Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni məsələsi Ruzveltdən Baydenə qədər – Hayların 1-ci dünya


Bu gün dünya erməniləri “genosid günü”nü qeyd edirlər. Artıq uzun illərdir ki, onlar aprelin 24-də bu münasibətlə dünyanın hər yerində anım tədbirləri keçirirlər.

Ermənilərin “qara təqvim” kimi təsbit etdikləri 24 aprel 1915-ci ilə aiddir. Həmin gün Osmanlı imperiyasının rəhbərliyi (sultan 5-ci Mehmed və “üç paşa” – Ənvər paşa, Tələt paşa və Camal paşa) ermənilərin 6 vilayətdən müharibədən uzaq olan əyalətlərə köçürülməsi barədə qərar verib.

Buna səbəb o olub ki, ermənilər Osmanlı imperiyasını parçalamağa çalışan Antanta qüvvələrinə, konkret olaraq, İngiltərə, Fransa və Rusiyaya silahlı dəstək veriblər, bu qüvvələrlə çarpışmada olan Osmanlı ordusuna arxadan zərbə vurublar, böyük silahlı birləşmələr, partizan dəstələri yaradaraq, fəal şəkildə I dünya müharibəsinə qatılıblar.
O zaman Antanta dövlətlərinin müharibədə yeritdiyi strateji xətlərdən biri də düşmən dövlətlərin ərazisində yaşayan azsaylı, lakin separatçılıq hərəkatına meylli, muxtariyyat tələb edən xalqlardan maşa kimi istifadə etmək olub. Böyük dövlətlər bu cür xalqlara milli dövlətçiliklərinə malik olacaqları barədə vədlər verərək, onları xəyanətə sürükləyiblər.
4059.jpg (79 KB)
Ermənilər öz milli dövlətlərini təsis etmək məqsədi ilə belə bir avantüraya qol qoyublar və Osmanlı imperiyasının bölünməsi yolunda canfəşanlıq ediblər. İmperiya rəhbərliyi silahlı ermənilərin yerli mülki əhalidən dəstək almaması, onların arasında asanlıqla gizlənməməsi üçün Van, Ərzurum, Sivas, Diyarbəkir, Bitlis və Harput vilayətlərindən erməniləri İraq və Suriya sərhədinə köçürmək barədə qərar verib. Ancaq ermənilər orada da dinc durmayıblar, İngiltərə və Fransa hərbi birləşmələri ilə işbirliyinə gedərək Antep, Urfa, Maraş, Kütahya, vilayətlərində hakimiyyəti ələ keçiriblər, fransızlarla birlikdə şərikli dövlət təsisatları yaradıblar. O zamanlar Osmanlının bütün dəniz şəhərləri (Trabzondan Antalyaya qədər) Fransa, İngiltərə, İtaliya, Yunanıstan ordularının nəzarətinə keçib. Ermənilər işağlçı orduların ön cərgəsində olublar.

Təbii ki, bütün bu proseslər döyüşlərlə, hərbi əməliyyatlarla müşayiət olunub. Tərəflər çoxsaylı itkilər veriblər. Erməni hərbi birləşmələrinin dinc türk, kürd, ərəb və çərkəz (müsəlman olduqları üçün) əhaliyə qarşı qırğın törətdikləri barədə yüzlərlə fakt var. Adları çəkilən xalqların özünümüdafiə dəstələri də hücumları cavabsız buraxmayıblar və əks-hücumlar təşkil edərək, bacardıqları qədər qisas alıblar.

Bölgədə qanlı, amansız, dəhşətlərlə dolu, faciəvi və heç bir qayda-qanunu olmayan müharibə gedib. Bircə şərt olub: güclü olan tərəf öz mövcudluğunu qoruyacaq. O vaxt türklərin, kürdlərin, ərəblərin və çərkəzlərin öz aralarında dini identiklik müstəvisində qurduqları koalisiya daha güclü olub və vətəndaş müharibəsinin gedişində yunan, erməni, süryani koalisiyasına qalib gəlib.
45.JPG (49 KB)
                      Tələt paşa                        Ənvər paşa                                Camal paşa
Hər iki tərəfdən təşkil edilən qırğınlarda verilən itkilərə qalsa, heç də Osmanlı müsəlmanları bu ölkədə yaşayan xristianlardan az qırılmayıb. Fəqət döyüşlərin sonunda ikincilər məğlub olduqları üçün sənədlərdə zərərçəkən tərəf kimi qeydə alınıblar – həm də əsasən xristian dövlətlərin arxivlərindəki sənədlərdə.
Ermənilərin daha çox itkiyə məruz qalması bir yanı İran, o biri yanı Özbəkistan, Azərbaycan, Gürcüstan, Türkiyə kimi geniş coğrafi areallarda fəallıq göstərmələri, çoxlu cəbhələr açmaları ilə bağlıdır. Onlar, demək olar ki, kompakt yaşadıqları bütün ölkələrdə kütləvi şəkildə silaha sarılıblar və hərbi əməliyyatlaın əksəriyyətində uduzublar.
Osmanlı dövlətinin yerli əhalini deportasiyaya məruz qoyması danıılmaz faktdır, amma minlərlə adamı bir günün içində gülləbaran edib qətlə yetirməsinə, kütləvi məzarlıqlarda dəfn etməsinə dair ciddi mənbələr yoxdur. İddialar isə faktlardan daha çox və intensivdir.
Rəsmi mənbələrə görə, Osmanlının 1-ci dünya müharibəsində hərbçi və mülki əhali itkisi 804 min nəfər olub. Ancaq iddialar belədir ki, həmin vaxt Osmanlıda 1,5 milyon erməni, 750 min sütyanı, 1,2 milyon yunan öldürülüb.
556.png (174 KB)
                          Böyük Osmanlı imperiyasını parçalayıb belə etmişdilər
Göründüyü kimi, itkilərə dair rəqəmlər maksimuma qədər şişirdilib. Çünki yunanların, ermənilərin və süryanilərin itkiləri həmin 804 minin içinə yerlşmir, toplamda 3 milyon 450 min nəfər edir. Bəs bu müharibə zamanı qırılan müsəlman əhalisi (türklər, kürdlər, ərəblər, çərkəzlər, lazlar, abazlar və başqaları) necə olsun? Onlar da 1 milyondan çox insan itkisi veribsə, belə çıxır ki, Türkiyə 4,5 milyonluq itki ilə 1-ci dünya müharibəsinin rekordsmeni olmalıydı. Ancaq bu məsələdə liderlik 2 milyon nəfərlik itki ilə Almaniyaya məxsusdur.

