İranın Bakıya münasibətdə aqressiv siyasətinin yeni dalğasının səbəbi kimi Tehran tərəfi Azərbaycanda İsrailin fəallığını göstərir və bunun özü üçün yolverilməz olduğunu vurğulayır. Ancaq qəribə işdir - İranın “Azərbaycan-İsrail ittifaqı ilə mübarizə”si praktik olaraq xırdalıqlarına qədər ABŞ-ın Cənubi Qafqazdakı mövqeyi ilə üst-üstə düşür.
İranda müharibə təbilləri nə qədər gur səslənirsə və bu barədə nə qədər çox bəyanatlar verilirsə, bir o qədər güclü əminlik yaranır ki, qarşımızda Tehranla Vaşinqtonun qeyri-təbii ittifaqıdır. Və onlar birlikdə Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərə qarşı çıxırlar.
Bəzən fərqləndirmək də çətindir - hansı danışıq Abdollahianın dili ilə rəsmi Tehrana məxsusdur, hansı fikirlər isə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi tərəfindən Dövlət Departamentinin rəsmi mövqeyi kimi səsləndirilir. Bu, mümkündürmü? İran və Vaşinqtonun bu məsələdə birgə hərəkət etdiyini söyləmək konspirologiya deyil ki? Bəzən qeyri-mümkünlər də mümkün olur, indiki halda isə aralarındakı mübarizəni bütün dünyanın izlədiyi iki antaqonist vahid cəbhə ilə Bakı, Ankara və Moskvanın strateji layihəsinə - “Zəngəzur dəhlizi”nə qarşı çıxır.
Düşünmürəm ki, Cənubi Qafqazda birgə mövqe planı ilə bağlı amerikalılarla məxfi razılığa gələn zaman Tehranda hansısa vicdan əzabı çəkiblər. İranla ABŞ-ın olduqca çox marağı bir nöqtədə üst-üstə düşüb.
Bir tərəfdən - eyni vaxtda həm amerikapərəst, həm də İranın strateji əməkdaşı olan və daima Tehranın dəstəyindən yararlanan Ermənistan. Digər tərəfdən 44 günlük müharibənin yekunlarına görə eyni - məğlub düşərgədə yer alan Vaşinqton və Tehran. Onlar geosiyasi dəyişikliklər prosesindən kənarda qaldıqlarına görə Cənubi Qafqaza təsir etmək imkanlarının da böyük hissəsini itiriblər.
Vaşinqtonun tam sükutu və hətta dəstəyi ilə Yerevandakı amerikapərəst rejim iqtisadiyyatı sanksyalar altında olan Tehranla müttəfiq münasibətləri daha möhkəm bağlarla bərkidir.
Eləcə də əleyhinə sanksiyalar tətbiq olunan İslam İnqilabı keşikçiləri Korpusunun (İİKK) seçmə hissələri Vaşinqtonun susqun nəzərlərinin müşayiəti ilə Azərbaycanla sərhəddə silah oynadırlar.
İran ordusunun təlimləri ilə bağlı Lavrovun Abdollahianın yanında səsləndirdiyi replika yaddaşlardadır. Yəni, strategiyanızı kimlərlə razılaşdırdığınızı bilirik.
Bəs ABŞ-la İranın səfirlərinin Yerevandakı sinxron və harmonik bəyanatları, onların az qala eyni vaxtda Zəngəzur dəhlizinə səfərləri? İki antaqonist geosiyasi qütbün mövqeləri qəribə şəkildə üst-üstə düşür, axı bu cür olmur?!
Həm ABŞ-ın, həm də İranın bölgədə təsir güclərinin qaldığı yeganə nöqtənin - Ermənistanın itirilməməsi uğrunda mübarizədə müvəqqəti ittifaq bağlamaq üçün yetərincə əsasları var. Xırda məsələlərdə də ittifaqlar ziddiyyətlərə məhəl qoyulmadan bağlanırdı. Burada isə məsələ daha əhəmiyyətlidir.
