Cenub.az Almaniyada Azərbaycan dilini tədris edən həmyerlimiz Mehman Kərimov barədə yazını təqdim edir.
Kərimov Mehman Xanlar Oğlu 1975-ci ildə anadan olub.
1992-ci ildə Masallı rayonu Çaxırlı kənd orta məktəbini bitirib.
1992-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunda politoloq ixtisası üzrə ali təhsil alıb.
1999-2002-ci illərdə Dövlət İdarəçilik Akademiyasının doktoranturasında oxuyub.
BDU-da, Azəbaycan Dillər Universitetində, Qərb Universitetində, BDU-nun nəzdində TDV Bakı Türk Liseyində, Bakı Atatürk Liseyində, Avropa Azərbaycan Məktəbində müəllim və AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi işləyib.
2007-2008-ci illərdə ordu sıralarında zabit kimi xidmət edib.
“Rezonans”, “Günaydın” qəzetlərində jurnalist kimi fəaliyyət göstəib.
Konrad Adenauer fondu (Almaniya), Höte İnstitutu (Almaniya), Dünya Bankı, Britaniyanın Bakıdakı səfirliyi, Hindistanın Bakıdakı səfirliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər fondu, World Vision, Almaniya Texniki Əməkdaşlıq Şurası, UNİCEF-lə birgə layihələr icra edib. Ölkədə fəaliyyət göstərən nüfuzlu QHT-lərdən olan ,,Simurq,, Azərbaycan Mədəniyyət Assosiasiyasının idarə heyətinin üzvü olub.
2009-cu ildə bir qrup tədqiqatçı ilə birgə Sivilizasiya və Maarifçilik ictimai birliyini yaradıb və ilk sədri olub. Aşağıdaki kitabları nəşr edib:
H.P.Şvars. “Adenauer haqda düşüncələr”
Mahatma Qandi. “Bütün insanlar qardaşdır.”
H.Çakmak. “Avropa təhlükəsizliyi.”
(Tərcümə M.Kərimov) S.Sveyq. “Bəşəriyyətin ulduzlu saatları. “
“Azərbaycanın Avropaya inteqrasiyası. Reallıq və perspektivlər.”
Ə.Tağıyev.M.Kərimov. “Gender siyasəti. Mədəniyyət”
Mehman Kərimov. “Bilik biliyə ehtiyaç yaradır.”
Mehman Kərimov. “Siyasət və münaqişə.”
Almaniya Əmək Nazirliyi və Köln Universitetinin 1 illik master proqramında və Köln Universitetinin sosial işin təşkili proqramlarında təhsil alıb.
2021-ci ilin yanvarında yaradılan, Almaniyada və Avropada azərbaycanlıların ilk humanitar təşkilatlarından olan "Varlıq Fondu"nun qurucularındandır. Fondun məqsədi şəhid və qazi ailələrinə yardım etməkdi.
Bu ilin sentyabrından Alman-Azərbaycan Mədəniyyət Evində Azərbaycan mədəniyyəti, tarixi və dili kurslarını yaradıblar və orada müəllim olaraq çalışır.
Almaniyada Qırmızı Xaç Cəmiyyətində işləyir.
Sivilizasiya və İnteqrasiya İnstitutu adlı araşdırma mərkəzi yaradıb. Məqsədi elmi-kütləvi kitabların tərcüməsi, tədqiqatlar və sosial projelər icra etməkdir.
Həmyerlimizə başladığı bu nəcib və müqəddəs işdə uğurlar arzulayırıq!
--------------
Yazını (özünün verdiyi məlumatlar əsasında) təqdim etdi: Ziyafət Məmmədov














