Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

163 il əvvəl indiki Masallının əhalisi nə qədər olub?


Həmin vaxt Boradigah və Qızılağac kəndləri əhalinin sayına görə, nəinki Masallının, ümumiyyətlə Lənkəran qəzasının ən iri 5 yaşayış məntəqələrindən sayılmışdır 

Əziz izləyicilər, cenub.az saytı  ardıcıl olaraq bölgəmizin tarixi, mədəniyyəti və coğrafiyası ilə bağlı   araşdırma yazıları sizə təqdim edirik. 18 fevral 2022-ci il tarixdə İ. Şükürzadənin təqdimatında “Masallı rayonu. 1933-cü il siyahalınmasında” yazısını diqqətinizə çatdırmışdıq.

(Həmin yazının linki burada -https://cenub.az/12481-masall-rayonu-1933-cu-il-dair-halinin-siyahya-alnmas.html)

Bu yazı oxucuların  olduqca böyük marağına səbəb olmuş, 2500-ə yaxın şəxs tərəfindən izlənmişdi və izlənilir. Bu gün isə yenə də  dəyərli araşdırmaçı-tarixçi İldırım Şükürzadənin “163 il əvvəl indiki Masallının əhalisi nə qədər olub?” yazısının  kiçik redaktə ilə sizə təqdim edirik.

Zahir Əmənov 


İndiki Masallı rayonu 1859-cu ilin kameral siyahıyaalınmasında 

     1859-cu ilin kameral siyahıyaalınması zamanı Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibində olmuşdur.

 Həmin vaxt Azərbaycan torpaqlarında üç Quberniya -

Şamaxı, Dərbənd, İrəvan 

və 10 Qəza - 

Bakı,

Şamaxı,

Lənkəran,

Quba, 

Dərbənd,

Yelizavetpol, 

Şəki (Nuxa),  

Naxçıvan,

Ordubad, 

İrəvan

o cümlədən, yuxarıda qeyd etdiyimiz kimi Lənkəran Qəzası fəaliyyət göstərirdi. 

Məlum olduğu kimi, 1859-cu il zəlzələsindən sonra Şamaxı Quberniyasının mərkəzi  Bakıya köçürülmüş və Quberniya Bakı adlanmışdır. 

Lənkəran Qəzası da əvvəl Şamaxı, sonra isə Bakı Quberniyasının tərkibində olmuşdur. İndiki Masallı rayonunun ərazisi Lənkəran Qəzasının tərkibinə daxil idi. 

  Bakı Quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-cu ilə dair kameral siyahıyaalınması zamanı indiki Masallı rayonu ərazisində 59 (Yəni, hazırkı yaşayış məntəqələrindən  təxminən 2 dəfə az . Bu gün Masallı rayonunda 1 şəhər, 2 qəsəbə, 100 kənd var) kənd qeydə alınmışdı. 

Kameral siyahıya alınmada evlərin sayı, əhalinin sayı və cins üzrə tərkibi, yaşayış məntəqələrinin etnik tərkibi, dini inancı və orada olan obyektlər (məscid, bazar, bulaq...) öz əksini tapmışdır.

Siyahıyaalınmada adları qeyd olunan kəndlər və  həmin kəndlərin əhalisinin sayı aşağıdakı kimidir:

  1. Alvadı (Tatyançay sahilində): - ev 51, əhali 1072 nəfər.
  2. Alvadı (Yazıqıran çay sahilində): -   -    -   -   -
  3. Ağakişibəyli: - ev 17, əhali 110 nəfər.
  4. Alıcalu (Hüseynhacılı kəndi yaxınlığında): -    -   -   -   -
  5. Aşağı Miyanku (Babunan, Varsaman, Məmmədoba kəndləri ilə birlikdə): -  ev 90, əhali 722 nəfər.
  6. Boradigah: - ev 261, əhali 1803 nəfər.
  7. Bambaşı: - ev 52, əhali 278 nəfər.
  8. Bədəlan: - ev 175, əhali 980 nəfər.
  9. Cəraylı: - ev 74, əhali 412 nəfər.

     10. Ceyranbərqi: -   -    -   -   -

     11. Çaxırlı: - ev 58, əhali 382 nəfər.

