SSRİ-də partiya və hökumət rəhbərlərinin şəxsi həyatı, yaşam tərzi olduqca ciddi şəkildə məxfi saxlanılıb. Sıravi vətəndaşlar birincilərin yüksək səviyyədə yaşadıqlarını bilsələr də, onların rəsmi və qeyri-rəsmi gəlirlərindən məlumatsız olublar. Yalnız SSRİ-nin süqutundan sonra ictimaiyyət kimin necə yaşadığından, liderlərin qazanclarından, gəlir mənbələrindən xəbər tutublar. Məhz 1990-cı illərdən sonra məlum olub ki, SSRİ-nin əsas şüarlarından biri sayılan “hər kəsə əməyinə görə” prinsipi yalnız kağız üzərində mövcud olub.
Sovet liderlərinin qeyri-rəsmi gəlirləri haqqında çoxsaylı faktlar var. Bu faktlarda var-dövlət, mülklər, avtomobillər, pullar fərqli rəqəmlərlə əks olunub və bu rəqəmlər kifayət qədər böyükdür. Amma bununla yanaşı rəsmilərin rəsmi “gəlirləri” də zəngin həyat tərzi üçün yetərli olub. “Rəsmi gəlir” dedikdə sovet liderlərinin arxivlərdə saxlanılan partiya biletlərinə nəzər yetirmək kifayətdir. Belə ki, həmin biletlərdə üzvlük haqqı xanasının qarşısında aylıq rəsmi qazanc göstərilir və həmin qazanca görə də partiyaya üzvlük haqqı ödənilib.
Maraqlıdır, partiya və hökumət rəhbərlərinin rəsmi gəlir mənbəyi haradan olub?
Aylıq maaşı və dövlət mükafatlarını çıxsaq, birincilər əsasən “yazdıqları” kitablardan və mətbuatda çap olunan yazılardan aldıqları qonorarla zənginləşiblər. Burada yalnız Lenin istisnadır. Proletariatın rəhbəri kommunistlərin mətbuatda çıxan məqalələrinə qonorar verilməsinə qarşı olub və qadağa qoyub.
İosif Stalinə qəzet və jurnallarda çıxan məqalələrinə, məruzələrinə, çıxışlarına görə redaksiyalar tərəfindən böyük məbləğdə qonorar yazılıb. Həmin qononrarları dövlət başçısına şəxsi katibi Poskrebışev vasitəsi ilə çatdırıblar. Poskrebışev həmin zərfləri Stalinin bağ evindəki şkafların siyirtmələrinə yığıb. Çox vaxt bu pullardan Stalinin xəbəri olmayıb. Günlərin birində o, siyitmələrdəki zərfləri görəndə və onların redaksiyalardan gəldiyini biləndə “bizim yazıçılarımız heç də pis yaşamır” deyə təəccübünü də bildirib.
Nikita Xruşov qonorar məsələsinə həssaslıqla yanaşıb. Hər ay onun maaşı kabinetinə gətiriləndə ona ay ərzində yığılan qonorarı da təqdim edilib. Aylıq maaşı 800 rubl olduğu halda Xruşov ay ərzində öz maaşından təxminən iki dəfə çox, 1300-1500 rubl qonorar alıb.
Qonorarla “dolanmaq” imkanından ən çox Leonid Brejnev yararlanıb. “Politizdat” (SSRİ-də siyasi və partiya tarixi ədəbiyyatının mərkəzi nəşriyyatı), demək olar ki, baş katibi öz “himayəsi”nə götürüb. Brejnevin partiya biletindəki rəsmi gəlirlərinin məbləğinə nəzər yetirsək, bir daha bunun şahidi olarıq. Baş katibin aylıq maaşı 1200 rubl olub, biletdəki rəsmi gəlirlər isə ayrı-ayrı aylarda 4500-dən başlayaraq 9000 min rubla çatıb. Hətta Brejnevin qurultay və plenumlardakı çıxışları da “Pravda” və “İzvestiya” qəzetlərinin səhifələrinə yerləşdirilərək buna görə qonorar yazılıb. Baş katibin yazı-pozu işi ilə Konstantin Çernenko məşğul olub. Brejnevin məqalələri, kitabları xarici ölkələrdə dərc edilib və buna görə də baş katib qonorar alıb. Xaricdən gələn qonorar baş katibə xüsusi çek formasında təqdim edilib.
Bu çeklərlə məşhur “Beryozka” mağazalarında alış-veriş etmək mümkün olub, amma bu, baş katib üçün çox da maraqlı görünməyib. Mərkəzi Komitənin beynəlxalq informasiya şöbəsinin müdiri, Brejnev haqqında yazılan “Kommunist haqqında povest” kitabının müəllifi Leonid Zimyatin öz xatirələrində Brejenvin çeklərə olan münasibətini belə bölüşüb: “Xidməti işimlə əlaqədar Konstantin Çernenko ilə, demək olar ki, hər gün görüşürdüm. Növbəti görüşlərin birində Brejnev Çernenkonun kabinetinə gəldi və əlindəki çeki ona göstərərk narazı halda ondan soruşdu:
- Kostya, mən bu şəkilləri neyləyəcəm? Yox, bu, mənə lazım deyil. Tapşırın ki, mənə ayrılan qonorarı rublla ödəsinlər.
Brejnev kabinetdən çıxdıqdan sonra Çernenko başını buladı:
- Leonid İliçə nə çek lazımdır, nə də rubl. Hamısı Qalina üçündür...”
Xarici ölkələrdən gələn qonorar məsələsinə Mixail Suslov ehtiyatla yanaşıb. Kreml “kassa”sından ona xaricdən qonorar gəldiyini deyəndə o, fikrini konkret bildirib: “Partiyanın hesabına köçürün”.
Yuri Andropovun da xarici ölkələrdə məqalələri dərc olunub və ona da qonorar yazılıb. Andropova qonorarı təqdim edəndə onun ilk sualı belə olub: “Suslov alıb?” Bildirəndə ki, Suslov qonorarını partiyanın hesabına köşürüb, o da xaricdən gələn puldan imtina edərək partiyanın xəzinəsini zənginləşdirib. Amma həm Suslov, həm də Andropov sovet mətbuatından aldıqları qonorarın məbləğində Brejnevi də keçiblər. Baş katib olduğu dövrdə Andropovun aylıq aldığı minimum qonorar 8000 rubl olub.
Yuxarıda qeyd olunan məbləğlər mövcud dövr üçün kifayət qədər böyük pullar sayılıb. Orta aylıq əmək haqqının 150-200 rubl olduğu dövrdə ayda 8-10 min qonorar almaq zəngin həyat üçün yetərli olub. Sovet istehsalı olan ən bahalı avtomobilin 8-10 min rubl olduğu bir vaxtda bu, kifayət qədər böyük məbləğ sayıla bilər. Hələ birincilərin ərzaq, əşya, tibbi xidmət, istirahət və s. qayğılarının dövlər tərəfindən qarşılandığını nəzərə alsaq, düşünmək olar ki, qırmızı kommunistlərin həyatı ağ kapitalistlərinkindən heç də əskik olmayıb.
İlham Cəmiloğlu, Musavat.com