İkinci Dünya müharibəsinin ilk illərində Almaniyada işçi qüvvəsi çatışmazlığı yarananda, 1941-ci ilin dekabr ayında Adolf Hitler yeni qərara imza atıb. Qərarda 1942-ci ilin yanvar ayından başlayaraq SSRİ-nin işğal olunmuş ərazilərində yaşayan mülki vətəndaşların Almaniyaya işçi qüvvəsi kimi daşınması nəzərdə tutulub. Öz qələbəsinə inamlı olan Hitler hər il 500 min sovet vətəndaşının Almaniyaya gətirilməsini planlaşdırıb. Sonralar bu şəxslər Hitlerin “ağ qulları” adlandırılıb.
Fürerin əmrinin icrası konkret şəxslərə tapşırılıb. Ümumi iş SSRİ-nin işğal olunmuş ərazilərinin naziri Alfred Rozenberqa həvalə edilib. Bununla bağlı Hitlerin 11 dekabr 1941-ci il tarixli xüsusi əmri olub.
SSRİ-nin işğal olunmuş ərazilərində vətəndaşların Almaniyaya aparılması ilə bağlı hər bölgəyə konkret say qoyulub. Hesabata şəxsən Hitler özü nəzarət edib. “Plan”ı yerinə yetirə bilməyənləri ciddi cəza gözləyib. Məhz elə buna görə işğal olunmuş ərazilərdə xidmət edən nasistlər nəyin bahasına olursa-olsun sovet vətəndaşlarının Almaniyaya göndərilməsi üçün bütün vasitələrdən istifadə ediblər.
Mülki vətəndaşlar birbaşa iş yerlərindən, idman yarışlarından, kənd təsərrüfatı sahələrindən, evlərindən məcburi şəkildə səfərbər ediliblər. Əsasən 16-40 yaşlarında olan vətəndaşlara üstünlük verilib.
Hitlerin “ağ qulları” Almaniyanın ayrı-ayrı bölgələrində xüsusi düşərgələrdə saxlanılıb. Əvvəlcə onların məntəqələrdə iş bölgüsü müəyyənləşdirilib. Hətta qul bazarını xatırladan bu məntəqələrdən özəl şirkətlər də işçilər “alıblar”. O cümlədən Avstriya və Fransadan da işçi qüvvəsi almağa gələnlər olub.
Zavodlarda, fabriklərdə, fermer təsərrüfatlarında işləyən sovet vətəndaşları xüsusi forma, gündəlik qida ilə təmin ediliblər. Qida rasionu o dərəcədə aşağı səviyyədə olub ki, 12 saatlıq iş rejimində çalışanların sağlamlıqlarında kifayət qədər ciddi problemlər yaranıb. Gündəlik menyu 200 qram çörəkdən və əsasən tərəvəz tullantılarından ibarət olub.
Nasistlər sovet vətəndaşlarına aylıq əmək haqqı da veriblər. Bu cüzi əmək haqqı 5-10 gün ərzində çörək və siqaret almağa çatıb.
Almaniyada qul kimi istifadə olunan sovet vətəndaşları arasında yaşayış vəziyyətinə, qidalanmaya, gərgin iş yükünə dözməyərək intihar faktları da az olmayıb.
Düşərgələrdə yaşayan işçilərin işdən sonra şəhərə çıxmaq hüququ olmayıb. Yalnız həftədə bir dəfə rejim qaydalarını pozmayanlar bir saat ərzində nəzarət altında düşərgə ətrafındakı şəhər, rayon və qəsəbələrə çıxa biliblər.
Düşərgələrdəki barakların hər birinə 180-250 nəfər yerləşdirilib. Tibb xidmətinin və sanitar-gigiyenik şəraitin sıfır vəziyyətə olması bəzi hallarda kütləvi ölümlərə səbəb olub. Belə ki, barakda bir nəfərin yoluxucu xəstəliyə tutulması onlarla insanın həyatını təhlükə altında qoyub.
Düşərgələrdə hökm sürən rejim qaydaları işçilərin həyatını tam məhdudlaşdırıb. Almaniya hökumətinin əleyhinə danışmaq, saxlama şəraitindən, iş rejimindən şikayətlənmək heç bir müzakirəsiz güllələnmə ilə nəticələnib.
İstər kişilərin, istərsə də qadınların həm düşərgə daxilində bir-birləri ilə, həm də yerli sakinlərlə cinsi əlaqələri rejim qaydalarında xüsusi əks olunub. Bu fakt aşkarlandıqda həmin şəxs ən yaxşı halda əsir düşərgəsinə göndərilib. Adətən belə faktlar aşkarlananda “qayda”nı pozanlar güllələniblər.
Ümumilikdə müharibə illərində SSRİ-nin işğal olunmuş ərazilərindən 4 milyon 979 min mülki vətəndaş Almaniyaya daşınıb. Bu rəqəm Nürnberq məhkəməsində də öz təsdiqini tapıb. Qeyd edək ki, bu rəqəmə hərbçilər daxil deyil.
Nürnberq məhkəməsində bir fakt da aşkar olunub ki, almanlar yetkinlik yaşına çatmayanlardan da qul əməyi kimi istifadə ediblər. Şahidlərin ifadəsinə görə onlardan 76 nəfəri dözülməz şəraitdən həyatlarını itiriblər.
Hitlerin “ağ qulları”nın müharibədən sonrakı dövrdə də, SSRİ-yə qayıtdıqdan sonra da vəziyyətləri ürəkaçan olmayıb. Belə ki, “NKVD” onların hamısını satqın kimi qəbul edib. Almaniyadan qayıdan “qullar” ciddi şəkildə yoxlanılıblar. Onların almanlara könüllü, yaxud da məcburi təslim olmaları araşdırılıb. Yalnız Stalin hakimiyyətindən sonra Almaniyaya məcburi göndərilən sovet vətəndaşlarının vəziyyətində dəyişiklik olub. Bu məsələdə, həmçinin hərbi əsir məsələlərində marşal Georgi Jukov hakimiyyəti sərt tənqid edib. O bildirib ki, istər Almaniyaya işə aparılan vətəndaşlar, istərsə də əsir düşən sovet hərbçilərini satqın qismində görmək düzgün deyil. Marşal vurğulayıb ki, çıxış yolu tapılmayan vəziyyətdə nasistlərin əlinə keçən sovet vətəndaşlarını vətənə xəyanətdə ittiham etmək ədalətsizlikdir. Əgər onlar Almaniyada olduqları müddətdə nasistlərlə əməkdaşlığa getməyiblərsə, işgəncələrə baxmayaraq zabitlər hərbi sirləri açmayıblarsa bu insanlara satqın damğasını vurmaq, xəyanətkar adlandırmaq heç bir qanuna və insanlığa sığışmır.
İlham Cəmiloğlu, Musavat.com