Məmməd Arazın həyat yoldaşı: “Tanışlığımızdan danışmaq istəmirəm” – Son müsahibə
Kulis.az dünən dünyasını dəyişən Gülxanım Fətəliqızının son müsahibələrindən birini təqdim edir. Xatırlaq ki, Gülxanım müəllimə Xalq şairi Məmməd Arazın həyat yoldaşı, yazıçı-publisist İradə Tuncayın anasıdır.
- Mərhum həyat yoldaşınızdan danışmağınızı istəyirəm.
- Onun yaradıcılığının böyük bir hissəsi mənə düşür. Bir sətri yazıb atır, çıxıb gedirdi. Şeirlər tam olmurdu bəzən. Toplamaq, saxlamaq lazım idi. Onun bəxti onda gətirmişdi ki, mən ədəbiyyatçı olmuşam.
- Necə tanış olmusunuz, bəlkə elə bundan başlayaq?
- Yox, tanışlığımızdan danışmaq istəmirəm.
Susur. Amma sonra fikrini dəyişir. Nəfəsini dərir və davam edir.
- Mən qubalı qızıyam. İkiillik Müəllimlər İnstitutunu qurtarmışdım. Sonra belə qərar çıxdı ki, kim iki ili bitiribsə ardını davam etdirməlidir. Anam əvvəl qoymadı məni oxumağa, dedi, gedəcəksən, Bakıda da qalacaqsan. Elə də oldu. Məmmədin böyük qardaşı və əmisioğlu mən olan patokda oxuyurdular. Nə bilim, qismətdir, vəssəlam.
- Ora gəlib-gedəndə görmüşdü sizi?
- Təbii ki. Amma xüsusi eşq macərası olmayıb. Mən onu tanımırdım, amma şeirlərini əzbər bilirdim.
- Sizinlə tanış olanda Naxçıvandan qayıdıb gəlmişdi?
- Bir il işləyib kənddə. Mənimlə oradan qayıdıb gələndən sonra tanış olmuşdu. Öz kəndlərində həm coğrafiyadan, həm də kimyadan dərs deyirdi. Halbuki coğrafiya müəllimi idi. Sonra bir müddət Tibb Universitetində estetika şöbəsi açdılar. İki-üç dəfə auditoriyaya girdi, sonra atdı və şeir yazmaqla məşğul oldu.
- Uşaqlığı ilə bağlı hansı xatirələri var idi? Necə uşaq olub?
- Bilirsiniz qızım, bizim uşaqlığımızı Hitler oğurladı. Uşaqlıq görməmişik. Dava illəri, aclıq, çatışmazlıqlar... Məmmədin atası xalq düşməni adı ilə 1945-ci ildə sürgün edilmişdi. Məmmədgil də çətinliklə dolanırdılar, balaca olanda sürü otarırmış. Özünün dediyinə görə, nadinc olub. Onun qabaq dişləri sınmışdı. Dedim, sənin dişlərin niyə sınıb? Dedi ki, qayışqapdı oyunu oynayırdıq, onda sınıb. Ayağının dərisi də neçə yerdən sümüyünə yapışmışdı. Dedim, bunlar hardandır? Dedi, o qədər nadinc idim ki, yorğanı atırdım başıma həyətimizdəki iti qorxudurdum. Birdən-birə cumdu üstümə ayaqlarımı parçaladı. İki ay gəzə bilmədim.
- Atası geri qayıtdı?
- Atası 10 il sonra geri qayıtdı. Onda artıq onlar böyümüşdü. Məmmədin böyük qardaşı İbrahim o zaman müəllim işləyirdi.
- Nə vaxtdan başlayıb yazmağa?
- Məmmədin kəndi (Nursu) ilə Şahbuz şəhəri arasında Mahmudoba kəndi var. Orta məktəbi orada bitirib. Məktəbin kitabxanasından Səməd Vurğunun "İstiqbal təranəsi" kitabını alır. Deyir, birinci səhifəni açdım. Gözüm birdən-birə sataşdı, "yenə səni gördüm, Dilcan dərəsi" misrasına. Deyir, o misra beynimdə həkk olundu. Mən də belə bir misra yazdım ki, "yenə səni gördüm Nursu dərəsi". Amma bu şeir alınmadı. Sonra yazmağa davam etdim.
Onun bir şair kimi yetişməsində anası Cahan xanımın böyük rolu olub. Anasının çox qəribə yaddaşı var idi. Aşıq Ələsgərin bu qalınlığında kitabını (əli ilə göstərir) əzbər bilirdi. Halbuki oxuyub-yaza bilmirdi. Məmməd həmişə deyirdi ki, mənim ilk müəllimim anam olub. Amma təəssüf ki, o vaxt yazılan şeirləri, demək olar ki, qalmayıb.
