Doğrudanmı 88 km-lik yol 121 km yol kimi sənədləşdirilib?
Lerikin 2200 km-lik yolun cəmi 4 fazi təmirlidir, onun da…
Lerik-Bakı yol necə qısaldıla bilər?
Lerik Rayon İcra hakimiyyətinin yazımıza reaksiyası niyə qıcıq yaratdı?
Hər dəfə Lerikdən söz düşəndə yadıma F. Qocanın bu rayonun gözəlliyi ilə bağlı aşağıdakı misraları düşür:
Allah da bəlkə elə Cənnəti uyduranda, Lerikdən danışırmış.
Heyif ki, buranı cənnətə bənzədənlər yerli sakinlərin hansı cəhənnəm əzablarıilə üz-üzə qaldıqlarını tam təsəvvür edə bilməzlər.
Dərd təkcə o deyil ki, buranın yolları bərbad, sosial durumu acınacaqlıdır. Ən ürək ağrıdan isə odur ki, dövlətin bu ağrı-acıları azaltmaq üçün ayırdığı vəsait məmurlar, daha dəqiq desək, əslən Lerikli məmurlar, deputatlar tərəfindən talan edilir. Yarımbaşlıqdan da göründüyü kimi 121 kilometr adı ilə cəmi 88 kilometr təmir olunub, o da necə...? Bəs, 33 kilometr üçün ayrılan pul hara getdi?
Necə deyərlər, burada, Lerikdə yüksəkliklərə görə nəzərdə tutulan yardımla bağlı saxtakarlıq yadıma düşdü. Belə ki, mövcud qanunlara görə, yaşayış yeri dəniz səviyyəsindən müəyyən metrəqədər yuxarı olanda, orada yaşayanlara kompensasiya verilir. Bu işin xiridarları, ucalığınl azımi səviyyədə olmadığını görüb, dağları yalandan, olduğundan hündür göstərirdilər. O vaxt bununla bağlı rəhbərlik etdiyim “Cənub xəbərləri”qəzetində “Lerikdə dağ əskik gəlib” adlı yazı da çap etmişdik.
İllər keçsə də, zaman dəyişsə də məmurların saxtakarlığı dəyişməyib. Əvvəl dağı yalandan ucaldanlar, bu gün yolu yalandan uzadırlar.
Keçək mətləbə.
Bir neçə gün öncə cenub.az saytımızda paylaşdığımız “Lerik. Dağ ra yonunun ürək dağlayan dərdləri-“ yazı rayonda ciddi reaksiya doğurmuş və Lerik İcra Hakimiyyəti də yazı fb-də paylaşmamızın altında rəy paylaşmışdı. Yazının linki burada: https://cenub.az/12728-video-lerik-da-kndinin-urk-dalayan-drdlri-yaxud-niy-yerli-sakinlr-cra-bacs-vzi-clil-baxiyevin-qzasna-ki-seviniblr.html
Yazıya reaksiya verdiyi üçün Lerik RİHB-yə təşəkkür edirik. Lakin RİHB-nin gətirdiyi arqumentlər yerli sakinlər tərəfindən ciddi əks-reaksiya doğurub. Sakinlər hesab edir ki, rəqəmlər reallığı əks etdirmir, saxtalaşdırılıb və ictimai rəyi çaşdırmağa yönəldilib.
Lerik müxbirimiz Mais Hüseyn olayı araşdırandan sonra maraqlı məqamlarla rastlaşıb. Onun hazırladığı yazını sizə təqdim edirik.
Lerikli məmurlarının belə ağ yalanlar insanı heyrətləndirir
İlk ağla gələn bu olur ki, Azərbaycanda bu qədər həyasızcasına ağ yalan danışmaqdan ötrü mütləq deputat, icra başçısı , ən azından başçının müavini olmalısan.
Lerik rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinin saytda dərc olunan yazıma yazdığı cavabı əsas tutaraq bildirirəm ki, Lerik rayonunda mövcud
2200 km yoldan cəmi88 km asfaltlanıb, həm də çox bərbad şəkildə
Təəccüblü isə odur ki, hesabatda 88 km yol 121 km kimi sənədləşdirilib. Buda Lerikdə mövcud olan 2200 km-lik ümümi yolun cəmi 4 % dir.
Rayonun qalan 96 %-ində isə yollarını keçəndə sanki qədim dünya tarixininə, daş dövrünə səyahət edirsən.