Bu razılaşmanın yazılı, yoxsa şifahi olduğu elə də əhəmiyyətli deyil. Prinsipial olan odur ki, ABŞ-la İranın müvəqqəti ittifaqı 44 günlük müharibənin gedişində əldə olunmuş razılaşmaları Ermənistanın xeyrinə dəyişdirməyə istiqamətlənib.
Üstəlik, bu ittifaq Azərbaycanla Türkiyənin strateji əməkdaşlığını pozmağa yönəlib. Livanlı şiə alimi, şeyx Sübhi Tufaylinin sözlərinə görə, Cavad Zərif İranın xarici işlər naziri olanda birbaşa bildirmişdi ki, Tehran onun qarşısında “Türkiyənin digər türk dövlətləri ilə əlaqələrini kəsmək” vəzifəsini qoyub, ona görə də “Türkiyənin Xəzərə çıxışının qarşısında keçilməz maneənin saxlanılması” üçün o, fəal şəkildə erməniləri müdafiə edəcək. Və Tehranın təbliğat kampaniyası Türkiyəni və onun liderini dünya sionizminin Azərbaycandakı əsas hədəfi seçib. Azərbaycanın “Hanı İsrail? Hanı sionistlər” sualına cavab olaraq isə İran təbliğatçıları son zamanlar tez-tez Türkiyəni və Ərdoğanı göstərirlər. Türkiyə və İsrail arasında xüsusilə Fələstin məsələsindəki dərin ziddiyyəti nəzərə alsaq, tamamilə məntiqidir.
Belə bir şəraitdə istər Zəngəzur, istərsə də digər nəqliyyat dəhlizlərinin açılması həm amerikalılara, həm də iranlılara lazım deyil, hətta olduqca arzuolunmazdır, odur ki, onlar sonadək müqavimət göstərəcəklər. Eləcə də 6-lar platformasına və Azərbaycanla Türkiyənin Cənubi Qafqazın yenidən format olunmasına, burada “qarşılıqlı faydalı əməkdaşlıq bölgəsi” yaradılmasına istiqamətlənmiş digər təşəbbüslərinə.
ABŞ-la məxfi razılaşmalarını gizlətmək səyləri Tehranın təbliğatını yöndəmsiz edir. İran Cənubi Qafqazdakı “geosiyasi dəyişikliklər”i qəbul etməyəcəyini bildirəndə qarşı sualla rastlaşır: «Bəs niyə siz 1990-ların əvvəlindən ötən ilin sonuna qədər Ermənistanın səbəb olduğu geosiyasi dəyişikliklərə qarşı çıxmamısınız?»
İran İsrailin Azərbaycana nüfuz etdiyi barədə qışqırmağa başlayanda isə ona məntiqlə söyləyirlər: «Siz Cənubi Qafqaz münaqişəsində Ermənistanın tərəfini 1992-ci ildə seçibsiniz, Azərbaycan isə İsraillə strateji münasibətləri yalnız 1998-ci ildə inkişaf etdirməyə başlayıb».
Ancaq ən qəribəsi odur ki, İran hər dəfə ABŞ-la məxfi ittifaq bağlayanda sonunda uduzur. Tehran 2000-ci illərin əvvəlində amerikalılara taliblərə qarşı mübarizədə kömək etdi - “minnətdarlıq” olaraq Corc Buş-oğul İranı “şər oxu”nun tərkibinə qatdı. Və bu yeganə misal deyil. İranlılar ABŞ-a İraqın birliyini saxlamaqda yardımçı oldu və Süleymaninin silahının gücü ilə müstəqil Kürdüstan ideyasını beşiyində boğdu. Bir neçə il sonra ABŞ elə İraqda Süleymanini dəqiq zərbə ilə məhv etdi.
Bu dəfə də belə olacaq. Vaşinqton Cənubi Qafqazda Tehrandan istifadə edəcək və aldadacaq. “İran diplomatı kimi uğursuz” kəlməsi isə adiləşəcək.
virtualaz.org