SSRİ yarandıqdan bir neçə il sonra ölkədə şəhər, rayon və qəsəbələrə partiya və dövlət xadimlərinin adlarının verilməsi dəb halına düşüb. Bu ənənə ilk olaraq 1924-ci ilin yanvarın 26-dan başlanıb. Leninin vəfatından 5 gün keçdikdən sonra Petroqrad şəhəri Leninqradla əvəzlənib.
Kommunistlər proletarların rəhbərinin adının Petroqrada verilməsi ilə kifayətlənməyiblər. 1927-ci ildə 200-dən artıq dövlət məmuru, tanınmış inqilabçılar və ziyalılar Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalininə müraciət ünvanlayıblar. Onlar müraciətdə Moskva şəhərinin adının dəyişdirliməsini və Leninin şərəfinə İliç adı verilməsini xahiş ediblər. Məsələ Mərkəzi Komitədə müzakirəyə çıxarılıb. Müşavirə iştirakçıları uzun-uzadı müzakirələrdən sonra ölkənin ən böyük şəhərlərindən biri olan Leninqradın mövcud olmasını nəzərə alaraq bu təklifi qəbul etməyiblər. Beləliklə, 1927-ci ildə Moskva şəhəri öz adını saxlaya bilib.
Amma SSRİ paytaxtının adının dəyişdirilməsi “təhlükəsi” heç də sovuşmayıb. 11 ildən sonra, 1938-ci ildə Moskvanın ad məsələsi yenidən gündəmə gəlib. Bu dəfə isə təşəbbüskar “NKVD” başçısı Nikolay Yejov olub. Kreslosunun laxladığını hiss edən Yejov İosif Stalindən vəzifə “bonus”u qazanmaq üçün çoxsaylı ölkə zəhmətkeşlərinin adından Mərkəzi Komitəyə müraciət göndərib. O, müraciətdə Moskvanın adını dəyişdirərək Stalinodar qoyulmasını təklif edib. Mərkəzi Komitəyə, Siyasi Büroya, SSRİ Ali Sovetinə göndərilən müraciət-layihə o qədər geniş tərtib edilib ki, 16 səhifəlik makina yazısında Stalinə ithaf olunmuş poeziya nümunələri də əks oliunub. Kalinin Yejovun müraciət-layihəsinə konkret cavab verib: “İosif Stalin bu təkilifin tam əleyhinədir...”
Bununla da, Nikolay Yejovun vəzifə kürsüsünü qorumaq cəhdi baş tutmayıb. “NKVD” rəhbəri nəinki vəzifəsini qoruya bilib, o, hətta Stalinin qəzəbəinə tuş gələrək həyatını da itirib.
Sovet-alman müharibəsindən və Stalinin vəfatından sonra daha iki dəfə SSRİ paytaxtının adının Stalinin şərəfinə verilməsi məsələsi gündəmə gəlib. Hər ikisində də təkliflər qəbul edilməyib. Birinci dəfə paytaxtın adının dəyişdirilməsinə Stalin razılıq verməyib, ikinci dəfə isə (Stalinin vəfatından sonra) Lavrenti Beriya və Nikita Xruşov bu təklifə qarşı çıxıblar.
Moskvanın adını dəyişdirmək hər dəfə təxirə salınsa da, SSRİ-də 1930-cu illərdən sonra “adqoyma mərasimləri” geniş vüsət alıb. Ölkədə Leninin adını daşıyan 100-ə qədər yaşayış məntəqəsi olub. Həmçinin SSRİ-də 34 yaşayış məntəqəsi Stalinin adını daşıyıb. Bunlarla yanaşı xarici ölkələrdə, xüsusilə sosialist düşərgəsində olan ölkələrdə yaşayış məntəqələrinə sovet liderlərinin adının verilməsi ənənəyə çevrilib.
Amma ən maraqlı fakt SSRİ-nin öz adının dəyişdirilməsi ilə bağlı səslənən təkliflər olub. Belə ki, müharibədən sonrakı dövrdə SSRİ-nin ayrı-ayrı bölgələrindən Kremlə müraciətlər daxil olub. Müraciətlərdə Sovet Sosialist Respublikaları İttifaqının adının dəyişdirilərək Sovet Sosialist Stalin Respublikaları qoyulması təklif olunub. Bununla yanaşı Gürcüstan Sovet Sosialist Respulikasının adının Stalin Sovet Sosialist Resprlikası edilməsi də təklif edilib.
Stalin bu təkliflərin heç birinə ciddi reaksiya verməyib. Mövcud dövrün bəzi tanınmış ədəbiyyat və mədəniyyət xadimləri də bu təkliflə çıxış edənlərə qarşı çıxıblar, bir çox kommunistlər isə ölkənin adının dəyişdirilməsi təklifini Leninə qarşı hörmətsizzlik kimi qəbul ediblər.
Sovet liderləri arasında Nikita Xruşov bəlkə də yeganə şəxs olub ki, öz adının yaşayış məntəqələrinə verilməsinin əleyhinə çıxıb. Bununla yanaşı Xruşovun təşəbbüsü ilə 1957-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətində yaşayış məntəqələrinə partiya və dövlət xadimlərinin adlarının verilməsinin dayandırılması ilə bağlı fərman imzalanıb. Həmçinin Xruşov Stalinin adını daşıyan şəhər, rayon, qəsəbələrə öz tarixi adlarını qaytarıb.
1980-ci illərdə adların dəyişdirilməsi məsələsi yenidən dəbə düşüb. Ölkənin şəhərlərinə Brejnevin, Ustinovun, Qromıkonun, Çernenkonun və s. siyasi liderlərin adları verilib. SSRİ Ali Soveti Rəyasət Heyəti addəyişmə məsələsində kifayət qədər “səmərəli” fəaliyyət göstərib. Siyasi Büro üzvlərinin hər biri öz adı ilə bir yaşayış məntəqəsini “zəbt” edib. Ancaq SSRİ-də siyasilərin “ad” şakəri çox da uzun sürməyib. Partiya liderlərinin adlarını daşıyan məkanların ömrü SSRİ-nin ömrü qədər olub.
SSRİ süquta uğradıqdan sonra müstəqillik əldə edən keçmiş müttəfiq respublikalar öz xəritələrinə yenidən nəzər salıblar və bu xəritələrin üstündə üzərindən xətt çəkilən kifayət qədər adlar olub. Elə Azərbaycanın xəritəsindən də neçə-neçə adlar, Lenin, İliç, Kirovabad, Şaumyan, Stepanakert, Jdanov, Mirbəşir, Qasım İsmayılov, Səfərəliyev və s. məkan adlarının üstündən birdəfəlik xətt çəkilib.
İlham Cəmiloğlu, Musavat.com