Bütün dünya ölkələrində dövlət başçılarına məxsus sənədlərin arxivləşdirilməsi məsələsinə ciddi diqqət yetirilir. O cümlədən SSRİ-də də birinci şəxslərin arxivlərinin yaradılması üçün Mərkəzi Komitənin müvafiq göstəriş və qərarları olub. Arxivlərdəki həmin sənədlər uzun illər “məxfi” qrifi ilə saxlanılsa da zaman-zaman onlar məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim edilib. Ancaq bu günə qədər dövlət başçılarına məxsus “məxfi” qovluqlardan hələ açılmayanları da var...
Hazırda İosif Stalinə məxsus sənədlər Rusiya Federasiyası prezidentinin arxivində 558 nömrəli fondda saxlanılır. Yalnız onların bir qismi 1998-ci ildə Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinə verilib.
558 nömrəli fond 11 bölmədən, 18809 sənəddən ibarətdir. 1-ci bölmədə Stalinin əlyazmaları, 2-ci bölmədə şəxsi sənədləri, 3-cü bölmədə sovet liderinin kitabxanası, 4-cü bölmədə bioqrafik xarakterli sənədlər və arayışlar, 5-ci bölmədə Stalinin qeydlər apardığı kitablar, 6, 7, 8-ci bölmələrdə ayrı-ayrı dövrlərdə, o cümlədən 70 illiyi münasibətilə Stalinə ünvanlanan təbriklər, 9-cu bölmədə Stalinin dövlət başçılarına göndərdiyi məktublar, müraciətlər, təbriklər, 10-cu bölmədə Stalinin vəfatı ilə Mərkəzi Komitəyə daxil olan teleqram və məktublar, 11-ci bölmədə Stalinin katibliyinin sənədləri saxlanılır. 558 nömrəli fondun bir sıra qovluqları 2000-ci ildə məxfilikdən çıxarılıb.
Stalinin arxivi 1922-ci ildə yaradılıb. 1953-cü ilə, Stalinin vəfatına qədər bu arxivə konkret şəxslərdən başqa heç kim müdaxilə edə bilməyib. Sovet liderinin ölümündən sonra isə 558 nömrəli fonda yetərincə “əl gəzdirilib”.
Arxivdəki bəzi materialları məhv etmək üçün mövcud dövrün səlahiyyət sahibləri bu işi “qanun” çərçivəsində görüblər. Belə ki, 1953-cü ilin mart ayının 5-də, hələ Stalinin vəfatı rəsmi elan edilməmiş Siyasi Büro tələsik şəkildə aşağıdakı qərarı qəbul edib:
“Gerogi Malenkova, Lavrenti Beriyaya, Nikita Xruşşova tapşırılsın ki, İosif Stalinin sənədlərinin lazımi qaydada yerləşdirilməsini təmin etmək üçün tədbirlər görsünlər...”
Bu qərarla hər üç dövlət məmuru nəinki arxiv materiallarına, eyni zamanda Stalinin kabinetində, mənzilində və bağ evində seyf və şkaflarına da müdaxilə ediblər.
Stalinin qızı Svetlana Alliluyeva öz xatirələrində bu məsələ ilə bağlı fikirlərini belə açıqlayıb:
“Hələ atamın dəfn mərasiminə qədər Lavrenti Beriyanın göstərişi ilə Kuntsevodakı bağ evindən atama məxsus bütün əşyalar və sənədlər çıxarıldı. O cümlədən atamın kabinetindəki seyfi də onun vəfat etdiyi gün Lavrenti Beriya açmışdı. Beriyanın atamın arxivinə girişinə qarşı heç kim çıxa bilməzdi. Çünki onlar hər şeyi rəsmiləşdirmişdilər, Siyasi Büroda qərar çıxarılmışdı, bütün bunlar əvvəlcədən planlaşdırılmışdı...”
Araşdırmaçı Oleq Xlevnyuk isə müəllifi olduğu “Stalin – bir rəhbərin həyatı” kitabında daha maraqlı açıqlamalar verib:
“Stalinin kabinetindəki seyfində onun vəsiyyəti olub. Bu faktı Stalinin köməkçisi Poskrebışev də təsdiqləyib. Amma Stalinin vəfat etdiyi gün bu vəsiyyət yoxa çıxıb. Seyf isə Lavrenti Beriyanın göstərişi ilə açılıb. Bununla yanaşı kabinetdən bir çox sənədlər, arxivdən “məxfi” qrifli qovluqlar da müəmmalı şəkildə itib. Diqqət çəkən faktlardan biri odur ki, Stalinlə vida görüşü zamanı Beriya mərasimi təklikdə tərk edərək Stalinin kabinetində sənədlərlə məşğul olub. Ortaya sual çıxır. Nəyə görə Beriya və Xruşşov Stalinin sənədlərinə, onun arxivinə bu qədər “maraq” göstəriblər? Cavab aydındır. Yəqin ki, o sənədlərin içərisində Beriya və Xruşşovla bağlı “arzuolunmaz sənədlər” də olub...”
Beriyanın həbsindən sonra Xruşşov Stalinin arxivinə daha geniş şəkildə əl qoyub. Bəzi versiyalara görə arxivdəki 108 qovluq tamamilə məhv edilib. Bu haqda məlumatlı olan Vyaçeslav Molotov arxivə müdaxilənin qarşısını almağa cəhd etsə də, onun bu cəhdləri nəticəsiz qalıb. Hətta Molotov və Malenkov Xruşşovun arxiv müdaxiləsini Mərkəzi Komitənin iclaslarında müzakirəyə çıxarıblar. Amma Xruşşov öz ətrafı ilə Stalinin ən yaxın silahdaşlarını susdurmağı bacarıb, onları siyasi səhnədən uzaqlaşdıra bilib.
Araşdırmaçıların qənaətinə görə 558 nömrəli fondda saxlanılan və məxfiliyi götürülməyən qovluqlarda təkcə Stalinlə bağlı yox, mövcud dövrdəki ictimai-siyasi proseslərlə bağlı sənədlər də mövcuddur. Məhz bu sənədlər vasitəsi ilə Stalinin hakimiyyəti illərində baş verən və bu günə qədər qaranlıq qalan hadisələrə aydınlıq gətirmək mümkündür.
İlham Cəmiloğlu, Musavat.com