Bu, təkcə yol deyil, bütünsahələrdə infrastruktureynihaldadır.
Piran- Veri yoluna görə ölkə başçısna min nəfərlik şikayət
2021 ci ilin əvvəllərində Piran ərazisindən mindən çox şəxsin imzası ilə Prezident Administrasiyasına, Vitse Prezidentə, Nazirlər Kabinetinə, İqtisadiyyat nazirliyinə və Azərbaycan Avtomobil Yolları Agentliyinə ünvanlanan müraciətə cavab olaraq Lerik rayon icra hakimiyyətindən göndərilən yalan dolu, heç bir həqiqəti əks etdirməyən məktubla sizi tanış etmək istəyirəm.
Lerik rayon icra hakimiyyəti başçısının müavini, sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov cavab məktubunda bildirilirdi ki,
Lerik - Qosmalion- Kəlvəz yolunu 26 km (halbuki bu yol 22 km dir),
Piran- Hamarat- Vıjaker yolu 27 km(halbuki bu yolda 18 km dir),
Noda- Şingədulan- Xanəgah yolu 36 km,
(əslində bu yolda 29 km dir),
Lerik- Şinəband- Orand- Zardəbərə yolu 22 km( Bu yol da cəmi 14 km dir).
Kəndarası yolların isə 10 km qeyd olunmasına baxmayaraq, Mondigah, Cəngəmiran, Xəlfəkujə, Osnəğəkujə kəndlərinin ara yolları olmaqla cəmi 5 km yol asvaltlanmışdır.
Ümumilikdə, müavin Habil Məlikovun qeyd etdiyi kimi, 121 km deyil, cəmi 88 km yol asfaltlanmış, o da standartlara uyğun olmayan formada.
Xatırladım ki, hökümət bu yolların təmiri üçün 60 milyon manata qədərvəsait ayırmışdı.
56 km-lik Lerik-Lənkəran yolu isə bu məbləğə, yəni 88 km-lik yola daxil deyil.
Çəkilən 88 km-lik yola xərclənən ümümi vəsait isə nə qədər gen-bol hesablansa da, 5 milyon manatı keçmir.
Məsələn, Piran- Hamarat- Vıjaker yolu cəmi 18 km -dir,
Amma bu yolun təmiri üçün 11 milyon manat vəsait ayrılmışdı. Bu yolda heç bir su xətti, su ötürücü kanallarstandartlarauyğun deyil, yolun ümümi eni 4m, bəzi yerlərdə daha azdır. Heç 3 il deyil ki, təmir olunub, amma əksər hissəsi çökmüş və bərbad vəziyyətə düşmüşdür.
Noda- Şigədulan- Xanəgah yolu 36 km qeyd olunmasına baxmayaraq, cəmi 29 km-dir.
Bu yolun bərpası üçün dövlət büdcəsindən 26 milyon manat vəsait ayrılmışdır. Təsəvvür edin ki, 29 km-in təxminən yarısında,ümumiyyətlə asvalt örtüyü yox səviyyəsindədir, qalan hissəsi də Piran-Hamarat-Vıjaker yolundan daha bərbad vəziyyətdədir.
Lerik- Şinəband- Orand- Zardəbərə yolu da 14 km olmasına baxmayaraq 22 km kimi qeyd olunmuşdur,
Bu yoldada su xətləri və su ötürücüləri yox səviyyəsindədir, heçbir standarta uyğun deyil, yol nəzərdə tutulduğundan dar və keyfiyyətsizdir.
Qeyd etmək istəyirəm ki, bu yolun çəkilişi zamanı Lerik rayon icra hakimini əvəz edən Cəlil Baxşıyevin"halal zəhməti " ilə tikdirdiyi şəxsi obyekti " 9 qardaş" restoranına gedən yolun asvaltlanması da maraq və sual doğurur.
Lerik-Orand- Şinəband- Zardəbərə
Bu yolun asvaltlanması üçün nəzərdə tutulan vəsait və asfalt örtüyü də oğurlanaraq yol bərbad günə qoyulmuşdur.
Lerik-Bakı,yolu necə qısaldıla bilər?
Lerikdə mövcud olan çox önəmli və problemli yollardan biri haqqında xüsusi danışmaq istəyirəm.
