1948-ci ildə SSRİ-nin Qara dəniz Gəmiçilik İdarəsinə məxsus “Pobeda” gəmisi Nyu-Yorkdan Odessaya istiqamət alarkən, gəmiyə texniki təhlükəsizlik baxışı zamanı icazə vərəqəsi verilsə də, reysi icra edən gəmiçilər məsafəni qət edərkən ciddi problemlərlə üzləşiblər.
İyulun 31-də 277 ton yük və 323 sərnişinlə okeana çıxan gəmidə sərnişinlər əsasən Xarici İşlər, Xarici Ticarət nazirliklərinin və digər dövlət qurumlarının əməkdaşları və onların ailə üzvlərindən ibarət olub.
“Pobeda” gəmisində həmin dövrdə SSRİ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsini təhvil verib Moskvaya qayıdan Andrey Qromıko və ailəsi üçün də xüsusi yer ayrılıb. Onların yükləri gəmiyə yığılsa da, sonda Qromıko daha komfortlu olan İcveç gəmisi ilə SSRİ-yə qayıtmağa qərar verib.
Gəminin sərnişinlərindən biri də çinli general, Mao Tsze Duna müxalif sayılan Fen Yuysyan olub. O, qızı ilə birlikdə əvvəlcə Moskvaya, oradan isə öz ölkəsinə getməyi planlaşdırıb. Generalın Moskvada İosif Stalinlə görüşü də nəzərdə tutulub. Bu görüşün təşəbbüskarı Stalin olub.
Qeyd edək ki, Almaniya istehsalı olan “Pobeda” gəmisi kifayət qədər iri həcmli olub. 1928-ci ildən istismara buraxılan gəmidə heç vaxt texniki problem qeydə alınmayıb.
“Pobeda” Pireney yarımadasına yaxınlaşanda gəmi heyəti radioqramma alıb. Radioqrammada bildirilib ki, gəmi Aleksandriya limanında iki minə yaxın sərnişini qəbul etməlidir. Bu sərnişinlər repatriasiya olunan və Ermənistana qayıdan ermənilər olub. Gəmiyə onların 2 tonleq olan baqajları da yüklənib. Bununla da “Pobeda” normadan qat-qat artıq yük götürüb.
Sentyabrın 1-də günorta saat 13.00-da gəminin kapitanı Odessaya sentyabrın 2-də saat 14 radələrində çatacağı haqqında məlumat verib. Bu məlumatdan sonra gəmi ilə bütün rabitə əlaqələri kəsilib. Bir sutkadan sonra Qara dəniz Gəmiçilik İdarəsi kömək üçün Qara dəniz donanmasının komandanlığına müraciət edib. Dəniz aviasiyasının təyyarələri havaya qalxaraq gəminin axtarışına başlayıblar.
Sentyabrın 2-də saat 21 radələrində axtarışa çıxan təyyarələrin birindən dispetçer məntəqəsinə məlumat ötürülüb. Məlumatda bildirilib ki, alova bürünən “Pobeda” gəmisi Yaltadan təxminən 90-100 kilometr aralıdakı ərazidə görünür. Xilasedicilər təcili olaraq hadisə yerinə göndərilib. Gəmidə baş verən güclü yanğın bir-neçə saat ərzində söndürülüb.
Köməkçi gəmilər vasitəsilə “Pobeda” və sərnişinlər Odessaya daşınıb. O, cümlədən ermənilərin də Ermənistana getməsi üçün lazımi tədbirlər görülüb. Repatriasiya edilən ermənilərin bir qismi isə Azərbaycana yollanıblar. Onlar əvvəldən Azərbaycanda yaşayıbmışlar.
Yanğın nəticəsində 42 nəfər sərnişin, 2 nəfər heyət üzvü həlak olub. O cümlədən Çin marşalı Fen Yuysyan və qızı da boğularaq ölüblər. Generalın Stalinlə görüşmək planı olduğundan hadisə ilə bağlı sovet liderinə dərhal ətraflı məlumat verilib.
Stalin hadisənin araşdırılmasını Georgi Malenkova və Lavtenti Beriyaya həvalə edib. O, Malenkova ünvanladığı rəsmi yazılı göstərişdə aşağıdakı fikirləri xüsusi olaraq qeyd edib:
“...Repatriasiya olan ermənilərin arasında ABŞ agentlərinin olması haqqında konkret faktlar var və onlara “Pobeda” gəmisində diversiya törətmək tapşırığı verilib...”
14 sentyabr 1948-ci ildə Malenkovun göstərişi ilə xüsusi xidmət orqanlarının bir qrup əməkdaşı Azərbaycana və Ermənistana ezam edilib.
Lavrenti Beriya da öz xətti ilə bu məsələni araşdırıb. Stalinin şübhələri səbəbsiz olmayıb. Sonralar Malenkov öz açıqlamalarında bildirib:
“Stalinin şübhələri əsassız deyildi. “Pobeda” gəmisində baş verən yanğında ermənilərin əli var idi. Həmçinin Beriyanın araşdırmalarında da bu fakt öz əksini tapmışdı. Amma hansısa səbəblərdən Stalin bu məsələni qapalı saxlamağa qərar verdi...”
Sözsüz ki, Stalin SSRİ vətəndaşları olan ermənilərin diversiya törətməsini dünya ictimaiyyətinə çatdırmağı ona görə məqsədəuyğun saymayıb ki, bu hadisə SSRİ-nin imicinə xələl gətirə bilərdi. Amma buna baxmayaraq, yanğın törətməkdə şübhəli olan ermənilər qeyri-rəsmi şəkildə “NKVD”-nin əli ilə layiqli cəzalarını alıblar.
Yanğının “əsl” səbəbkarı kimi isə gəmidə çalışan kinomexanik Kovalenko məhəkəmədə müttəhimlər kürsüsündə əyləşdirilib. O, 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Eyni zamanda gəmi kapitanı Paxolok və gəmidə yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan Nabokin də 15 il müddətinə həbsxanaya göndərilib.
1952-ci ildə “Pobeda” gəmisi tam təmir olunaraq yenidən okenları fəth edib. 1962-ci ildə isə bu gəmi sovet qoşunlarını Kubaya daşıyıb. 1970-ci illərin sonunda “Pobeda” gəmisinin istismarı dayandırılıb.
İlham Cəmiloğlu, Musavat.com