“Talibanın arxasında əfqan xalqının, əsasən də puştunların arxaik dünyagörüşü dayanır. Eləcə də onlara silah verən amerikalılar... Amerikalılar vaxtilə onlara silah vermişdilər ki, Çin və sovet qoşunlarına qarşı vuruşsunlar. Onlar da silahı götürüb hakimiyyəti ələ keçirməyə başladılar. Sonra da amerikalılar hücum edib, onları dağıtdılar. Məqam çatan kimi, yenidən basdırdıqları silahları götürüb yollarına davam etdilər”.
Politoloq Zərdüşt Əlizadənin müsahibəsini təqdim edirik:
- Əfqanıstanda baş verənlərə münasibətiniz necədir: niyə vəziyyət bu yerə gəlib çıxdı?
- Hadisələr necə olmalıydısa, o cür də oldu. Yəni ABŞ 2001-ci ildə Əfqanıstana hücum edəndə, bir çox bu prosesi bilən adamlar dedilər ki, Amerika orada məğlub olacaq. Belə də oldu. İyirmi il ərzində Əfqanıstanda sivil cəmiyyət və dövlət qurmağa çalışdı, bu məqsədlə qərbəmeylli adamları gətirib vəzifəyə qoydu, bir trilyon dollardan çox pul xərclədi, amma nəticəsi olmadı.
Orta əsrlər köklənmiş cəmiyyət öz dövrünə qayıtdı və Amerika ağır itkilər verərək, qaçası oldu. Hətta Sovet İttifaqı bir az üzüsulu çıxmışdı, amma onlar tələsik qaçdılar. Bütün bunlar göstərir ki, Amerika ordusunun döyüş qabiliyyəti aşağıdır. Yəni nüvə silahlarını çıxmaq şərtilə, Amerika ordusunun döyüş qabiliyyəti çox zəifdir. Nə vaxt iradəli cəmiyyət və qoşunla rastlaşırsa, məğlub olur.
- Bundan sonra Əfqanıstanı nə gözləyir?
- Əfqanıstanı orta əsrlərə qayıdış gözləyir. Bu, əfqan xalqına yaxşı heç nə vəd etmir. Çünki onlar elmə, tərəqqiyə, azadlığa, mədəniyyətə, sənətə yad insanlardır, qüvvələrdir. Onlar yalnız özlərini fikirləşirlər. İslam haqda təsəvvürləri də çox naqisdir. İslam haqda təsəvvürləri belədir ki, beyinlərindəki xurafatı, mövhumatı din adıyla bütün cəmiyyətə sırıyacaqlar.
Ciblərini dolduracaqlar, çoxlu arvad alacaqlar, əfqan xalqını da tüfeyli kimi yaşadacaqlar. Əfqanıstanı inkişaf etməyə qoymayacaqlar, orta əsrlərə ilişdirib saxlayacaqlar.
Taliban Çinə imkan verdi ki, Əfqanıstandakı faydalı qazıntıları çıxarsın, 20-30 faizini onlara versin, 60-70 faizini də özlərinə götürsün. Hesab edirlər ki, bununla bir az da yaxşı yaşayacaqlar. Amma əfqan xalqına, gənclərinə heç nə qismət olmayacaq. Əfqanlar ölkədən qaçmağa davam edəcəklər.
- Hara qaçacaqlar?
- Çox az hissəsi Orta Asiya üz tutacaq. Çox hissəsi İrana, oradan Türkiyə və Avropaya qaçacaq. Amerika da qapılarını bağlayacaq, əfqanları içəri buraxmayacaq. Vəziyyət belədir.
- ABŞ niyə Əfqanıstanda möhkəmlənə bilmədi? Burada təkcə sizin dediyiniz, hərbi və əfqan cəmiyyətinin iradəsi amilləri əsas rol oynadımı?
- Əsas faktor budur ki, əfqan cəmiyyəti mədəni və ictimai baxımdan, yeniliyə hazır deyil. Orta əsrlərdə yaşamaq onlar üçün daha rahatdır. Məsələn, Azərbaycan cəmiyyətini tutub sosializmə gətirdilər. Bəs nə oldu? Azərbaycan cəmiyyəti nə orada qala, nə də liberalizmi qəbul edə bildi. Erməniləri də XXI əsrə gətirmək istədilər. Amma ermənilər özlərini orta əsr və Yaxın Şərq təfəkkürlü cəmiyyətlərini qurdular. İndi özlərinə “demokrat” deyirlər, amma onlarda da demokratiya-zad yoxdur.