- Özü də xatırlamırdı yazdıqlarını?
- Yox. Xatırlamırdı.
- Araz təxəllüsünü nə vaxtdan götürmüşdü?
- 1970-ci illərdə. Araz qırağında doğulmuş adam idi. Həmişə Araz dərdindən danışırdıq. Düzdür, bir müddət yuxarıdakıların acıqlarına gəldi. Amma Məmməd əhəmiyyət vermədi.
- Dediniz ki, "Araz" təxəllüsü yuxarıların xoşuna gəlməmişdi. DTK-nın qapınızı döydüyü vaxtlar olubmu?
- Xeyli çətinliklərimiz olub, amma qapımızı döyməyiblər. Çünki onları qoruyan bir əl var idi. Bəxtiyarı da (Vahabzadə), Xəlili (Rza Ulutürk) də, Məmmədi də.
- Kim idi?
- Təbii ki, bəllidir...
- Ulu öndər Heydər Əliyev?
- Əlbəttə. Onları müdafiə edirdi. Tutulmağa qoymurdu. Xəlil Rzanın bir şeiri var idi ki, Saranı sellər yox, Rusiyayla İranın uzanmış əlləri apardı. Məmməd durub deyib ki, Xəlil düz deyir. Biz cənubu görmək istəyirik, cənuba getmək istəyirik. İstəyirik ki, torpağımızı geri qaytaraq. Onda çox adam düşdü Məmmədin üstünə...
- Bir az da evdəki Məmməd Arazdan danışaq. Necə xarakterli idi?
- Yazıçıların iki dənə üzü var (gülür). O demək deyil ki, ailədə despot olub. Amma zəhmi var idi. Olmaz, qurtardı. Mən 41 il müəllim işləmişəm. Amma 10 il işləməyə qoymadı.
- Hansı illər idi?
- 1958-ci ildə bizim toyumuz oldu. Toyumuzdan sonra 10 il işləmədim. Sentyabr gələndə davaya çıxırdıq. Mən işləmək istəyirdim, o qoymurdu. Sonra şair Əli Kərim rəhmətə getdi. Gördü ki, Əli Kərimin həyat yoldaşı Elza xanım iş axtarır. 3 körpəsi qucağında. Gəldi evə, nə düşündü bilmirəm. Mənə dedi ki, sənədlərini hazırla, apardı məni yenidən işə bərpa etdirdi. İlk dəfə rusdilli məktəbdə Azərbaycan dilini keçirdim. Oradan rus dilini bilmədiyim üçün qaçdım.
- Neçənci ildən bu binada yaşayırsınız?
- 1998-ci ildən bu binada yaşayırıq.
- Bu ev sizə hədiyyədir?
- 1975-ci ildə bu bina tikilib. Buradan evləri paylayanda biz Yasamalda ikiotaqlı evdə yaşayırdıq. Bizə ev vermək məsələsi var idi. Mənim də ürəyim gedirdi dənizi görmək üçün. Məmməd dedi, arvad gözünü o binadan çək, bizə oradan ev verən deyillər. Çox qəribədir, hərdən özüm mat qalıram. Allah bu evi bizə qismət elədi... Dedilər ki, Heydər Əliyev qurultay qabağı yazıçıları çağırır. Mən də Məmmədin yanında idim. Operatorların arxasında əyləşmişdim. Gördüm ki, Heydər Əliyev durdu Məmmədi arxadan qucaqladı, qulağına nəsə dedi. O da başını yellədi. Mən də fikirləşirəm ki, Heydər Əliyev indi çıxıb gedəcək, ev məsələsini deyə bilməyəcəyəm. Bir də gördüm dedi ki, mənim iki mənzilim var, birini verirəm Bəxtiyara, birini də Məmməd Araza. Mən də bilmirdim ki, hansı tərəfdən ev veriblər. Hamı dağılışdı. Heydər Əliyev Rəfail Allahverdiyevi, Bəxtiyar müəllimi, Məmmədi və məni öz otağına dəvət etdi. Dedi ki, ev filan binadadır. Mən də dedim ki, biz sizinlə görüşmək istəyirdik, alınmırdı. Dedi ev üçün deyildi? Çaşdım. Dedim, bəli ev üçün, həm də dərdləşmək üçün. Güldü, dedi köçün, sonra dərdləşərik.
- Əvvəlki eviniz hansı idi, ilk hansı evə gəlin gəlmişdiniz?