     12.  Digah: - ev 85, əhali 561 nəfər.

13.  Dadva: - ev 45, əhali 310 nəfər.

    14.  Ərkivan: - ev 135, əhali 1050 nəfər.

    15.  Əhmədli: -    -    -   -   -   -

   16. Ərəb: - ev 37, əhali 215 nəfər.

   17.  Göyəçöl: - ev 65, əhali 444 nəfər.

   18.  Hüseynhacılı: - ev 125, əhali 1005 nəfər.

   19.  Xanalion: - ev 3, əhali 12 nəfər.

   20.  Xıl: - ev 76, əhali 492 nəfər.

   21.  Xırmandalı: - ev 61, əhali 429 nəfər.

   22.  Xəlifələr: - ev 19, əhali 94 nəfər.

   23.  Xocavar: - ev 55, əhali 451 nəfər.

   24.  Xocavar (Yazıqıran çayı sahilində): -   -   -    -   -   

   25.  Xançobanlı (Xoşçobanlı): - ev 29, əhali 198 nəfər.

   26.  İsi (Yuxarı, Aşağı): - ev 22, əhali 126 nəfər.

   27.  Kosagül: - ev 19, əhali 113 nəfər.

   28.  Kürdəbazlı: - ev 32, əhali 186 nəfər.

   29.  Qızılavar (Qızılabad): - ev 91, əhali 605 nəfər.

   30.  Qızılağac: - ev 223, əhali 1217 nəfər. 

31.  Qəzvinoba: - ev 7, əhali 29 nəfər.

   32.  Qodman:  -    -    -   -   -

  33.Qavlan Səmədxanlı: - ev 58, əhali 360 nəfər.

   34.  Lürən: - ev 32, əhali 149 nəfər.

   35.  Ləngan: - ev 6, əhali 51 nəfər.

   36.  Mahmudavar (Mahmudabad): -  ev 94, əhali 724 nəfər.

   37.  Milabulan: - ev 5, əhali 29 nəfər.

   38.  Musakücə: - ev 83, əhali 581 nəfər.

   39.  Mollahəsənli: - ev 14, əhali 147 nəfər.

   40.  Masallı: - ev 98, əhali 668 nəfər.

41.  Nikolayevskiy:  -    -   -   -   - 

   42.  Oncaqala: - ev 44, əhali 435 nəfər.

  43.Sığdaşt: - ev 57, əhali 339 nəfər.

 44.Sərçuvar: - ev 20, əhali 193 nəfər.

 45.  Sirəbil:  -     -   -   -   -

  46.  Sekara (İsi kəndi yaxınlığında): -  -   -    -   -

  47.  Seyfəddin: - ev 34, əhali 237 nəfər.

  48.  Soquncan (Soqulcan): - ev 57, əhali 465 nəfər.

 49.Sultan Əhmədli (Qaçaqlı): -    -   -    -   -

   50.  Şərəfə: - ev 54, əhali 334 nəfər.

   51.  Şıxlar: -   -    -   -   -

   52.  Türkoba: - ev 12, əhali 62 nəfər.

   53.  Türkəkücə (İsi kəndi yaxınlığında): -   -   -    -   -

    54.  Təklə: - ev 58, əhali 484 nəfər.

55.  Yeddioymaq: -  ev 124, əhali 877 nəfər.

  56.Yeyənkənd:  - ev 43, əhali 203 nəfər.


     Göründüyü kimi 1859-ci Masallının  kameral siyahıya alınmasında bu ərazidə 56 + Aşağı Miyankü ərazisindəki 3 kənd daxil olmuşdur.

     Əhalinin sayı isə tam deyil. Belə ki, qeyd olunan 59 kənddən 12-sinin əhali sayı bəlli deyil. Əhali sayı qeyd olunan 47 kəndin əhali sayının 19. 634 nəfər, digər 12 kənddə isə (Bunlar əsasən kiçik,   200-300 nəfərlik əhalisi olan kəndlər) təxminin hesablamalara görə,  3-4 min əhali yaşadığını ehtimal etsək,  1959-cu ildə indiki Masallı ərazisində  ümumilikdə 23-24 min əhalinin yaşadığını ehtimal etmək olar. (19.634 + 3000-4000=23-24 min). 1933-cii l 

siyahıyaalınmasından 74 il sonra isə  bu rəqəm 2 dəfə artaraq 48 809 nəfər olmuşdur.   

