və ya azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar
Azərbaycanın müstəqilliyini bərpa etdiyi andan İranla münasibətlərini funksional qrafik şəklində təqdim etməyə çalışsaq, böyük enişli-yoxuşlu, çox mürəkkəb əyri əldə edirik. Və çətin ki, 30 ildən bir az artıq müddətdə kimsə bu münasibətlərin dəqiq düsturunu çıxara bilsin. Amma qonşu ölkənin heç vaxt bizim dostumuz, qardaşımız olmaması, ən azı ağlı başında olan, qərəzli olmayan normal insanlar tərəfindən birmənalı belə qarşılanır. İran demək olar ki, bütün dövr ərzində qatı düşmənimiz Ermənistanı həm siyasi, həm də iqtisadi sahədə açıq şəkildə dəstəklədi. Və o, sanki bizimlə - müsəlman qardaşları ilə bir olduğunu göstərmək üçün saxta bəyanatlar və müxtəlif siyasi təkliflər altında öz səmimi niyyətini gizlətməyə çalışıb: işğal olunmuş torpaqlardakı Azərbaycan məscidlərində donuz saxlanılmasının fərqinə varmayıb, təsadüfən ermənilərə yanacaq satıb - hansını ki, onlar tanklarına doldurub və tırtıllarının altında silahsız müsəlmanların evlərini uçururdular...
Amma 2020-ci ildə Ermənistan ordusunun məğlubiyyətindən sonra hər şey kökündən dəyişdi. Burada artıq utanmadan özünü islam respublikası adlandıran teokratiya qəzəblə bütün maskaları cırdı və dünyaya özünü qoyun dərisi altında dişlərini qıcayan canavar kimi təqdim etdi. Baxmayaraq ki, bir daha deyirik, Arazın o tayında qaniçən və hiyləgər yırtıcıların gizlənməsi sağlam düşüncəli insanlar üçün heç vaxt sirr deyildi. İndi İran düşmənimiz kimi açıq oynadı və oynayır. İndi onun hərəkətləri bəyanatlarla üst-üstə düşməyə başladı, belə demək mümkünsə, təcrübə və nəzəriyyə nəhayət bir nöqtədə birləşdi.
Bizim olmayan bizimkilər - onlar kimdir?
Yuxarıda göstərilənlərin hamısında mübahisə və müzakirə üçün heç bir səbəb yoxdur, hər şey gün kimi aydındır. Yenə də sağlam düşüncəli insanlar üçün. Amma böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Azərbaycanda bizimlə çiyin-çiyinə olan, ciblərində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqələrini və pasportlarını gəzdirsələr də, tamam başqa cür düşünən, kifayət qədər insan var.
Təbii ki, artıq baş vermiş hadisələrə, eləcə də davam edən hadisələrə onların qiymətləndirməsi tamamilə fərqlidir. Daha dəqiq desək - tamamilə iranpərəstdir. Bizim görünən, amma potensial olaraq İran proksiləri, gizli fəaliyyət göstərən bu bizimkilər kimlərdir?
Mütləq monarxiyanın avtoritarizmlə simbiozu
Bu suala mümkün qədər aydın və ətraflı cavab vermək üçün bir neçə onilliklər əvvələ, 1979-cu ildə İranda İslam İnqilabının baş verdiyi vaxta qayıdaq. İnqilabdan sonra Ayətullah Xomeyni Vilayəti-Fəqih (fəqihin hakimiyyəti) ideyasını irəli sürdü - şiə inancına görə, dünyanın sonuna yaxın zühur edəcək 12-ci İmam Mehdinin Böyük Qeybi dövründə həm siyasi, həm də dini sahədə bir dindarın mütləq hakimiyyəti. Bununla razılaşmayan din alimləri, siyasətçilər var idi ki, onlar da qısa müddət ərzində ya edam olundular, ya da ömürlərinin sonunadək həbs olundular.