- Yarım padval evə. Məni Məmmədə vermirdilər. Amma xoşlamışdıq bir-birimizi, dedim, gedirəm, qurtardı getdi. Bir stol, iki stul, bir divan güclə yerləşən otaq idi. İndi Salatın Əsgərova küçəsidir ora. Sonra Məmməd ikiillik Moskvaya getdi, Qorki adına Ədəbiyyat İnstitutuna. Mən qayıtdım anamın yanına. Amma ildə bir dəfə bir aylığına Moskvaya gedirdim. İki il sonra o da, mən də Bakıya qayıtdıq. Onda böyük qızım İradə qucağımda idi.
- Ailəniz niyə onunla evlənməyinizə razı deyildi?
- Uzağa vermək istəmirdilər. Anam 4 uşağı yetim böyüdüb. Qardaşım dedi, madam istəyir, ver.
- Ailəcanlı idi?
- Ailəcanlı?
Sualıma sualla cavab verir. Birdən-birə deyir ki, sizə bir şeir oxuyum. Təsadüfən əlimə düşüb. İndi görün bu şeiri oxuyub kənd həyatını təsvir edə bilərsiniz, ya yox?
Parisdə bir yuxu gördüm
Gördüm nənəm un ələyir
Gördüm babam çulğalayır qara damı
Bulağa ilk cığır salıb qar adamı
Boz itimiz havalanıb zəncir qırıb
Qar üstündə zəncir izi qırıq-qırıq
Tayamızdan düşüb qaçıb ana dovşan
Almalıqda yol itirib bala dovşan
Birinci sinif uşağı üçün ən gözəl şeirdir bu. İndi bu şeir tamdır, tam deyil, mən bilmirəm. O, vəfat edəndən sonra yenidən arxivi ayırmağa başlamışam. Əlimə bu şeir düşdü.
- Öz xəttidir?
- Yox, mənim xəttimdir. O son illər yaza bilmirdi ki. Onun xəttini də oxumaq mümkün deyildi. Bəzi əsərlərini mən oxuyub ortalığa çıxarmışam. Yaza bilmirdi, əli tutmurdu, bir hərfi yazırdı, sonra xətt çəkirdi. O hərfə baxıb mən fikirləşirdim ki, bu söz nə ola bilər. Bu hərfdən sonra nə gəlsə nə olar. Saatlarla fikirləşib mən onun yazılarını bərpa etmişəm.
- Neçə yaşında xəstələnmişdi?
- 1971-ci ildə o artıq xəstə idi.
- Xəstəliyinin adı nə idi?
- Parkinson. Əsəbdən olmuşdu.
- Nəyə əsəbiləşmişdi?
- Sovet hökumətində belə bir qayda var idi, məzuniyyətə çıxan adamı işdən çıxarmaq olmaz. "Profsoyuz" da (Həmkarlar İttifaqı) icazə verməzdi ki, özünün xəbəri olmadan bir adamı işdən çıxarsınlar. Məmməd də onda "Ədəbiyyat" qəzetində baş redaktorun müavini işləyirdi. Nərimanovun heykəli qoyulmamışdan qabaq şəkli qəzetdə gedir. Bu şəkil gedəndə Məmməd Vilnüsdə məzuniyyətdə olur və şəklin getməsindən xəbəri olmur. Bütün təqsirləri yıxırlar Məmmədin üstünə, səbəbsiz, xəbər etmədən işdən çıxarırlar. Məmməd bizi aparıb Yesentukiyə qoyub özü gəlib Tatarıstana ezamiyyətə getməli idi. Gəlib görür ki, işdən çıxarılıb. Bu adam 3 ay əsəbdən yata bilmədi. Sonra başladı sol əli titrəməyə, sağa keçdi, ayağa, dilə... Qızım, onun qəbrini belə qısqananlar olub.
- Xəstəlikdən sonra həyatınız necə oldu?
- Ən gözəl şeirlərini xəstəlik dövründə yazdı. Düzdür, xəstəlik səhhətini əlindən aldı, amma beynini ala bilmədi. Açığı deyim ki, bir həyat yoldaşı kimi bəlkə də mən heç nə etməzdim. Amma mən ədəbiyyatçı kimi yanaşdığıma görə onun bir sətrinin də itməsinə razı deyildim. Hamısını bərpa edirdim, özünə oxuyurdum. O deyəndə ki, bu düzdür, qoyurdum bir kənara. Beləliklə, şeirlərinin hamısını onun redaktəsi ilə bitirmişəm. Amma məqalələrini yox. 200-dən yuxarı məqaləsini kompüterdə yığmışam. 5-6 məqaləsi qalıb. Xəstələndim deyə onları yığa bilmədim. İstəyirəm "Qarabağ simfoniyası" adında kitab çap etdirəm. Onun eyniadlı məqaləsi var. Hissələrə ayıram, "Torpaq, kimdir sahibin?". Ssenariləri var: Xurşidbanu Natəvan, Azərbaycanın landşaft qurşaqları haqqında. Bu ssenariləri də, müsahibələri də, qələm yoldaşları haqqında söhbətləri də toplayıb kitabı dərc etdirəcəyəm.
