Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cenub.az yeni dizaynda və mobil versiyada


Ən obyektiv informasiyaların, pərdəarxası olaylar haqqında məlumatların, maraqlı statistikaların ünvanı olan cenub.az saytı - evdə, ofisdə, səyahətdə... həmişə, hər yerdə sizinlədir.

Ofisi Masallı rayonunda yerləşən, “Cənub xəbərləri” qəzetinin elektron variantı kimi fəaliyyət göstərən “cenub.az” saytı bu günlərdə özünün mobil versiyasını da yaratdı. Saytın dizaynında da əsaslı dəyişiklik edildi. İndi siz Ana Səhifədə daha çox material görəcək, əvvəlki yazılarla daha yaxından tanış olacaqsınız.

Saytın ön hissəsinə oxuculara rahat olsun deyə, digər internet resurslarımızın - Cənub xəbərtv-nin, eləcə də masallida.az və arkivan.az saytlarının da banerləri yerləşdirilib.

Ən başlıcası, indi çoxlarının internetə telefon vasitəsi ilə girdiyini nəzərə alıb, saytın mobil versiyasını da yaratdıq. İndi mobil telefonda sayta girən kimi manşet yazılarını, digər ön yazıları görməklə yanaşı, sol tərəfdə “bölümlər” işarəsinə toxunmaqla saytdakı digər bölümlərdəki yazılarla da tanış ola biləcəksiniz. Burada “Masallı ensiklopediyası-ərazilər”, “Masallı ensiklopediyası-ümumi”, eləcə də “Sosial”, “Siyasi”, “Mədəniyyət”, “İdman”, “Kriminal” və digər bölmələrdəki yazılarla daha ətraflı şəkildə tanış olmaq imkanınız olacaq. “Çəpərüstü söhbət” rubrikamızın arxivi də sizə geniş formatda təqdim ediləcək. “Videolar” bölümündə əsasən video, infoqram və digər formalardan istifadə edilməklə araşdırma yazılarımız təqdim olunur.

“Yazarlar” bölümündə bizimlə əməkdaşlıq edən Alzaman Baxışlının, Xodaşirin Cəbiyevin, Nurəddin Ədiloğlunun, İldırım Şükürzadənin, Faiq Hüseynzadənin, eləcə də Zahir Əmənovun müəllif yazıları ilə tanış ola biləcəksiniz. Ən yeni bölüm isə “Cənub xəbərtv-dən seilmişlər” bölümüdür. Hazırda yükləmə mərhələsində olan həmin bölümdə isə Cənub xəbərtv-nin ən çox maraq doğurmuş verilişləri yer alacaq.

Digər bölümləri isə, necə deyərlər, baxarsınız, görərsiniz.

Reklam yerlərimiz də çoxalıb. Siz də reklam imkanlarımızdan istifadə etsəniz, çox şad olarıq.

Ən obyektiv informasiyaların, pərdəarxası olaylar haqqında məlumatların, maraqlı statistikaların ünvanı olan cenub.az saytı - evdə, ofisdə, səyahətdə... həmişə, hər yerdə sizinlədir.

“cenub.az” saytının rəhbərliyi

Saytın mobil versiyasının və yeni dizaynının hazırlanmasında yüksək peşəkarlıqla və böyük həvəslə çalışan proqramçı Ramil Dadaşova, yazıları operativ şəkildə sayta yüklədiyinə görə Faiq Hüseynzadəyə dərin təşəkkürümüzü bildiririk.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10