Bu konsepsiyanın tərəfdarlarının onu bəzəməyi sevdiyi bütün rəngli etiketlərdən uzaqlaşsaq, bu sistem avtoritarizmlə mütləq monarxiyanın simbiozudur. Əslində, bu gün İranda kimlər Ali Dini Rəhbər Ayətullah Əli Xameneyiyə qarşı çıxmağa cürət edir və onların aqibəti necə olacaq? Xalq iğtişaşları ayları ərzində biz nəyin ola biləcəyini çox yaxşı görürük. İnsanları zindana salırlar, işgəncələrə məruz qoyurlar, asırlar. Və hər şeyi İslamla örtürlər, halbuki burada İslamdan əsər-əlamət yoxdur. Amma hələ 1979-cu ildə Xomeyni hələ də fars dövlətçiliyinin maraqlarına xidmət edən böyük bir kombinasiya fikirləşdi: dünyanın hər yerində adi müsəlmanları İslam adı altında düşmənlərlə vuruşduqlarına və İranın ardıcılların yeganə qalası və onların mənafeyinin yeganə müdafiəçisi olduğuna inandırmaq.
Azərbaycanlı doğulub, əqidəsinə görə fars olanlar
Və mövcudluğunun ilk günlərindən sözdə İslam Respublikası qollarını çırmalayaraq, bu doktrinanı həyata keçirməyə başladı. Qumda xüsusi təhsil müəssisələri yaradıldı və burada dünyanın hər yerindən, o cümlədən Azərbaycandan gənclər toplaşmağa başladı. Orada çox mükəmməl və diqqətlə düşünülmüş şəkildə bu gənc kişi və qadınların beyinləri yuyuldu, onlar bu yenicə yetişmiş gənclərin içinə fars dövlətinə lazım olan bütün məlumatları, belə demək mümkünsə, xalq üçün opium vurdular. Və material hazır olandan sonra onlar öz vətənlərində artıq İran ideologiyasını yaymaq, eyni zamanda İranın konservləşdirilmiş agentləri olmaqla evlərinə getdilər.
Üstəlik, Vilayəti-Fəqihin ideyaları ilə paralel olaraq, vətəninə, dövlətinə nifrət də bu beyinlərə vurulmuşdu. İldən-ilə Azərbaycanda belə proksilərin - anadangəlmə azərbaycanlılar, lakin əqidələrinə görə farsların sayı da çoxalırdı.
"Rəhbər" dedi, onlar elədi
Və bu gün bizim belə substansiyaların böyük kontingenti var ki, onlar Xameneyinin yalnız bir çağırışı ilə vətənlərinə xəyanət etməyə hazırdırlar. Çünki o, onların sərkərdəsi, ağası, “Rəhbəri”dir. Və yalnız “Rəhbər”i onlar indi qeybdə olan 12-ci imamın yeganə tamhüquqlu valisi hesab edirlər. Onun sözü nə qədər absurd olsa da, onlar üçün qanundur. Və Allah eləməsin, əgər sabah Azərbaycanla İran arasında müharibə başlasa, yaxud hansısa silahlı qarşıdurma başlasa, bu potensial Vətən xainləri Azərbaycanın düşmənləri ilə bir sırada durmaqdan çəkinməzlər.
İnanın ki, bunlar sadəcə sözlər deyil, reallığın fərq qoymadan təhrif edilməsi və rənglərin tündləşməsi deyil. Bütün bunlar həyat təcrübəsindən irəli gəlir. Müəllifin haqlı olduğuna əmin olmaq üçün sadəcə sosial şəbəkələrdən keçmək, müvafiq səhifələrə, qruplara və profillərə baxmaq lazımdır. Bunlar İran üçün lazımi vaxtda detonasiya edə bilən varıt çəlləkləridir.
