"Allah hətta günahkar bəndələrini belə sevir və onlara, rəhmətindən ümidsiz olmamağı tövsiyə edir..."
Bəzən elə olur ki, insan həyat yolunda çətinliklə üzləşən zaman Allaha şikayət edir və Uca Yaradanı təqsirkar saymağa çalışır. Sanki yaxın dostdan giley edən kimi.
Ancaq bütün bunlar bizim cəhalətimizdən irəli gəlir. Çünki biz özümüzü və Allahımızı yaxşı tanımırıq. Ağrını müəyyən etmək – onun müalicəsinin bir hissəsidir. Əgər biz özümüzü islah etməsək – yolunu azmışlardan və İblisin (lən) davamçılarından olarıq. Çünki Allahı günahlardırmaq – İblisin (lən) getdiyi yoldur, biz insanların deyil.
O zaman ki, Allah Təala bu məluna insana səcdə etməklə bağlı əmr verir, o, təkəbbür edir və Allaha itaətsizlik edir. Sonra da öz inadını qəbul etmək yerinə, Allahı günahlandırır.
Şeytan (lən) insana da bu dağıdıcı yolda getməsi üçün həmişə vəsvəsə edər. Ancaq biz insanlar gərək ayıq olaq və etdiyimiz pis əməllərin nəticəsini özümüzdə görək, başqalarında deyil, xüsusilə də Allahda deyil.
Biz gərək bilək ki, kimik, nəyimiz vardır və hansı işlər görməyə qadirik. Peyğəmbərimiz (s) buyurur: “Yəqinən hər kim özünü tanıyar – Allahını da tanımış olar”.
Ona görə də hər birimiz ilk olaraq özümüzü tanımalıyıq, ləvvamə nəfsin dediklərinə qulaq asmalıyıq. Əmmarə nəfsi isə öz qulumuza çevirməliyik.
Əgər əmmarə nəfsin sayəsində günah ediriksə də, tez tövbə edib, Allaha doğru qayıtmalıyıq.
Bunu unutmayaq ki, hər birimiz Allahın bəndəsiyik və Allah bizlərin hamısını sevir. Allah hətta günahkar bəndələrini belə sevir və onlara, rəhmətindən ümidsiz olmamağı tövsiyə edir. Çünki tövbə qapısı Qiyamətə qədər açıqdır və aqil insan bu qapının bərəkətlərindən həmişə faydalanmalıdır. (Tebyan)
“De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).