Sovet dövrünün əlamətdar günlərindən biri də mayın 1-i sayılıb. 1928-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1 və 2 may qeyri-iş günü elan edilib və elə həmin ildən mayın 1-də bayram münasibətilə SSRİ-nin bütün şəhərlərində bayram nümayişlərinin keçirilməsinə qərar verilib. Mayın 2-də isə kütləvi bayram tədbirləri, gəzintilər təşkil olunub.
SSRİ-də 1972-ci ilə qədər 1 may tarixi Beynəlmiləlçilik bayramı adlandırılıb. 1972-ci ildən bayramın adı dəyişdirilərək Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü olub.
Əslində, 1 may tarixinin SSRİ ilə heç bir əlaqəsi olmayıb. Bu tarixin əlamətdar gün kimi qeyd edilməsi ənənəsi Avstraliyadan başlanıb. Belə ki, ilk dəfə olaraq 21 aprel 1856-cı ildə Avstraliyada fəhlələr iş gününün qısaldılması, səkkiz saatlıq iş rejiminə keçid tələbi ilə bağlı kütləvi mitinqlərə çıxıblar, tətillər başlayıb. Etirazçı kütlələrə təzyiq göstərilsə də, nümayişləri dağıtmaq mümkün olmayıb və onların tələbi qismən də olsa yerinə yetirilib. Bu hadisədən, 9 günlük nümayişlərdən sonra hər il Avstraliyada may ayının 1-i bayram günü kimi qeyd olunmağa başlayıb. Sonralar Avstraliya hadisələri 1886-cı ilin mayında ABŞ-da və Kanadada təkrar olunub. Çikaqoda isə hadisələr sakitliklə ötüşməyib. 4 may 1886-cı ildə Çikaqo küçələrində qarşıdurma zamanı altı nümayişçi həlak olub. Səhəri gün hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt tədbirlər həyata keçiriblər. Bu qarşıdurma zamanı həm polisin, həm də etirazçıların kütləvi toplaşdığı meydana “qeyri-müəyyən” şəxs tərəfindən partlayıcı maddə atılıb. Nəticədə səkkiz nəfər polis əməkdaşı həlak olub, 50 nəfərdən artıq adam ağır dərəcəli bədən xəsarətləri alıblar. Baş vermiş insidentə görə səkkiz nəfər həbs olunub. Onlar haqqında əvvəlcə asılmaqla edam hökmü çıxarılsa da, sonra cəzaları 15 il illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Bütün bu hadisələrdən sonra, 1889-cu ilin iyul ayında çoxsaylı Amerika fəhlələrinin müraciəti ilə Parisdə keçirilən 2-ci beynəlmiləl konqresdə 1 may tarixi bütün dünya fəhlələrinin həmrəylik günü elan edilib. Məhz SSRİ-də bu “həmrəyliyə” 1928-ci ildən qoşulub.
SSRİ-də 1 may tədbirləri böyük təntənə ilə qeyd olunub. Ölkənin bütün şəhər və rayonlarında mərkəzi meydanlarda nümayişlər keçirilib. Moskvada isə 1 may bayramının təntənəsi daha parlaq olub. Ölkənin birinciləri, baş katib, Mərkəzi Komitənin katibləri, Siyasi Büro üzvləri, marşal və generallar Mavzoley tribunasına qalxaraq nümayişə çıxan şəhər zəhmətkeşlərini salamlayıblar. Nümayişdən sonra Qırmızı meydanda hərbi parad da keçirilib.
1 May tədbirləri daha çox qırmızı şüarlarla, əl-əlvan şarlarla yadda qalsa da, bu tədbirlər zamanı “xoşagəlməz” hadisələr də baş verib.
1982-ci ilin mayın 1-də də Moskva bayram tədbirlərinə tam hazır olub. Səhər saatlarında Leonid Brejnev başda olmaqla yüksək ranqlı məmurlar Mavzoley tribunasına qalxıblar. Ancaq 30-40 dəqiqədən sonra tribunada bir “narahatlıq” hiss olunub. Belə ki, Breynevin səhhətində ciddi problem yaranıb. Sözsüz ki, baş katibin nümayişin qızğın vaxtında tribunanı tərk etməsi müxtəlif söz-söhbətlərə səbəb olacağından ona ilk tibbi yardımın elə tribunada göstərilməsi qərara alınıb. İki həkim (onlardan biri Yevgeni Çazov olub) dörd hərbçinin müşayiəti ilə tribunaya qalxıb. Hərbçilərin müşayiəti təhlükəsizlik məqsədi daşımayıb. Sadəcə mülki paltarda olan həkimlər nümayişçilərin diqqətini cəlb etməsin deyə onlar hərbçilərin sol tərəfi ilə gedərək meydan istiqamətindən görünməyiblər. Brejnev tribunada bir neçə dəqiqəllik bir addım geri çəkilib. Çazov bir neçə sualdan sonra ona iki həb verərək baş katibi müvəqqəti də olsa gümrahlaşdıra bilib.
Bu hadisə çoxlarının diqqətini çəkməsə də, xarici jurnalistlərin gözündən yayınmayıb. Elə həmin gün axşam saatlarında qərb radiolarında “SSRİ-nin baş kommunisti sıravi kommunistləri salamlamaq gücündə deyil” başlığı altında informasiyalar səsləndirib.
Bu informasiyalar səsləndirilən zaman isə Brejnev öz bağ evində SSRİ-nin müdafiə naziri, marşal Dmitri Ustinovla DTK sədri Yuri Andropovun Mərkəzi Komitəyə katib gətirilməsi məsələsini müzakirə ediblər. Bu təyinat Andropova gələcəkdə birinci kürsüyə sahib olmaq üçün vacib sayılıb. DTK sədri 1 may nümayişində bir daha əmin olub ki, Brejnevin ömrünə çox qalmayıb.
Beləliklə, Brejnevin sonuncu 1 May bayramı iki hadisə ilə yadda qalıb, baş katibin ölkəni idarəetmə qabiliyyətini itirməyi və Andropovun DTK-dan Mərkəzi Komitəyə transfer olmağı ilə.
İlham Cəmiloğlu, Musavat.com