Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda “mer” əvəzi, şəhər nümayəndəliyinə müavin təyin edildi


Yeni müavin həm Hacı, həm də bacarıqlı mütəxəssis kimi tanınır

Xəbər verdiyimiz ki, 27 avqust 2022-ci ildə Masallı Rayon İcra hakimiyyətinin Başçısı Araz Əhmədovun sərəncamı ilə İHB-nin Şəhər üzrə Nümayəndəsi Əbülfəz Nuriyev və onun müavini Rəşad Dadaşov daşıdıqları vəzifələrində azad edildi. Şəhər nümayəndəliyinin idarəçiliyi həmin təşkilatda məsləhətçi-mühasib işləyən Vahid Əhədova həvalə edildi. Cenub.az bildirir kİ, bu dəyişiklikdən 6 aya yaxın vaxt keçdikdən sonra bu gün, fevralın 10-da, 41 yaşına 16 gün qalmış Rövşən İbadulla oğlu Sarxanlı  şəhər ərazi dairəsinin müavinliyinə təyinat alıb.

Rövşən Sərxanlı 26 fevral 1982-ci ildə Masallı Rayonunun Təklə Ərazi Dairəsinin Sığıncaq kəndində anadan olub. Ali təhsillidir. Bakı Biznes Universitetinin  “İnzibati İdarəetmə” fakültəsini bitirib. Hərbi xidmətini Dövlət Sərhəd Qoşunlarında xidmət edib, çavuş, manqa komandiri olub. Hərbi xidmətdən sonra inşaat sektorunda, Bakı Elektrik Şəbəkəsində çalışıb. 2020-ci ildən Masallıda “ViləşçayDəryaçısı”nda sahə müvəkkili işləyir. 3 övlad atasıdır. Hacıdır.

 Rövşən əksəriyyət tərəfindən bacarıqlı mütəxəssis, halal, dürüst adam kimi tanınır.

Bu təyinatdan sonra şəhər “meri”nin səlahiyyətlərini icra edin Vahid Əhədov əvvəlki, məsləhətçi-mühasib vəzifəsini icra edəcək. Rövşən Sarxanli isə müavinliklə yanaşı, həm də şəhərin “mer”inin səlahiyyətlərinə yerinə yetirəcək.

Təbrik edirik.

Cenub.az. Zahir Əmənov






{sape_links}
Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10