Sovet dövründə Suleyman Abdullayevin oxuduğu muğamda belə bir misra var idi “Xəstə çox şey dilər, lakin imdad olmaz”.
1-ci yazını buradan oxu
Əvvəllər ən oxunaqlı xəbərlərimiz rüşvətlə bağlı olurdu-hansı vəzifə necəyə satıldı, kim kimə necə atdı və s. Məsələn, biz yazanda kı ünvanlı yardımın 3 ayın əvvəldən götürürlər, çoxu təəccüb edirdi. Sonra nazir özü televiziyadan dedi ki, bu yardımın 6 ayını əvvəldən götürürlər. Bu söhbət də belə adiləşdi. İndi hər hansı iş üçün 100-200 manat alana qəribə baxırlar. Deyirlər, sevinin ki 1 ilin əmək haqqın əvvəldən istəmir. Bəzi bərkəgedən məmurlar heç bəhanə-filan quraşdırmadan müəyyən idarə rəhbərlərin çağırırlar ki, hər ay, ya bayramdan-bayrama 1000 mənə, 500 müavinə verməlisən. İnternet-filan nəinki milyonluq, milyardlıq yeyintilərdən yazır. Gör iş nə qədər şişib ki, xalq artisti Brilyant Dadaşova da rüşvət haqqında mahnı ifa edib deyir ki, başqaları 2-3 milyon alır, mən qorxa-qorxa 100 manat alıb geri qalmışam. İndi regionda rüşvətdən nə yazaq ki, marağınıza səbəb olsun.
Bax, beləcə rüşvət məsələsi də beləcə adiləşdi. Gərək trilyon manatlıq yeyintidə yazaq ki, kimlərinsə diqqətin çəksin.
Oxucular ən çox diqqət yetirdiyi xəbər movzularından biri də kriminal xəbərlərdir. Məhkəmənin, Polisin, Prokurorluğun qapısından bir az o tərəfə keçmək müşkülə çevrilib. Biləndə ki, jurnalistsən min cür mane yaradırlar. Ən son cavabları da bu olur ki, xəbər Bakıdakı mətbuat xidmətindən al. Buna görə məcburuq ki, yaxınlığımızda baş verə hadisənin detalların paytaxt televiziyalarından, ya xəbər agentliklərindən eşidək.
Bələdiyyələrin heç FB səhifəsi də yoxdur ki, biləsən, rayondakı 40-a yaxın bələdiyyə hansı işlərlə məşğuldur. Ancaq onların əməlləri məhkəmə predmetinə çevriləndə bu qurumun varlığını hiss edirik.
Qısası, hamı informasiya verməmək üçün min cür bəhanə gətir. Regionda hətta adamın üstünə “qoçu” göndərirlər ki, filan xəbər sənin nəyinə lazımdır.
Masallıdakı şəhər 1 saylı məktəbində bir neçə müəllim bizdən irad tutur ki, əvvəlki tək kəskin yazmırsan. Lakin onlar 3 ildir bilmirlər ki, o məktəbin rəsmi, yaxud qeyri rəsmi rəhbəri kimdir. Niyə məktəbin direktoru 20, direktorun müavini isə 80 kvadradmetrlik otaqda əyləşir. Niyə müəllimlərinin sayı az qala Dəmirçi məktəbinin şagirdlərinin sayına bərabər olan şəhər 1 saylı məktəbində yadda qalan bir tədbir olmur, amma Dəmirci məktəbi ölkə üzrə qaliblər sırasında olur. Amma oradakı cəsarətli, mübariz müəllimlər buna susur. (Məşədi İbadın sözü olmasın, burada mənim yadıma vaxt ilə yazdığım bir ifadə duşu- Qəzetimizi qorxularından paçaları arasında oxuyanlar bizə cəsarət dərsi verir).
Rayonda onlarla ictimai birliklər- ağsaqqallar, ziyalılar, qadınlar, veteranlar... şuraları-filanları var. Əksəriyyəti fəxri-fərman paylamaqla (deyilənə görə bəziləri həmin fəxri-fərmanı satır), yaxud da “lallıqlarına” və məddahlıqlarına görə imtiyaz almaqla məşğuldur.
Masallıda bir neçə siyasi partiyanın rayon təşkilatı var. Lakin heç biri rayonun təsərrüfatını, təhsilini, səhiyyəsini, mədəniyyətini... təhlil edən bir analitik yazı ortaya qoya bilmir. Sadəcə ümumi şəkildə yamanlayırlar - dağıtdılar, talan etdilər, rüşvətxorlar, vicdanslar və s.
Lap unutmuşdum. Bir də informasiya mənbəyi kimi İcra hakimiyyətlərinin saytları var. 2-3 gündən bir xəbər paylaşan bu saytlarda bayram və matəm günlərindən, bir də şablon xəbərlərdən özgə bir informasiyaya rast gələ bilmirsən.
Hələ texniki imkanların məhdudluğun demirik. Axı, yaxşı, dolğun xəbər üçün yaxşı işçi, yaxşı video-kamera, yaxşı kompüter-filan da lazımdır. Reklam bazarı ölüb. Hamı hər şeyi müftə, hazır istəyir... illah ki haqsızlıq edən onun qohumu, yaxını ola. Reklam bazarı da ölüb. Hər şey monopoliyada.
Göründüyü kimi səbəblər çoxdur. Amma buna baxmayaraq, sən də yeni xəbər istəyirsən, mən də. Buna görə, qərara gəlmişəm ki, yorulsam da, qocalsam da, heç olmasa həftədə köşə olmasa da, müxtəlif mövzularda “kökə köşələr” yazım. Siz izləyicilərdən də xahişim odur ki, imkan daxilində mən dəstək olun. Gördüklərinizdən, bildiklərinizdən bizi xəbərdar edin, suallar verin. Mütləq deyil ki, təkcə nöqsanları deyəsiniz, kim nəzərəçarpacaq xeyriyyəçilik edir, hansı həmyerlimiz rayondan, ölkədən kənarda uğurlara imza atıb, maraqlı həyat yolu var-bax, bunları bizə bildirin.
Saytın son panelində bütün əlaqə formalarımız var-e-mail, telefon, FB, Watshap.
Gəlin, bir-birimizi xəbərsiz qoymayaq.
Zahir Əmənov