Yenidən ailədəki Məmməd Arazdan danışmaq istəyirəm.
- Necə ata idi?
- Çox gözəl ata idi. Amma feodal fikirli idi. Çatdı sənə?
(İkimiz də gülürük)
- Mənə qarşı da feodal fikirli idi. Bir dəfə istədim dırnaqlarımı boyayım, bəzənib-düzənim. Gəldi evə, gördü. Dedi, hara getmişdin? Dedim, heç yerə. Dedi, bu saat onların hamısını yu. Bir də görməyim.
- Övladlarına da icazə vermirdi?
- Çox istəyirdi uşaqlarını. Amma sərbəstlik vermirdi.
- Ondan incidiyiniz məqamlar olubmu?
- Qızım, bu həyatdır. Əlbəttə, olub. Dava elədiyimiz də olub. Küsülü olduğumuz da.
- Könlünüzü necə alırdı?
- Yox, elə xasiyyətləri yox idi. Üzr istəmirdi, gəl barışaq da deməzdi. Belə şeylərə quru adam idi.
- Ən şad gününüz hansı idi?
- Böyük nəvəm anadan olanda sevincimizin hədd-hüdudu yox idi.
- Nəslinizdə adını daşıyan varmı?
- Yox. Uşaqlar istəmədi. Nəticələrimin də hamısı qızdı.
- Onun ən yaxın dostu kim idi?
- Biz ailəvi Söhrab Tahirgillə dost olmuşuq. Onun həyat yoldaşı Lida xanımla mənim xasiyyətim tuturdu. Salamımız çox adamla olub. Get-gəl olmayıb.
- Eşitdiyimə görə, adətən şairlər gecələr yazırlar. Məmməd müəllim necə?
- Mən görməmişəm. Bax, Məmmədin yarımçıq misraları çox olub. Qoy o yarımçıq sətirlərin olduğu dəftəri gətirim sənə.
(Gedir dəftəri gətirməyə)
- Bu onun çap olunmamış məqalələridir. Öz xətti ilə. Oxu görüm oxuya bilirsən?
(Oxumağa çalışıram, bir neçə sözdən sonra oxuya bilmirəm).
- Bəs siz necə oxuyurdunuz?
- Mən 41 il müəllim işləmişəm. Müxtəlif xətlər görmüşəm. Ona görə xəttini oxuya bilirdim.
- Sizə təşəkkür etdiyi zamanlar oldumu?
- Mənə təşəkkür etməyib. Amma dostlarına deyib ki, mənim yaradıcılığımı saxlayan Gülxanımdır.
- Xarici ölkələrdə olmusunuz?
- O özü də demək olar ki, olmayıb. Bir dəfə Fransaya getdi. Sonra hazırlaşdı ki, harasa getsin, alınmadı. Sonra da xəstələndi. Həmişə mənə deyirdi ki, səni Orta Asiyaya aparacağam. Apara bilmədi. Amma onun müalicəsi üçün Almaniyaya getmişdik. Səhər getdim xəstəxanaya, gördüm ki, dəftərin qırağında belə bir misra yazıb. "Axır ki, təkliyə öyrətdim səni, Onsuz da nə vaxtsa öyrədəcəkdim".
- Məmməd Arazın sevimli yazıçısı kim idi?
- Ən çox Nizamini, Füzulini oxuyurdu.
- Son günlərini necə xatırlayırsınız?
- İnana bilmirdim ki, o qəfildən ölə bilər. Dəfələrlə vəziyyəti pisləşirdi. Bir-iki gün keçirdi yaxşılaşırdı. 2004-cü il dekabrın 1-i idi. Nahar eləyirdi, durub qaçdı pəncərəyə. Elə bildim, nəsə boğazında qalıb. Mən də qaçdım yanına, kürəyinə vurdum. Gördüm kişi yıxıldı. Evdə köməkçinin yanında qoyub, həyətə qaçdım, kömək çağırmağa. Həyətdəki polislərə dedim ki, təcili yardım çağırın. Sonra İradəyə zəng etdim ki, tez yetiş, kişi gedir. Uzatdılar bura (otaqdakı həmin yeri göstərir), sonra nəvəm qucağına aldı, pilləkənləri düşürtdü, yolda da keçindi.
- Vəfatından sonra yuxunuza gəldiyi zamanlar olur?
- Yuxuma gəlir, amma məndən heç nə istəmir. Kölgə kimi gəzir, kölgə kimi də çəkilib gedir. Amma tez-tez görmürəm.
“Azərbaycan müəllimi” qəzeti.