindistanın şahı olsa da, qısalığı və kəskinliyi ilə diqqət çəkən nağıllardakı hadisələr, əsasən, Əndəlusda və ətraf bölgələrdə cərəyan edir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10