                           Siyahıya alınmada ən çox ev 

Boradigah (261), 

Qızılağac (223),

 Bədəlan (175),

 Alvadı (Tatyançay sahilindəki; 151),

 Ərkivan (135),

 Yeddioymaq (124) və 

Masallıda (98), 

ən az ev isə 

Xanalion (3), 

Milabulan (5), 

Ləngan (6), 

Qəzvinoba (7) və 

Türkobada (12) qeydə alınmışdır.

 Ən çox əhali 

Boradigah (1803 nəf.), 

Qızılağac (1217), 

Alvadı (1072), 

Ərkivan (1050),  

Hüseynhacılı (1005) və

Bədəlanda (980), 

ən az əhali isə 

Xanalion (12), 

Qəzvinoba, 

Milabulan (29), 

Ləngan (51) və 

Türkobada (62) qeydə alınmışdır.

 Boradigah və Qızılağac əhalinin sayına görə, 

nəinki Masallının, ümumiyyətlə Lənkəran Qəzasının 

ən iri yaşayış məntəqələrindən sayılmışlar. 

Boradigah (1803 n), 

Lənkəran şəhəri (3739 n.) və Privolnoyedən (2133 n.) sonra Qəza ərazisində  3-cü, 

Qızılağac (1217 n.) isə 

Lənkəran şəhəri, Privolnoye, Boradigah və Butəsər (Pensər; 1240 n.) kəndlənridən sonra 5-ci yerdə durmuşdur.

   Rus dilində tərtib olunmuş 1859-cu ilin siyahıyaalınmasında 

Masallı, Molalan, Seybətin, Sığdaş və Xırmandalı kəndlərinin adı müvafiq olaraq Masalu, Milabulan, Seyfaddın, Sığdaşt (Siqdaşt) və Xarmandalı kimi yazılmışdır.

     Siyahıyaalınmadakı Nikolayevskiy   kəndi indiki Viləş kəndidir. Kənd ilk əvvəl Nikolayevskiy (Nikolayevka), sonra Kalinovka adlanmış, 22 iyun 2018-ci ildən isə Viləş adlanır. 

Qeyd edək ki, Lənkəran Qəzası 1840-1930-cu illərdə, 90 il mövcud olmuş və onun tərkibinə indiki Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabad rayonları daxil olmuşdur. 

Təqdim etdiyimiz siyahıyaalmada indiki Masalli ərazisinin o vaxtkı kəndlərində  3-ü Boradigahda, 3-ü Ağakişibəylidə olmaqla   28, (Hazırda 140)  məscid, hər birində biri, ümumilikdə cəmi 3  olmaqla Boradigah, Masallı və Qızılağac kəndlərində bazarlar olmuşdur.


Məscidlər isə aşağıdakı kəndlərdə yerləşmişdir- 


 Boradigah 3. Ağakişibəyli 3, Mahmudavar 1,  Aşağı Miyankü 1,  Sığdaşt 1,   Qızılavar 1,  Xıl 1, Göyəçöl 1, Musaküçə 1,  Yeddoymaq 1, Hüseynhacılı 1, Mollahəsənli 1, Qızılağac 1,  Masallı 1,   Xocavar 1,   Məmmədxanlı 1, Cəraylı 1,   Soquncan 1, Dadva 1,  Alvadı (tatyancay sahilindəki)1,   Çaxırlı 1, Soqulcan 1,   Kürdabazlı 1, Xırmandalı 1. 


Bir məqamda maraqlıdır ki, 59 ərazidəki əhalinin milli tərkibi 58 kənddə  tatar (türk) və talış göstərilsə də, təkcə Yeddioymaq kəndinin əhalisi Şahsevən   kimi qeydə alınmışdır.


İldırım ŞÜKÜRZADƏ,

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi. Xüsusi  olaraq cenub.az saytı üçün

Vacib qeyd: İmkan daxilində çalışacağıq ki, bölgəmizi digər rayonları haqqında da kameral siyahıalmaları sizə təqdim edək.  Bu barədə əlavə məlumatı olanlar da məlumatlarını bizimlə paylaşsa, çox şad olardıq.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10