Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-nin sonuncu kosmonavtı – Krikalyov vaxtından 7 ay sonra göyün 7-ci qatından enib


12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Bununla da Yuri Qaqarin kosmosun fəthi erasının əsasını qoyub.

Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Qaqarin haqqında çoxsaylı kitablar yazılıb, minlərlə məqalələr dərc olunub, filmlər çəkilib, onun adı SSRİ tarixinə ilk kosmonavt kimi həkk olunub.

Diqqət çəkən məqamlardan biri odur ki, kosmonavtika sahəsində daha yüksək göstəricilər əldə edən digər kosmonavtlar Qaqarin qədər məhşurlaşmayıblar, şöhrət qazanmayıblar. Burada səbəb Qaqarinin SSRİ-nin ilk kosmanavtı olmasıdırsa, gərək heç olmasa SSRİ-nin sonuncu kosmonavtı da Qaqarinin adı qədər məşhurlaşaydı. Yəqin ki, bu məslədə də SSRİ-dəki ictimai-siyasi vəziyyət böyük rol oynayıb.
kosmkrik1.jpg (42 KB)
Əslində SSRİ-nin sonuncu kosmonavtı Sergey Krikalyovun sovet kosmonavtikasında, onun inkişafında xidmətləri Qaqarinin xidmətlərindən qat-qat çox olub. Eyni zamanda Krikalyovun əldə etdiyi göstəricilər, uzun illər kosmosda ən çox qalma rekordunu saxlaması dünya kosmonavtika tarixində xüsusi yer tutub. Ən maraqlı məqam isə odur ki, Krikalyov kosmosa SSRİ-dən uçub, qayıdanda Rusiyaya eniş edib. O, dünya kosmonavtika tarixində yeganə kosmonavt olub ki, onun kosmosda olduğunu yerdə “unudublar”.
Sergey Krikalyov 1958-ci ildə Leninqradda hərbçi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Leninqrad Mexanika İnstitutunda ali təhsil alıb. O, tələbə olduğu illərdə eyni zamanda Moskvadakı Uçuş-sınaq Mərkəzində üç il təlimlərdə iştirak edib. Ali təhsilini başa vurduqdan sonra Krikalyov bir müddət Korolyov adına Kosmik Raketlər Korporasiyasında sınaqçı pilot kimi xidmət edib.
cosm1.jpg (143 KB)
Krikalyov 1988-ci ilin yanvar ayında Kosmonavtlar Dəstəsinə qəbul olunaraq kosmosa ilk uçuşuna hazırlaşıb. On aylıq təlim və məşqlərdən sonra 26 noyabr 1988-ci ildə o, “Soyuz TM-7” kosmik gəmisi ilə ilk uçuşunu həyata keçirib. Krikalyov bu uşuç zamanı 151 sutka 11 saat kosmosda, “Mir” stansiyasında qalıb.
24 aprel 1989-cu ildə yerə uğurla eniş edən kosmonavt bir aylıq məzuniyyətdən sonra ikinci uçuşuna hazırlığa başlayıb.
15 may 1991-ci ildə Krikalyov “Soyuz TM-12” kosmik gəmisi ilə növbəti dəfə kosmosa uçub. Bu uçuş kosmosdakı “Mir” stansiyasında 4 ay ərzində tapşırıqların yerinə yetirilməsindən ibarət olub. Krikalyov stansiyaya çatdıqdan sonra orada olan digər üç kosmonavt onun gəmisi ilə yerə qayıdıblar. Avqust ayına qədər Krikalyov “Mir” stansityasında bütün tapşırıqları icra edib və qayıtmaq üçün kosmik gəmini gözləyib. Amma yerdəki hadisələr, avqust hadisələri, SSRİ-nin süquta aparan olaylar göylərə də təsir edib. “Mir” stansiyasında qalan kosmonavtlar unudulub, onların arxasınca kosmik gəmi göndərilməyib.
Məhz həmin qarışıq ərəfədə Kosmik Uçuş Mərkəzinin büdcəsinə vəsait köçürülmədiyindən mərkəzin kosmosa gəmi göndərmək imkanı olmayıb. Bu imkansızlığın sayəsində Krikalyov nəzərdə tutulduğundan yeddi ay artıq kosmosda qalıb. Nəhayət, 25 mart 1992-ci ildə Krikalyovun yerə qayıtması üçün “Mir” stansiyasına kosmik gəmi göndərilib.
krikvolk1.jpg (118 KB)
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb.
Kirkalyov sovet kosmonavtları arasında yeganə kosmonavtdır ki, o, həm Sovet İttifaqı Qəhrəmanı, həm də Rusiya Federasiyasının qəhrəmanı adları ilə təltif edilib.
Kosmonavt bu tarixi uçuşundan sonra daha dörd dəfə kosmosu fəth edib.
1994-cü ildə Krikalyov ilk dəfə amerikalı astronavtlarla ABŞ istehsalı olan kosmik gəmi ilə kosmosa uçub. Bu uçuş sakitliklə ötüşməyib. Belə ki, amerikalıların səma maşınında rütubət nəticəsində ventilyasiya sistemi sıradan çıxıb. Müvafiq qaydalara görə kosmik gəmilərdə nasazlıq yarananda kosmonavtlar yerdən təlimat gözləməli olublar. Ancaq bu dəfə göydəkilər yerdən bir neçə saat ərzində heç bir təlimat almayıblar. Vəziyyətin gərginliyini nəzərə alan Krikalyov kosmik gəminin ventilyasiya sistemimi özü təmir edərək işlək vəziyyətə gətirib. Yerə enişdən sonra jurnalistlər kosmonavtın bu işini qəhrəmanlıq kimi təqdim ediblər. Jurnalistlərdən biri ona “əgər mühərrik xarab olsaydı nə edərdiniz” sualına Krikalyov belə cavab verib:
08.png (617 KB)
- Amerikalı həmkarlarımızla adımız fərqli olduğu kimi (astronavt və kosmonavt) bacarığımız da fərqlidir. Təbii ki, mühərrikdə problem yaransaydı, mən gözləməyəcəkdim ki, amerikalı mütəxəssislər nə vaxt bizə məsləhət verəcəklər. Lazım olan cihazları götürüb işə başlayacaqdım. Bu məndə alınacaqdı. Necə ki, indi alındı.
serkrik1.jpg (102 KB)
Hazırda 63 yaşlı kosmonavt kosmosa uçmağa hazırlaşmasa da, o, yenə də öz sahəsi üzrə yüksək vəzifələrdə çalışır.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10