Guya rus cəmiyyətini də sosializmə gətirmək istədilər, amma bu da baş tutmadı. Ruslar vəhşi kapitalizmə qayıtdılar. Yəni hər bir cəmiyyət və xalq özünün təbii dövrünə dönür. Qırğızıstan, Tacikistan, Qazaxıstan, Türkmənistan və Özbəkistan da orta əsrlərə üz tutdular. Türkmənlər hara, demokratiya hara? Heç bir xalqı bir neçə mərhələ adlayıb, müasir dövrə gətirmək mümkün deyil.
- Bu məsələyə bir qədər toxundunuz. Bir az ətraflı izah edə bilərdinizmi: hakimiyyəti ələ keçirən Talibanın arxasında kimlər dayanır?
- Birincisi, Talibanın arxasında əfqan xalqının, əsasən də puştunların arxaik dünyagörüşü dayanır. Eləcə də onlara silah verən amerikalılar... Amerikalılar vaxtilə onlara silah vermişdilər ki, Çin və sovet qoşunlarına qarşı vuruşsunlar. Onlar da silahı götürüb hakimiyyəti ələ keçirməyə başladılar. Sonra da amerikalılar hücum edib, onları dağıtdılar.
Məqam çatan kimi, yenidən basdırdıqları silahları götürüb yollarına davam etdilər. İndi onlara bir az silah Pakistan hərbi kəşfiyyatı verir. Əslində onlara çox şey lazım deyil. Böyük silahları yoxdur: avtomatdır, RPQ-dir. İndi də əllərinə bir-iki təyyarə, vertolyot düşüb. Bunları havaya qaldırıb bir az əylənirlər. Vəhşi adamlardır, onlara heç nə lazım deyil. Ən yaxşı silah avtomatdır – “Kalaşnikov”. Bundan yaxşısı yoxdur.
- Əfqanıstandakı dəyişiklik Rusiya və İrana hansı problemləri yarada bilər?
- İran Əfqanıstanla sərhədini möhkəm saxlayır. Düzdür, İranda da müəyyən bir narko-mafiya var, Əfqanıstanda da var. Bu mafiya sərhəddən narkotik keçirir, İran hakimiyyəti də onların bəzilərini asır, öldürür. Yenə də bu narko-trafik davam edir. Amma Talibanın ideoloji cəhətdən İrana təsir imkanları sıfıra bərabərdir. Onlar sünni, bunlar şiədirlər. Bu məzhəblər bir-birini qəbul etmir. Əlbəttə, İran ideoloji, hərbi və təşkilati cəhətdən Talibandan güclüdür. Üstəgəl, Əfqanıstandakı şiələrə himayədarlıq edir.
Rusiyaya gəldikdə, Talibanla dil tapmağa çalışır. Görünür, hələlik bu mərhələdə tapıb, Talibanı tanıyır. Bütün səfirliklər qaçır, amma Rusiya səfirliyi buz kimi yerində oturub, bildirirlər ki, onlara toxunmayacaqlar. Taliban Rusiya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparanda, ruslar onlara dəstək vədi verdilər. Görünür ki, sövdələşiblər. Ruslara söz veriblər ki, Orta Asiyaya dəyməyəcəklər, radikal islamı yaymayacaqlar.
Nə qədər ki zəifdirlər, bu sözlərinə sadiq qalacaqlar. Bəlkə sabah gücləndikdən sonra başqa addım atacaqlar, amma hələlik Rusiya ilə münasibətləri yaxşıdır.
Təbii ki, Özbəkistan, Tacikistan və digərləri təşviş keçirirlər. Hər halda ümid edirlər ki, Taliban güclənənədək öz ordularını sahmana salarlar.
- Bəs Əfqanıstanda öz hərbi qüvvələrini saxlayan Türkiyə ilə dil tapa biləcəklərmi?
- Mənə elə gəlir ki, bir müddət sonra Türkiyə və orada ona tərəfdaş olan Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxacaqlar. Əlbəttə, onlarla vuruşmayacaqlar, öldürməyəcəklər. Deyəcəklər ki, qüvvə saxlayıb nə edəcəksən, get. Onlar da gedəcəklər.
- Baş verənlərin Azərbaycana nə kimi təsirləri ola bilər?
- Heç bir təsiri olmayacaq. Azərbaycan hara, Əfqanıstan hara? Aramızda neçə min kilometr məsafə var. Arada kiçik bir ticarət mövcuddur. Bəli, Azərbaycan vaxtilə Amerika qoşunlarının Əfqanıstana daşınmasında körpü rolunu oynayırdı. İndi buna ehtiyac yoxdur.
Arada xoş sözlər, xoş niyyətlər var, əfqanlar qardaş müsəlman xalqıdır. Yəni bu, xoş sözlərdən o yana getməyəcək. Ola bilsin ki, Əfqanıstan tranzit kimi Mərkəzi Asiya ölkələrinə maraqlı olsun, bizim isə belə bir marağımız yoxdur./Teleqraf