Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bütün əməliyyatların ağrısız aparıldığı məkan


Bəzən pulundan, zamanından asılı olmayaraq istəyirsən ki,  edildiyin əməliyyatdan çox gümrah çıxasan”

“Dişlərinizin müalicəsini də yəqin ki, ağrısız keçirtmək hamının arzusudur”

Bu və buna bənzər arzuların reallaşdığı məkan isə Masallı Bioloji Təbabət Klinikasıdır.

Bəs bu işin icraçısı kimdir?

Onunla tanış olaq.

Anestezioloq-reanimotoloq Qasımov Gündüz Ağamusa oğlu.

 07 mart 1975. Ucar rayonunun Qaracallı kəndində anadan olub. N. Nərimanov adın Azərbaycan  Dövlət Tibb İnstitutunu bitirib. Ali təhsil alandan sonra Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin  müdiri işləyib. Hərbi xidmətini başa vurduqdan sonra  Bakıda Mərkəzi Klinik Xəstəxanasında, Tədris Cərrahiyyə Klinikasında  Təcili Təxirəsalınmaz Tibb Yardım  şöbələrində  müdir işləyib. Son illər isə  Masallı Bioloji Təbabət Klinikası ilə əməkdaşlıq edir. Almaniya, Türkiyə və  Belarusiyada uzunmüddətli peşəkar təlimlər keçib.

Anestezioloq - Reanimotoloq Gündüz Qasımov:

  • Dünyanın hər yerində xəstənin müalicəsi o vaxt uğurlu olur ki, həkimin peşəkarlığı ilə müasir texnologiya üst-üstə düşür. Bəlkə də ilk baxışda adi görünür;lakin bu gün Masallı Bioloji Təbabət Klinikasında bir sıra avadanlıqlar dünyaca məşhur Türkiyənin dünyaca məşhur Gulhanə xəstəxanasındakı sistemlərdən  geri qalmır. Sərəncamımızda ən son model ABŞ-Almaniya sistemləridir ki, bunları da nəinki bölgədə, eləcə də paytaxt xəstəxanalarında barmaqla sayılacaq az tibb mərkəzində var.
  • Və bütün bunlar bizə nə verir?

Ən başlıcası faydalandığımız sistemlər orqanizmə çox az zərər vurur, ya da heç vurmur. 

Narkozdan ayılma olduqca ağrısız olur.

   İşlətdiyimiz bütün dərmanlar müasir dünya standartlarına uyğundur.

Bəlli olduğu kimi narkozun bir neçə növü var  - vena daxili,  nəfəs yolu, regionar ( beldən aşağı və bədənin digər hissələri).

Biz əldə etdiyimiz yüksək bilgilərə və əlimizdə olan müasir sistemlərə görə xəstələrin müalicəsi zamanı elə addımlar atırıq ki, narkozdan sonra sayıqlamalar, qarabasmalar olmasın, xəstələr əməliyyatdan sonra  gec ayılmasın.

Müqayisə üçün deyim ki, əvvəllər xəstə, əməliyyatın ağırlığından asılı olaraq 20 dəqiqəyə ayılırdısa, indi 5 dəqiqəyə ayılır, yəni 4 dəfə tez.

  Sirr deyil ki, Anestezioloq-reanimotoloq əməliyyatda cərrah qədər rolu var. Anesitesoloqun rəyi, əməyi əməliyyatı ayaqda saxlayır, təsadüfi fəsadların qarşısı dərhal alınır.

Məhz belə birgə işin nəticəsində biz Masallıda 86 yaşlı xəstənin də 5 saat çəkən  qapalı əməliyyatını da reallaşdıra bildik. 

Eyni uğurları reanimasiya sahəsində də icra edirik. Burada xəstə rahat ayılır, əsəb sinir sisteminə heç bir ziyanı dəymir, geriyə qayıdış ağrısız olur.

Həyatı vacib orqanların işində çatışmazlıq olduqda reanimasiya şöbəsində dərhal və yüksək səviyyədə aradan qaldırılır.  Masallı BTK-da süni tənəffüs aparatları dünyada ən son modeldir. Rejimləri də olduqca çoxdur və müasir tələblərə cavab verir.

İşimizdə dəqiqlik, operativlik, mövcud duruma görə anında qərar vermək başlıca prinsipdir.

Yeni doğulmuş, 0 yaşdan yuxarıda uşaqların da bu imkanlardan faydalanmaq şansı var.

Buradakı stomatoloji kabinetdə nevroloji, serebral iflici keçirmiş, psixi-nevroloji patologiyası olan xəstələr, diş müayinəsinə görə qorxusu olan  şəxslər də  uğurlu müalicə ala bilir, süni tənəffüs aparatı ilə narkoz qəbul edirlər.

Qısası, Masallı BTK-da uzman və peşəkar həkimlər sayı günbəgün artır, etdiyimiz müalicələrin keyfiyyəti yüksəlir.  Bizim imkanlardan istifadə edənlər, sanki həyata yenidən qayıdırlar.

Masallı BTK-nin əlaqə telefonu: 055 532 89 88

Fidan Abbaslı, cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10