Bu gün Azərbaycan komediyasının unudulmaz isimlərindən olan yazıçı, dramaturq Sabit Rəhmanın doğum günüdür. 26 mart 2020-ci il tarixi yazıçının 110 illik yubileyidir. Bu münasibətlə Sabit Rəhman haqqında maraqlı faktları təqdim edirik.
Sabit Rəhman 1910-cu ilin 26 martında Şəki şəhərində anadan olub. İlk təhsilini burada aldıqdan sonra Bakıda A.Şaiq adına nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb. (1924)
***
Sabit Rəhmana Hüseyn Cavid, Abdulla Şaiq kimi sənətkarlar dərs deyib. Qantəmirin müdiri olduğu məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq vaxtilə oxuduğu məktəbə müəllim təyin olunub.
***
Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə Molla Nəsrəddin jurnalında Şeyx Samit imzası ilə dərc etdiyi felyetonlarla başlayıb.
***
İlk hekayələr məcmuəsi - "Pozğun" 1931-ci ildə dərc olunub.
***
Sabit Rəhman ssenarist kimi Azərbaycan komediyasının banisi sayılır. O, "Arşın mal alan", "O olmasın, bu olsun", "Əhməd haradadır?" filmlərinin, "Ulduz" musiqili komediyasının ssenarilərinin, "Yeddi gözəl" baletinin librettosunun müəllifidir. 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını yazıb.
“Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəyov Sabit Rəhmana deyir:
“Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.
***
Sabit Rəhman Mirzə Cəlil haqqında yazdığı xatirəsində qeyd edir ki, onlar Şəkidə olarkən bir gün tanınmış yazıçının Şəkidən keçərək Zaqatalada oxuyan qızının yanında gedəcəyini eşidirlər:
“Maşın keçmiş karvansaranın həyətində dayanan kimi biz tez sərnişinləri gözdən keçirməyə başladıq.
Mən yoldaşlarıma Mirzə Cəlili bir neçə dəfə gördüyümü söyləmişdim. Ancaq əslində mən onun özünü yox şəklini görmüşdüm. Mən girdəüz, şiş bığları yuxarı qaldırılmış bir gənc sifət axtarırdım. ( Cəlil Məmmədquluzadənin təxminən 1910-1911-ci illərdə çəkdirdiyi şəkil belədir) Ancaq belə adam yox idi. Arxada saçlarına dən düşmüş uzunpapaq qoca bir kişi oturmuşdu. Hamı düşdüyü halda bu adam düşmürdü. Mən o adama müraciət edərək soruşdum:
- Bağışlayın, sizinlə gələn sərnişinlərin arasında Cəlil Məmmədquluzadə yoxdur ki?
O adam məni mehriban gözlərlə süzüb, utancaq bir halda dedi:
- Cəlil Məmmədquluzadə mənəm.
Sabit Rəhman Mirzə Cəlilin avtobusdan enmədiyini gördükdə dostları ilə hiyləyə əl atır, avtoğazlanın müdirini dilə tutaraq avtobusun xarab olduğunu elan edirlər. Bundan sonra Mirzə Cəlil də çarəsiz avtobusdan düşərək Sabit Rəhmangilə qoşulur.
Sabit Rəhman xatirələrindən birində qardaşının onu şilləylə vurmağından danışır. Döyülməsinə səbəb isə, nə qədər qəribə səslənsə də, rus yazıçısı Anton Çexov olub:
“Bir gün qardaşım məktəbdə olduğu zaman yenə öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa, çeşməkli və saqqallı bir kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına bir şillə vurdu.
Anam o biri otaqdan:
-Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı-acıqlı cavab verdi:
-Çexovun şəklini cırıb.
Qardaşım məni çox istərdi və heç bir zaman döyməzdi. Ona görə də o zaman mən təəccüb eləmişdim ki, bu Çexov nə qiymətli adamdır ki, onun şəklinin üstündə əziz qardaş mənə əl qaldırdı?”
***
Mikayıl Müşfiqlə, Rəsul Rza ilə yaxın dost olublar.
***
Müşfiq bardə yazdığı məqalədə o günləri belə xatırlayır:
“Mikayıl Müşfiqlə biz həm yaxın dost idik, həm də qonşu. Mən Dağlı məhəlləsində yaşadığım müddətdə, demək olar ki, hər gün onunla görüşürdüm. Otağım yolunun üstündə idi. Müşfiq hər səhər qardaşıgildən çıxanda mənim pəncərəmin qabağından keçib gedirdi və təbii ki, pəncərədən otağıma baxmamış olmurdu. Otağımın böyük, barmaqlıqsız bir pəncərəsi vardı, yaz-qış onu həyətdən hərlənib gəlməyə tənbəllik eləyən dostlarım qapı əvəzinə işlədirdilər. Müşfiq də pəncərədən otağıma adlayırdı və biz çox vaxt bir yerdə səhər yeməyi yeyərdik. Müşfiq qardaşıgildə yalnız gecələyərdi.
Mənim dünəndən qalma boyat, yavan çörəyim və dişləmə çayım ona halva kimi şirin gəlirdi. Qarşılıqlı atmacalarla yeyib-içərdik”.
Şəki dram teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə var.
***
Bəstəkar Emin Sabitoğlunun atasıdır.
***
1970-ci ilin 23 sentyabrında teatrda “Küləklər” komediyasının məşqləri gedərkən, özü 60 illik yubileyinə hazırlaşırmış. “Küləklər” komediyasını görmək ona nəsib olmur. Saat 3:15-də dünyadan köçür. Saatı da həmin dəqiqə dayanır.../kulis.az