Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. 100 yaşlı kitabxananın tarixindən maraqlı faktlar


 


 

100 il öncə indiki Masallı ərazisində  cəmi bir neçə  ibtidai məktəbin olduğu,  əksər insanların yazıb-oxumaq bilmədiyi vaxtlarda bu gün ki Masallının şəhər mərkəzində kitabxana yaradılıb.

Həmin vaxtlar, yəni sovet hakimiyyətinin təzə-təzə qurulduğu vaxtda, Masalı kimi yerlərdə nə “Raykom”un, nə icra hakimiyyətinin, nə bələdiyyələrin olmadığı vaxtda – 1924-ci ildə Masallıda  yerli Muzdurlar Komitəsinin təşəbbüsü ilə kitabxana yaradılır.

 Cenub.az bildirir ki, İctimai əsaslarla yaradılmış  bu kitabxanaya Masallıdakı həmin Muzdurlar Komitəsinin üzvlərindən

Abı Mirzəyev 

Qulamhüseyn Məmmədov,

Kamil  Filatova

Həsənağa Kərimovun

təşəbbüsü ilə ayrı-ayrı şəxslərdən toplanmış 250 nüsxə kitab var idi. Kitabxananın oxucularının sayı isə 15  nəfər  olmuşdur.

Bu kitabxana o vaxt  Masallının  tacir rastası adlanan mərkəz hissəsində, indiki Xətai heykəlinin  şimal tərəfindəki kiçik bir otaqdyerləşdirilmişdi. 

 Bu kitabxanaya başçılıq etməyi 1920-ci ilin kommunistləri Qulamhüseyn Məmmədov və Kamil Filatova öz öhdələrinə götürmüşdülər

 Kitabxana bu kiçik binada öz fəaliyyətini 1930-cu ilə qədər davam etdirdi..

1930-cu ildə isə həmin “Tacir rastası” söküldü və kitabxana həmin rastanın arxasındaCavad bəyin evinə köçürüldü. (Hazırda Rayon Məşğulluq İdarəsinin, Əmək Müfəttişliyinin və sair dövlət idarələrinin yerləşdiyi ərazi.)

 




Artıq   kitabxananın Kitab fondu xeyli artmış, təhsilli insanlar çoxalmış, kitabxanaya maraq  nəzərəçarpacaq dərəcə də çoxalmışdıı.

Beləliklə rayonda ilk kitabxananın təməli qoyuldu. Kitab fondu gündən-günə artırdı. Elə bu ildən də kitabxana dövlət büdcəsinə daxil edildi və bir nəfər ştatlı işçi ayrıldı. Az vaxtda kitabların sayı 1931-ci ilin əvvəlləri üçün 2000 nüsxəyə, oxucuların isə 1000 nəfərə çatırdı.

Günlər ötdükcə kitabxananın səsi rayon mərkəzindən çıxıb ayrı kəndlərdə əks səda verdi. 

Masallı rayonunda Mərkəzi Kitabxana isə rəsmən 1934-cü ildə yaradıldı.

Nəzərinizə çatdırmaq istəyirik ki, hal-hazır ki, Heydər Əliyev parkındakı kitabxana binası 1969-cu ildə, 55 öncə tikilməyə başlanılmış və 1970-ci ildə istifadəyə verilmişdir.

Rayonda fəaliyyət göstərən kitabxanalar isə 1978-ci ildə vahid sistem altında birləşdirilərək MərkəzləşdirilmişKitabxana Sistemi yaradılmışdırMərkəzləşdrilimiş kitabxana Sisteminə kənd kitabxanaları ilə birlikdə 83 kitabxana fəaliyyətə başladı. (Sonrakı dğvrdə bu kitabxanaların sayı xeyli azalaraq 48-ə endi)Kitabxananın yarandığı və fəaliyyət göstərdiyi müddətdə bu mədəniyyət ocağına aşağıdakı şəxslərrəhbərlik etmişdir-

1. Murtuza Bağırov -  1934-ci ildə. (Kitabxananın ilk müdiri)
2. Şəfi Mahmudov 1946-1950 illərdə, 
3. Lazım Ağarzayev- 1976-1987- ci illərdə
4. Şəhla Həsənova 1987-1991-ci illərdə
5. Adil Heydərov 1991-2007-ci illərdə.
6. Ələddin Nəzərov 2007-2022-ci illərdə.

