İndi bir çox sağalmaz xəstəliklərin əlacı daha əlçatan oldu
Artıq dünyada ən effektli müalicə üsullarında sayılan Bioloji Təbabət cənub bölgəsinə, konkret Masallı rayonuna öz “bayrağını” sancdı. İstifadəsi uzun müddət səbirsizliklə gözlənilən Masallı Bioloji Təbabət Klinikası öz qapıların sağlamlığını sevənlərin, onun üçün vəsait əsirgəmək istəməyənlərin üzünə açdı.
Öncə bildirim ki, dünyanın əksər aparıcı ölkələrində səmərəli müalicə üsulları ilə özünə vətəndaşlıq qazanan Bioloji Təbabət Azərbaycana təxminən 15 il əvvəl qədəm qoyub. Öncə Bakı şəhərində, sonralar Sumqayıtda, Göyçayda fəaliyyətə başlayan Bioloji Təbabət Klinikası nəhayət ən möhtəşəm layihəsini Masallı rayonunda gerçəkləşdirdi.
Masallı Bioloji Təbabət Klinikasının 2018-ci il 1 dekabrda baş tutan təntənəli açılışında bu qurumun Azərbaycandakı qurucusu, təşkilatçılığı, səmimiyyəti ilə ilk baxışdaca diqqət çəkən “Planeta” istehsalat Kommersiya şirkətinin baş direktoru Elxan Yaqubov çıxışında bildirdi ki, Masallıda inşa edilən Bioloji Təbabət Klinikası genişliyi və texniki imkanları ilə nəinki Azərbaycanda (məsələn Göyçayda 2 mərtəbəli, Masallıda 5 mərtəbəli, daha geniş profilli), Avropada öncüllərdən biridir. Yalnız Almaniya və İsveçdən geri qalır. O həmçinin qeyd etdi ki, ən son ixtiraların məhsulu olan tibbi avadanlıqlar, qurğular bu şəfa ocağında yer alıb. Həmin avadanlıqlar vasitəsi ilə dünyada mövcud olan ən son, ən mükəmməl analizləri burada etmək mümkündür. “Bizim şəfa ocağında ən sağalmaz xəstəliklərin bioloji təbabət yolu ilə müalicə etmək olar. Xatırladım ki, hətta ayaqları kəsilmək təhlükəsi olan xəstələr də bizim müalicədən sonra sağlamlığını bərpa edib. Bu şəfa ocağının ən üstün cəhətlərindən biri də klinikada nəinki ölkənin, dünyanın ən məşhur həkimləri ilə əməkdaşlıq etməsidir. Siz elə Masallıdaca Almaniyanın, İtaliyanın, İsveçin və digər ölkələrinin tanınmış, olduqca peşəkar tibb professorlarının xidmətindən faydalana biləcəksiniz. Masallı Bioloji Təbabət Klinikasında çalışanlar son 15 ildə həm xarici ölkələrdə, həm Bakıda xaricdən gəlmiş peşəkarlar tərəfindən təhsil almış, hazırlanmış, ən azı 5-7 sertifikatı olanlardır. Bu qurum mərkəzi Almaniyada olmaqla, İtaliya, İsvec , Ukraynın da peşəkar uzmanlarının təmsil olunduğu
“Ümumdünya antihomotoksit terepiya” təşkilatı ilə müştərək müqavilə şəklində çalışır.
Burada cərrahiyyə şöbəsi də var. Eyni vaxtda 22 xəstəni qəbul edə bilər. Burada xəstələr tək, cüt və 3 nəfərlik otaqlarda yerləşdirilir”.
Masallı Bioloji Klinikasına yuxarıda adını qeyd etdiyimiz Elxan Yaqubovun oğlu, Londonda İdarəetmə Akademiyassını bitirmiş Qüdrət Yaqubov rəhbərlik edir.
Masallı bioloji klinikasının açılışında rayon icra hakimiyyətinin rəsmiləri, Almaniyadan, İtaliyadan, İsveçrədən, Ukraynadan gəlmiş və klinika ilə əməkdaşlıq edən tibb alimləri çıxış etdi. Daha sonra qonaqlar klinikanın otaqları və tibb avadanlıqlarla tanış oldular. Tədbir “Viləş” istirahət mərkəzində olduqca maraqlı ziyafət və konsert proqramı ilə başa çatdı.
Onu da xatırladaq ki, Bioloji Təbabət Klinikası özəl xəstəxanadır, xidmətlər pulludur.
Bu şəfa ocağı Masallı şəhərində keçmiş Qonaq Evi olan ərazidə, Yaşıl Aptek və “Dəfinə liseyi”nin yaxınlığında yerləşir.
Gələcəkdə bu mövzuda hazırlayacağımız yazılarda aşağıdakı sualları cavablandırmağa çalışacağıq:
- Siz niyə məhz bioloji təbabətə müracitə etməlisiniz?
- Burada konkret hansı xəstəliklər müalicə olunur, hansı kateqoriyalı xəstələr əməliyyat edilir?
- Hansı saytlardan bioloji təbabət haqqında daha mükəmməl məlumat almaq olar.
Qısası, Bioloji Təbabətin “Masallı dili”nə tərcüməsi ilə tanış olacaqsınız.
İnanırıq ki, Masallı Bioloji Təbabət Klinikası xoş rəqabət şəraitində daha böyük uğurlara imza atacaq. Dəvət olunsa da, açılış tədbirinə Masallı Mərkəzi Xəstəxanası rəsmilərinin qatılmamasını artıq bu xoş rəqabətin ilk işartısı saymaq olar.
Zahir Əmənov
Fotolar Vəkil Ağayevindir