Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Növbəti kitab bayramı - Masallı Kolleci




Gənclərə kitabları sevdirmək məqsədi ilə kitab bayramları davam edir.

Növbəti kitab bayramı Masallı Dövlət Regional Kollecində keçirilib.

“Ümidim sənsən” xeyriyyə icmasının təşəbbüsü ilə keçirilən növbəti pulsuz kitab aksiyası Masallı İcra Hakimiyyətinin şöbə müdiri Abbas Mikayılovun xeyriyyəçiliyi ilə keçirilirdi.

Tədbiri Kollecin direktoru Vidadi Nəzərov açıb. O Masallıdakı xeyriyyə icmasının gördüyü və hədəflədiyi xeyriyyə işlərindən söz açıb. Daha sonra “Ümidim sənsən” xeyriyyə icmasının məram və məqsədlərindən danışıb, hamını xeyriyyə işlərində onlara dəstək olmağa səsləyib.

30-dan artıq tələbəyə Azərbaycan və Dünya klassiklərinin əsərləri hədiyyə edilmişdir.

Vidadi Nəzərov xeyriyyəçiliyinə görə Abbas Mikayılova və tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Aynur








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10