Xalq şairi Məmməd Arazın həyatından maraqlı faktları təqdim edirik.
Pedaqoji təhsil alıb. Müəllim kimi bir neçə yerdə işləyib. İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbi dərnəyə gedib-gəlirmiş. Və elə ilk ordan kəşf edilməyə başlanıb
***
Qızı, tanınmış yazıçı-publisist İradə Tuncay deyir ki, ağır xasiyyəti varmış. Evdə ciddi nəzarət olurmuş: “Həmişə deyirəm, mən həbsxana şəraitində yaşamışam. Heç yerə getməyə icazə vermirdilər. Ancaq dərs-ev, ev-dərs”.
***
Məmməd Arazın işləyə biləcəyi ayrıca iş otağı – yazı masası olmayıb. Bir neçə dəfə ev dəyişdiriblər. Buna baxmayaraq, hər dəfə yazmağa macal tapırmış.
Qardaşı APİ-də oxuyurdu. Məmməd Araz universitetə gedib-gələndə gələcək xanımını görür və xoşuna gəlir. Onları Kələntər Kələntərli tanış edir. İlk görüşlərində, bulvarda gəzəndə qadın onun şeirlərini əzbər deyib. Beləcə, bir-birilərini sevirlər və ailə həyatı qururlar.
***
İki qızı vardı – onların arasında dünyaya gələn üç uşağı isə vəfat etmişdi. Oğlunun olmağını istəyirmiş həmişə. Hətta şeirində də buna vurğu edib: “Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda”.
Oxucular ona saysız-hesabsız məktublar göndərirmiş. O məktubların içində sevgi məktubları da vardı. Lakin Məmməd Araz xanımı onu görməsin deyə gizlədibmiş:
Xanımı o günləri belə xatırlayır: “Bildim ki, ona sevgi dolu məktublar da yazılırmış. Ancaq Məmməd məndən onları gizlətmişdi. Demişdi ki, sənin ürəyində xal düşməsin deyə, həmin sevgi məktublarını əlyazmalara verdim. Ancaq indi
“Ədəbiyyat qəzeti”nin baş redaktor müavin idi. Nəriman Nərimanovun 100 illiyinə görə qəzetin həmin nömrəsini ona həsr etmişdilər. Səhifəyə xatirələri, onun haqqında yazılar, açılmamış heykəlin şəklini qoymuşdular. Bu, ciddi narazılıq yaratmışdı, deyirdilər, xalq düşməninə niyə qəzetdə geniş yer verilib. Yazıçılar İttifaqında müzakirələr olub. Məmməd Araz həmin vaxt ezamiyyətdəymiş. İclas keçirilir, Məmməd Arazı işdən çıxarırlar, hamı əl qaldırır, bircə Sabir Əhmədov etiraz edir ki, adamın özü burda yoxdur, özü haqqında heç nə deyə bilmir, siz onu işdən çıxarırsınız. Hətta partiyadan çıxarılma söhbəti də olub. Ancaq bu, elə söhbət olaraq qalıb.
Məmməd Araz bundan sonra iki il işsiz qalıb. Və ailə yalnız Ədəbiyyat Fondundan gələn cüzi gəlirlə dolanıb.
***
Məişətdə çox bacarıqsız adam imiş. Qızının dediyinə görə, bir dənə mıx da vura bilmirmiş.
***
Yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə etdiyi vaxt ilk dəfə əlləri titrəməyə başlayır. Evdəkilər təşvişə düşür, həkim yanına aparırlar, lakin diaqnoz qoymaq mümkün olmur. Moskvaya gedir. Orada diaqnoz qoyulur ki, bu xəstəlik parkinsondu (mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması).
Ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Deyilənə görə, xəstə vaxtları, yerişi çətinləşəndə də işə gedib-gəlirmiş.
***
Jurnalın bağlanması məsələsi ortalığa çıxanda Məmməd Araz yuxarılara məktublar yazır. Məktubların birində yazıbmış ki, bu jurnal “Molla Nəsrəddin” jurnalı qədər lazımlı nəşrdir. Onu bağlanmağa qoymayın! O, coğrafiyə fakültəsini qurtardığı üçün təbiəti bilir və çox sevirdi. Bu, onun şeirlərində də hiss olunur.
***
Danışığını, hərəkətini, yerişini itirmişdi. Əlil arabası barəsində nəsə danışanda çox əsəbi halda “Özüm gəzirəm” deyirmiş. Ancaq yeriməyi asan deyildi. Bəzən bütün bədəni titrəyirdi. Bəzən də körpə uşaqlar əllərini, ayaqlarını idarə edə bilmədiyi kimi o da öz bədənini idarə edə bilmirdi. Bütün bədəni əsəndə evdəkilər onu tuturmuşlar ki, sakitləşsin. Son vaxtlar deyirmiş, istəyirəm yatım-qalım yazılarımın içində...
Öldüyü gün xəstəxananın həyəti adamlarla doluymuş. Şairi tanıyanlar ora yığışmışdı.
***
Ailəsinə xəstəxanadan "24 “şirvan” pul ödəməlisiniz" demişdilər. Məmməd Arazın bu xəstəxanada öldüyünü təsdiqləmək üçün…/kulis az