Ermənilərin, süryanilərin, yunanların və yəhudilərin 1-ci dünya müharibəsində məruz qaldıqları itki ilə bağlı ABŞ prezidenti Teodor Ruzveltin Klivlend Qudli Doca yazdığı məktubda başqa rəqəm göstərilir – 500 mindən 1 milyona qədər. Yəni bu xalqlar toplamda bu qədər itki veriblər, sadəcə, ölənlər ən çox ermənilərdən olub.
1121.jpg (181 KB)
                                           ABŞ-ın 26-cı prezidenti
Ən qəribəsi odur ki, Ruzvelt ermənilərin məruz qaldığı itkini bu millətin son 4 ildə yeritdiyi pasifist siyasətin nəticəsi hesab edir. (Pasifist – yəni sülhpərvər).
Əslində isə ermənilər məhz həmin son 4 ildə heç vaxt olmadığı qədər militarist siyasət yeridiblər və özlərini bir-birilə vuruşan, sonda 4-ü birdən süqit edən imperiyaların (Alman imperiyası, Osmanlı imperiyası, Avstriya-Macarıstan imperiyası və Rus imperiyası) döyüş meydanına atıb, ayaq altında qalıblar. Kim bilməsə də, Azərbaycan xalqı 1915-18-ci illərdə “pasifist” ermənilərin Quba, Şamaxı, Bakı, Qarabağ, Naxçıvan qəzalarında minlərlə insanı kütləvi məzarlıqlara gömdüyü barədə təkzibedilməz sənədlərə malikdir.

Bu xüsusda başqa ziddiyyətli iddialar da var. Ermənilər özləri də etiraf edirlər ki, Osmanlının hərbi naziri Ənvər paşa Sarıqamış əməliiyatında neytral qaldıqları üçün ermənilərə minnətdarlıq edib, rəsmi məktub göndərib, ancaq sonradan 100 min erməni əsgərin tərksilah edilərək Osmanlı ordusundan xaric edilməsinə dair əmr imzalayıb. Bax, əsl sirr Sarıqamış əməliyyatı ilə 100 min erməni əsgərin ordudan uzaqlaşdırılması hadisəsi arasında keçən müddətdə baş verən olaylardadır. Söz yox ki, o zaman kəsiyində Ənvər paşa Osmanlı ordusuna zərər verən xəyanətkar addımlar barəsində ciddi informasiyalara malik olub. Yoxsa hansı sərkərdə böyük canlı qüvvələr lazım olduğu bir vaxtda öz ordusunun 100 min əsgərini tərksilah etdirər?
12000.JPG (52 KB)
                                            Osmanlı ordusunun əsgərləri
Daha bir ziddiyyət. Ermənilər iddia edir ki, Osmanlı ordusu keçmiş erməni əsgərləri həbs edib, sonra yaşayış məntəqəsindən uzaqlara aparıb güllələyiblər, qadınları, uşaqları, qocaları isə cənub vilayətlərə sürgün ediblər, ancaq bu zaman elə marşrutlar seçiblər ki, uzun yolda sürgün olunanların axırıncısına qədər hamısı ölüb.
Bu da həqiqətin təhrif edilmsidir. Doğrudan da məşəqqətli sürgün yolçuluğunda ölənlər olubsa da, əksəriyyət mənzil başına sağ-salamat çatıb. Əvvəlcə Suriyada məskunlaşan, sonradan bir xeylisi Fransaya, ABŞ-a, Livana, o biri ölkələrə köçən yüzminlərlə erməni məhz həmin sürgün olunanların nəvə-nəticələri idi.

1-ci dünya müharibəsində törədilən hərbi cinayətləri, əlbəttə, danmaq mümkün deyil. Bu cinayətləri, demək olar ki, müharibəyə qoşulan dövlətlərin hamısı edib. Dövlətləri olmasa da, ermənilər də icma olaraq, 1-ci dünya müharibəsinə müxtəlif dövlətlərin avanqard qüvvələri və partizan dəstələri kimi qatılıblar və hamı kimi onlar da itki veriblər.

Fəqət 104 il əvvəl başa çatmış dünya müharibəsinin qanı Osmanlı imperiyasının üzərində qalıb, zərərçəkənləri kimi isə ermənilər qeydiyyata düşüb.
58.jpg (45 KB)
Budur, 2 ildir ABŞ prezidenti Bayden də “erməni soyqırımı” ifadəsini işlədir. Bu, böyük ölçüdə həqiqətin təhrif edilməsidir. Sadəcə, dünya erməniləri 2-ci dünya müharibəsindən sonra yəhudilərin “müharibə zərərçəkəni” kimi tanındığını, dövlət qurduqlarını, təzminat aldıqlarını görərək, öz tarixi faciələrini siyasiləşdirmək, müasir Türkiyədən təzminat və ərazi qoparmaq iddiasına düşdülər və 80 ildir bu istiqamətdə yorulmadan çalışırlar.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10