Həbsindən altı gün əvvəl o, İosif Stalinlə birgə nahar edib. Hər görüşdə olduğu kimi, həmin gün də Stalin Aleksey Şaxurinin problemləri ilə maraqlanıb, təkcə xidməti məsələlərlə bağlı deyil, həm də şəxsi həyatında hansısa bir çətinliyinin olub-olmamasını soruşub. Sonralar Şaxurin Stalinlə sonuncu görüşünü aşağıdakı kimi xatırlayıb:
“Mən 1940-cı ildə SSRİ aviasiya sənayesi naziri təyin olunmuşdum. Təyinat zamanı Stalin məni şəxsən qəbul etmişdi. O, II dünya müharibəsinin getdiyi bir vaxtda SSRİ-də aviasiya sənayesi sahəsində işlərin daha sürətlə aparılmasını tapşırdı mənə, göstərişlər verdi, yeni zavodların istismara veriləcəyi ilə bağlı planlarını açıqladı. Mən hansı bir yükün altına girdiyimi və məsuliyyətmi anlayırdım. Beləliklə, vəzifəmin icrasına başladım. Mənə göstərilən etimadı doğrultdum. Müharibə illərində, demək olar ki, mən hər gün Stalinin qəbulunda olurdum, aviasiya sənayesində gedən işlər haqqında ona məruzə edirdim.
Məruzələrim həmişə onu qane edirdi. Sonuncu dəfə məni bağ evinə nahara dəvət edəndə həmişə olduğu kimi yenə də çox mehriban görüşdük. Süfrə arxasında o mənim işlərimlə maraqlandı. Hətta məndən hansı şərab növünə daha çox üstünlük verdiyimi soruşdu. Cavabımdan sonra dedi ki, mən həmin şərabdan sənin evinə göndərəcəm. Bu cür yaxın münasibətlərdən, mehriban ünsiyyətdən altı gün sonra mən həbs edildim, özü də birbaşa Stalinin göstərişi ilə. Mən bunu anlaya bilmirəm. Stalin böyük şəxsiyyt idi, amma həm də böyük qəddar idi...”
Aleksey Şaxurin 1904-cü ildə Moskva vilayətinin Podolsk rayonunda anadan olub. Orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə Moskvada “Monometr” zavodunda başlayıb. Qısa müddətdən sonra o, komsomol işinə keçib, Moskvanın Bauman rayon komsomol təşkilatına katib seçilib. Moskvada Mühəndis İqtisadiyyat İnstitutunda ali təhsil alıb. 1933-cü ildə hərbi xidmətə çağrılıb və xidmətdə olarkən onu Jukovski adına Hərbi Hava Akademiyasında təhsil almağa göndəriblər.
Akademiyanı bitirdikdən sonra Şaxurin bir neçə ay SSRİ Aviasiya Sənayesi Komissarlığında (nazirliyində) ilk partiya təşkilatının katibi olub.
1938-ci ildə Şaxurin Yaroslavl vilayət partiya komitəsinə, bir ildən sonra isə Qorki vilayət partiya komitəsinə birinci katib vəzifəsinə təyin edilib.
1940-cı ildə Lazar Kaqanoviçin qardaşı Mixail Kaqanoviç işdə buraxdığı ciddi nöqsanlara görə aviasiya sənayesi naziri vəzifəsindən çıxarılıb zavod direktoru göndəriləndə Şaxurin bu vəzifəyə təyinat alıb. (Qeyd edək ki, Mixail Kaqanoviç 1941-ci ildə özünü güllələyərək öldürüb).
Şaxurin son dərəcə bacarıqlı təşkilatçı, ciddi və tələbkar, aviasiya sənayesi sahəsində peşəkar bir kadr kimi tanınıb. Eyni zamanda o, Stalin komandasının ən yaxın üzvlərindən biri sayılıb.
Müharibə illərində Şaxurin komissar kimi öz fəaliyyətində bir dəfə də olsun Mərkəzi Komitə və Dövlət Müdafiə Komitəsi tərəfindən tənqidlə, tənbehlə üzləşməyib. Əksinə, komissar təyin olunduqdan bir il sonra o, Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilib.
1943-cü ildə Şaxurinun ailəsində baş verən faciəli hadisə komissarı ciddi narahat edib və o, elə düşünüb ki, bu hadisəyə görə Kremldən lazımi cəza alacaq. Şaxurinin oğlu Moskvanın ən elit məktəblərinin birində, əsasən dövlət məmurlarının, diplomatların, o cümlədən Stalinin oğlu Vasilinin və qızı Svetlananın təhsil aldığı 175 nömrəli məktəbdə oxuyub. 15 yaşlı Vladimir Şaxurin öz sinif yoldaşı, tanınmış diplomat Konstantin Umanskinin qızı Ninaya vurulub və məktəblilərin sevgisi qarşılıqlı olub. 1943-cü ildə Konstantin Umanski Meksikaya səfir təyin olunanda ailəsini də həmin ölkəyə aparmağa qərar verib. V.Şaxurin Ninadan Moskvada qalmasını xahiş etsə də, səfir qızı ona anladıb ki, bu mümkün deyil, atasının qərarından çıxa bilməz. Məhz həmin “gərgin” günlərin birində Nina, Vladimir Şaxurin və Anastas Mikoyanın oğlu Vano Mikoyan ( o da V. Şaxurinlə eyni sinifdə oxuyub) şəhər gəzintisinə çıxıblar. Həmin gəzintidən bir gün əvvəl Vladimir Şaxurin Vano Mikoyandan dostyana bir xahiş edib, atasının “Valter” tapançasını bir günlük gətirməyi istəyib. Vano Mikoyan dostunun xahişini yerə salmayıb və gizlicə evdən atasına məxsus olan “Valter”i götürüb. Bir müddət gəzdikdən sonra Vano Mikoyan sevgili məktəbliləri tək buraxıb. Vladimir və Nina şəhərin mərkəzində yerləşən “Bolşoy Kamennıy” körpüsündə Moskva çayını seyr ediblər, ayrılıqlarını göz önünə gətiriblər və bu məqamda Vladimir tapança ilə əvvəlcə Ninanı, sonra isə özünü vurub. Sərrast atəşlər hər ikisinin həyatına son qoyub.
Hadisə dəqiqələr ərzində şəhərə yayılıb, o cümlədən Kremldə də baş vermiş hadisə haqqında qapıçıdan tutmuş Stalinə qədər hamının məlumatı olub. Stalin Şaxurinlə növbəti görüşlərində bu məsələni qabartmayıb. İnsident Şaxurinin vəzifə karyerasına problem yaratmasa da, mənəvi cəhətdən ona ağır zərbə olub.
Şaxurin 1946-cı ilə qədər komissar vəzifəsini davam etdirib. Həmin ilin fevral ayında Şaxurin “aviasiya işi” ilə bağlı həbs edilib. Ona müharibə illərində vəzifə həddini aşma, standartlara cavab verməyən hərbi təyyrələrin istehsalı ilə bağlı ittiham irəli sürülüb. 10 may 1946-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının hökmü ilə Aleksey Şaxurin 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
1953-cü ilin may ayında azadlığa çıxan sabiq komissar tam bəraət alıb. Onun rütbəsi və təltiflər qaytarılıb və Şaxurin SSRİ aviasiya sənayesi nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Ömrünün son illərində memuarlarını yazan Şaxurin 1975-ci ildə 71 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com