Lerik- Lənkəran yolunun 40 - cı kilometrliyindən Əliabad kəndinə qədər olan 9 km-lik rayon əhalisinin yarısından çoxu üçün lazım olan yol,
Qeyd etdiyim 9 km-lik yol, Bırkandul
(əhali sayı 1107), Vistən ( 1248), Rəzəvul (209), Nüvədi (384), Soru (1338), Əliabad (506), Camoşayır ( 501) və s.kəndlərinin ümumilikdə 6 mindən çox əhalisi olan kəndlərin birbaşa yoludur, Bu yolun təmiri eyni zamanda təqribən 40-45 min əhalinin yolunu əhəmiyyətli dərəcədə qısaldır. Hazırda tam bərbad vəziyyətdə olan bu yol Yardımlı, Masallı və Bakıya gedən ən qısa və alternativ yoldur.9 km-lik bu məsafəni yayda 1.5 , qışda 3 saata qət etmək mümkündür. Halbuki bu yolun asvaltlanması böyük xərc tələb etmir. Çünki 70-80-cı illərdə bu yol tam asvalt olub. Sovet hakimiyyəti dövründə bu yolu genişləndirmiş və bütün çay və dərələrin üzərində su ötürücülərini və körpüləri keyfiyyətli şəkildə inşa etmişdi. Düşünürəm ki, bu yolu 1 milyon manata işlək hala salmaq olar.Təmirdən sonra isə insanlar 9 km məsafəni 3 saata deyil, cəmi 10 dəqiqəyə qət etmiş olarlar.
Yəqin ki, İcra başçısı və deputatımızın niyyəti odur ki, vərdişlərinə sadiq qalaraq 9 km-lik yolu da, 19 km kimi sənədləşdirib, büdcədə 19 milyon manatı alıb aralarında bölüb mənimsəsinlər. Yoxsa, illərdir 1 milyon manat vəsaitə həll oluna biləcək kiçik, amma çox əhəmiyyətli məsələ nəyə görə həllini tapmasın ki?!
Lerik rayon icra hakimiyyətinin rəsmiləri qeyd edirlər ki,guya öz daxili imkanları hesabına kəndarası torpaqvə çınqıllıyollara mütamadi olaraq texnika salıb yolların abadlaşmasına köməklik göstərmiş, bura qum, çınqıl tökmüşlər.
Tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, Lerik rayon icra hakimiyyəti heç zaman kəndarası torpaq və çınqıllı yollara öz daxili imkanları hesabına texnika salıb insanlara yardım etməyə cəhd etməmişdir. Kasıb və çarəsiz kənd camaat həmişə öz daxili imkanları hesabına abadlıq işləri aparmışlar.
Bəzən uzun xahiş və tələbdən sonra kəndlərə dövlətə aid olan texnika göndərilsə də, kənd camaatından əvvəlcədən yanacaq pulu və sürücünün əmək haqqı tələb olunaraq işlər görülmüşdür.
Bir faktı diqqətinizə çatdırım ki, Piran yolunun keçilməz olduğu vaxtda Lerikin kasıb əhalisi əynindən, ruzisindən kəsib 70 min pul toplayıb kəndə gedən yolu təmir etdi. Bunun kimi bütün kəndlərimisal göstərmək olar, məsələn keçən il şahidi olduğum Sori kənd yollarına 10 min əhali pul topladı, Vistən kənd yoluna dörd min və s...
Son illərdə üst-üst Lerikin bərbad yollarının təmiri üçün 60 milyon manatdan artıq vəsait ayrılıb. Lakin ümumi yolların heç 10 faizi də əsaslı təmir olmayıb.
Yol təmirindən saxtakarlıq, yeyinti, məmur özbaşınalığı baş alıb gedir. Sanki lerikli rəhbərlər Cəlil Baxşıyev, İqbal Məmmədov (MİLLƏT VƏKİLİ), eləcə də 10 ildən artıq Lerikə rəhbərlik etmiş RövşənBağırov bu rayona qənim kəsilmişlər.
Son olaraq qeyd etmək istəyirəm ki, Lerik rayonunda baş verən korrupsiya halları haqqında yazası olsam, 10 cildlik kitab kifayət etməz.
Növbəti yazılarda digər önəmli məsələlər haqqında ictimaiyyətə mümkün qədər geniş məlumat verməyə çalışacağıq.
Siz də arzu-təkliflərinizi və iradlarınızı bizə bildirsəniz şad olardıq.
Cenub.az. Lerik. Mais Hüseyn