Növbəti qiymət artımı əczaçılıq sahəsini əhatə edib. Tarif Şuranın qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb.
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, bahalaşma dərmanın çeşidi üzrə 10-40% intervalında olub.
“Ümumiyyətlə, dərmanların qiymətinin artırılması dövri olaraq aparılır. İl ərzində bir neçə dəfə dövlət qeydiyyatına alınmış dərmanların siyahısına dəyişiklik olunur, yeni dərmanlar əlavə edilir, bəziləri bahalaşdırılır. Son dəfə bu ilin yanvarında bahalaşma olmuşdu. Tarif Şurasının “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” 10 saylı, 30 iyun 2021-ci il tarixli qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanların sayı 12442-dən 12689-a qaldırılıb, yəni siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda, dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır. Aptek işlədən sahibkarlar dərmanları baha satmaq üçün siyahıda adı olmayan şirkətlərin dərmanlarını gətirməyə üstünlük verirlər ki, dərmanı sərbəst bazar qiymətinə sata bilsinlər. Məsələn, Ukraynanın “Farmak İSC” şirkətinin istehsalı olan “Dekzametazon” dərmanının qiyməti tənzimləndiyi halda, həmin ölkənin “Zdorovye” əczçılıq şirkətinin istehsalı olan eyni adlı dərmanın adı siyahıda yox idi. Bu isə sahibkara ikincinin istehsalı olan dərmanı sərbəst bazar qiymətinə satmaq hüququ verirdi. Artıq bu mümkün olmayacaq. Deməli, sahibkarlar adı siyahıda olmayan digər şirkətlərin axtarışında olacaqlar”, – deyə ekspert sosial şəbəkədə yazıb.
Samir Əliyev hesab edir ki, hökumət qiymətləri uzun müddət indiki həddə saxlaya bilməyəcək:
“Mövcud mexanizm bazarda dərmanların qıtlaşmasına (piştaxta altından satışına), keyfiyyətsiz dərmanların idxalına səbəb olur. Ona görə də hökumət dərmanların qiymətini liberallaşdırmalıdır. Ancaq bunun üçün dərman bazarını inhisardan azad etməli, dərmanların idxalına gömrük-vergi güzəştləri verməlidir”.
Həkim-farmakoloq Müşfiq Hüseynov “Press Klub”a şərhində qiymət artımını əvvəldən yanlış addım kimi dəyərləndirdiyini bildirdi:
“Dövlət əczaçılıq sektorunda ən vacib dərmanların qiymətini təyin edən zaman artıq işi düzgün qurmamışdı. Çünki baza qiyməti olaraq Çin, Türkiyə və Avropada olan qiymətləri götürüb, onların orta rəqəmini seçmişdilər. Təbii ki, bu da avropalı istehsalçıların hamısının kütləvi surətdə Azərbaycandan çıxmasına səbəb oldu. Bütün nümayəndəliklər, Avropanın öndə gedən şirkətlərinin demək olar ki, hamısı Azərbaycandakı nümayəndəliklərini bağlayıb getdilər. Bunun də səbəbi çox sadə idi, ixrac qiyməti ilə ölkədaxili qiymətlər uyğun gəlmirdi. İndi həmin şirkətlərin əksəriyyəti Gürcüstan üzərindən işləyirlər. Azərbaycana satılan Avropa, Amerika mənşəli dərmanların çox böyük hissəsi Gürcüstan nümayəndəliyi üzərindən gəlir. Əgər yanlışı düzəltməyə başlayıblarsa, qiymətlərin qaldırılması labüd idi. Çünki Fransa, İtaliya, Almaniya və yaxud Amerikada istehsal olunan hər hansı malla Türkiyə, Hindistan, Çin və yaxud Rusiyada istehsal olunan malların tərkibi eyni olsa da, qiyməti və keyfiyyəti eyni ola bilməz. Əgər bunu tarazlamaq istəyirlərsə, gecikmiş addım hesab edirəm. Yəqin ki, müəyyən şirkətlərin, biznes strukturlarının israrlı tələbləri və yaxud bazarın tələbi üzərindən bu addımı atıblar”.
Bundan sonra nələr gözlənilə bilər? Həkim-farmakoloq bazarda defisit olan bir çox malların ölkəyə qanuni yolla gətirilməsinin təşkil oluanacağını söylədi:
“Dövlət bunu dotasiya şəklində etməlidir, yaxud insanların cibinə girməlidir? Bu, artıq başqa bir mövzudur. Onsuz da iqtisadi vəziyyət ürəkaçan deyil. Suyun, qazın, elektrik enerjisinin qiymətinin artırılmasından sonra insanların maddi durumu bir qədər də pisləşəcək. Ərzaq qiymətlərinin də durmadan artdığını müşahidə edə bilirik. Bir sözlə, bunu dotasiya şəklində etmək olardı. Amma görürük ki, dövlətin buna ayrıcaq vəsaiti yoxdur ki, qiymətlərin artırılması ilə məşğul olur. Bu qiymət artımını normal sayıram, çünki belə olması gözlənilirdi. İşin qurulması əvvəlcədən yanlış idi. Bunu dotasiya şəklində etmək imkanları var idi. Xüsusilə də bu ağır şəraitdə insanların cibinə girməmək şərtilə ortaq məxrəci tapıb, nəsə etmək olardı”.