Beləliklə, 100 il öncə 250 nüsxə kitab fondu və 15 oxucu sayı ilə fəaliyyətə başlayan kitabxana hal-hazırda  265 137 kitab fondu, 33198 oxucu sayı ilə fəaliyyətini davam etdirir.

Hazırda Masallı Mərkəzi Kitabxana Sistemində 1 mərkəz, 1 Şəhər, 2 Qəsəbə və 44 kənd kitabxana filiallı (cəmi 48)  fəaliyyət göstərir.  (Nəzərə alsaq ki, Masallı rayonunda 1 şəhər, 2 qəsəbə, 100 kənd var, deməli, Masallı kəndlərinin yarıdan çoxunda kitabxana yoxdur və olan kitabxanaların da əksəriyyəti uyğunlaşdırılmış binalarda yerləşir).

Qeyd: Bütün bu məlumatların toplanmasında bizə yardımçı olmuş Masallı Mərkəzi Kitabxanasının  hazırkı rəhbəri, gənc və işgüzar Zamin Məmmədova təşəkkürümüzü bildiririk.

 

Redaksiyadan: Masallıda yaradılmış kitabxananın keçmişinə, yaradılmasına dair  məlumatlar nə qədər maraq doğursa da, kitabxananın indiki durumu, əhvalı heç də ürək açan deyil.

Öncə vurğulayaq ki, Lənkəran-Astara regionu üzrə ən primitiv kitabxana binası Masallıdadır.

Əgər mövcud duruma formal rəqəmlərdən yox, reallıqdan yanaşsaq, demək olar ki, kitabxanalara gedən olduqca azdır.

Səyyar kitabxana (Xüsusi uyğunlaşdırılmış maşınlarda) imkanlarından istifadə olunmur. Çünki əyalət kitabxanalarına belə maşınlar verilmir.

Kitabxananın indiki yubiley günlərində burada çalışanların zəhmətini şübhə altına almaq fikrimiz olmasa da (hansı ki, onlar məhdud imkanlar daxilində var qüvvəsi ilə çalışır), bəzi qüsurlardan da xali deyil. Son 100 ildə Masallıda çap olunan bütün qəzetlərin tam nüsxələrini burada tapmaq olmur. Eləcə də kitabları çap olunmuş masallıların bütün əsərlərini burada tam şəkildə tapmaq müşkül məsələdir.

Kitabxananın imkanlarının məhdudluğuna nəzərə alsaq, burada müasir səviyyəli tədbirlər keçirmək mümkünsüzdür.

Digər kitabxanalar kimi Masallıda da bu sahədə elektron imkanlarda istifadə yox dərəcəsindədir.

Bu gün Masallıda müasir səviyyədə tikilmiş, yaxud təmir edilmiş 140 məscidlərin, 60 Mərasim Evlərinin imkanlarını bu rayondakı kitabxanalının imkanları ilə müqayisə etsək, heç də ürək açan mənzərə yaranmaz.

Nə isə. Yubiley vaxtı tənqidə çox yer vermək arzusunda olmasaq da, ən adi müqayisələr də bizim xeyrimizə deyil.

Bu kitabxana ilə bağlı əlavə məlum atı olanlar varsa bizə bildirə, yaxud rəy bölümündə yaza bilər.

Cenub.az üçün hazırladı: Zahir Əmənov.

Qeyd:- Yazıdakı məlumatlardan hər hansı formada istifadə edərkən istinad etmək bir mədəniyyət göstəricisidir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10