Xameneyidən çox iranlı olmaq
İfadə olunan fikirlərin növbəti və ən son sübutu isə Azərbaycan səfirliyinin qəzəblənmiş terrorçunun hücumuna məruz qaldığı son günlərdə baş verən hadisələrdir. Məhz bundan sonra həmin iranlı proksilər, əslində isə potensial Vətən xainləri öz əsl mahiyyətlərini bir daha nümayiş etdirdilər. Onlar bütün davranışları ilə, bütün hərəkətləri ilə faktiki olaraq ümumi deyimi nümayiş etdirdilər - papadan daha çox katolik olmaq, başqa sözlə desək - Xameneyidən çox iranlı olmaq.
Qəribədir, amma Azərbaycan pasportlu “iranlıların” burada təşkil etdiyi o isteriyanı, o həyəcanı Arazın o tayında müşahidə etmirik. Məlum oldu ki, məqsədə çatmaq üçün bütün vasitələr yaxşıdır. Dövlətimizə qarşı ən absurd ittihamlarından belə, istifadə olundu. Hətta, o həddə çatdılar ki, dedilər ki, Azərbaycan xüsusi xidmət orqanları, sən demə, səfirliyə yaxın olan bütün məhəllələri gizli müşahidə kameraları ilə doldurmalı, eyni zamanda mülki geyimli silahlı agentlərdən baryerlər qurmağa məcbur idilər…
Bu qədər acı və təhqiredici olmasaydı, gülməli olardı: axı bunlar iranlı şovinistlərin və ya adi iranlıların deyil, bizim sözdə həmvətənlərimizin beyninin məhsuludur. Və onlara minlərlə dəfə deyin ki, səfirliyin təhlükəsizliyini təmin etmək ev sahibi ölkənin, səfirliyin yerləşdiyi ölkənin üzərinə düşür. Mənasızdır! Çünki onlar şüuraltı səviyyədə, sadəcə olaraq, onların fikrincə, övliya olan “Rəhbər”lərinin heç bir səhv hesablanmasını, addım atdığını düşünməyə belə, yol verə bilmirlər.
Bəs onlar üçün əcdadları nədir?
Dini radikalizm vicdansız insanların əlində təhlükəli yol və təhlükəli alətdir. Və onun hansı materialdan olmasının fərqi yoxdur: istər vəhhabi, istər siyasiləşmiş şiə, istər “Həmas”, “Əl-Qaidə”, “Taliban” və ya “Hizbullah” tərəfdarları olsun. Və heç bir şübhə yoxdur ki, bizim təhlükəsiz yaşayışımıza cavabdeh olan müvafiq xüsusi xidmət orqanları da Azərbaycanın dini mühitindəki vəziyyətdən xəbərdardır və lazımi vaxtda lazımi tədbirlər görüləcək.
Amma hələ ki, Azərbaycan torpağında yaşayan soydaşlarımızın müəyyən hissəsinin istənilən şəraitdə ata-babalarının dəfn olunduğu torpaqdan daha çox əzəli düşmənimizə, vətəninə, məhəbbət və ehtiram nümayiş etdirməsini ehtiyatla izləyə bilərik.
Bir dana bütöv naxırı korlaya bilir...
Sonda bir əlavə, hətta bəlkə də izahat verməyi zəruri hesab edirik. Elə təəssürat yaranmasın ki, Azərbaycanın bütün şiə əhalisi (və onlar burada böyük əksəriyyət təşkil edir) İranın proksiləridir. Heç bir halda! Ölkəmizdə İran siyasəti, onun doktrinası və onların Azərbaycandakı davamçıları ilə kökündən razılaşmayan çoxlu sayda ağıllı şiələr var. Bunlar bu Vətəninin vətənpərvərləridir, sülh dövründə ölkəmizin rifahı üçün çalışan, hərbi müdaxilə olarsa, onu sinəsi ilə müdafiə etməyə hazır olan vətəndaşlardır. Hansılar ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq, bizə qarşı addım atanın kimliyinin fərqinə varmayaraq, düşmənin başını əzmək üçün birləşəcəklər.
Əli Hüseynov,
xüsusən olaraq AYNA üçün
Müəllif: Ayna.az