Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ümidim sənsən” 1 saylı şəhər məktəbində


“Ümidim sənsən” 1 saylı şəhər məktəbində

Xəbər verdiyimiz kimi, yeni yaradılmış “Ümidim sənsən” xeyriyyə icması ilk tədbirlərini keçirtməyə başlayıb. Masallı şəhər 1 saylı tam orta məktəbində 50-yə yaxın müəllim və şagirdin iştirakı ilə keçirilən tədbirdə öncə Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynov çıxış etdi.

Daha sonra icmanın sədri Fidan Abbaslı çıxış edərək icmanın gördüyü və görəcəyi işlərdən söz açdı. O, çıxışında bildirdi ki, hamınızın dəstəyinə ehtiyacımız var. Biz xeyriyyə işlərini daha geniş miqyasda həyata keçirtməyə çalışacağıq. Bu vaxta qədər yüzlərlə imkansız paltar, əlil arabası, mebel və digər zəruri mallar paylamışıq.

Tədbirdə məktəbin müəllimlərindən Aminə, Rəsmiyyə, Fidan, Səbirə, Almas və digərləri çıxış edərək bildirdi ki, bu çox gözəl

aksiyadır. Həmçinin bildirdilər ki, biz belə aksiyanın məktəbimizdə bir neçə il əvvəl, elə indi də təşkil edirik. Belə təşkilatın yaranışından sonra səylərimizi daha da birləşdirəcəyik.

Tədbirin sonunda Masallı Rayon İcra Başçısının müavini Nəsir Muxtarlının xeyriyyəçiliyi ilə onlarla müəllimə və şagirdə kitab hədiyyə edildi.

Növbəti xeyriyyə aksiyası noyabrın 18-də Türkoba kəndində keçiriləcək.

“Ümidim sənsən” xeyriyyə icmasının mətbuat xidməti
.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10